• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Zoğal (Cornus) haqqında bilmədikləriniz
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Trampın tarifləri Almaniyanı belə çökdürür

Xəbərlər

13-04-2025, 11:07

Trampın tarifləri Almaniyanı belə çökdürür


Dünya ABŞ Prezidenti Donald Trampın rüsumlar tətbiq etmək qərarının şokunu yaşayır. Vaşinqtonun qərarından çaşbaş qalan ölkələrin bir qismi Tramp administrasiyası ilə eyni addımlamaq istəmədiklərini nümayiş etdirir, digər hissəsi danışıqlar aparmağa qərar verib, qalanları isə gözləmə mövqeyi tutublar.

Bu məsələdə ən maraqlı olan Avropa İttifaqının (Aİ), daha dəqiq desək, onun aparıcı ölkələrinin mövqeyidir. Məlum olduğu kimi, burada lokomotiv rolunu Fransa və Almaniya oynayır. İndidən bildirilir ki, Almaniya üçün ABŞ hakimiyyətinin tətbiq etdiyi tariflər iqtisadi fəlakətlə nəticələnəcək. “Bild” alman iqtisadçılarına istinadən qeyd edir ki, dörd il ərzində bu rüsumlar Almaniyaya 200 milyard avroya başa gələ bilər.

Büdcə kəsirində rekord

Almaniyanın büdcə kəsiri 1990-cı ildən bəri ən yüksək göstəricilərə çatıb və sürətlə artmağa davam edir. Nə qədər qəribə səslənsə də, Almaniyanı "Avropanın xəstə adamı" kimi xarakterizə etməyə başlayıblar. Məsələn, Avropanın sənaye gücü və dünyanın ikinci ən böyük ixracatçısı hesab olunan ölkənin bələdiyyələrinin büdcə kəsiri ötən il 24,8 milyard avroya yüksəlib.
Trampın ABŞ-yə idxal olunan mallara rüsumlar tətbiqi onsuz da zəif olan alman iqtisadiyyatını, gözlənilən 0,2% artıma baxmayaraq, resessiya ilə təhdid edə bilər. Almaniya Mərkəzi Bankının prezidenti Yoaxim Nagel Trampın tarif siyasətini "keçmişin iqtisadiyyatı" kimi tənqid edib və ABŞ-nin polad idxalına 25% rüsumuna cavab olaraq Aİ-nin tədbirlərini dəstəkləyib.

Ciddi resessiya riski yaranıb

Hesablamalara görə, Almaniyadan ABŞ-yə ixrac təxminən 15% azala bilər və Tramp tərəfindən tətbiq edilən idxal rüsumları saxlanılarsa, alman iqtisadiyyatının resessiyaya düşmə ehtimalı artacaq. Bunu Almaniyanın maliyyə naziri Yorq Kukis da etiraf edib. Trampın Almaniya üçün rüsumlar tətbiq etmək siyasəti Amerika iqtisadiyyatını qorumaq və ticarət kəsirini azaltmaq istəyi ilə bağlı olsa da, istehlakçılar üçün qiymətlərin artmasına və Aİ ilə münasibətlərdə gərginliyə səbəb olub. Trampın tarifləri ən çox hansı Avropa ölkəsinə zərbə vuracaq? Əlbəttə ki, bu, ABŞ ilə təxminən 70 milyard dollar ticarət profisiti olan Almaniyadır. Almaniya ABŞ-yə xoş gəlmək üçün özünü ucuz Rusiya enerji resurslarından məhrum etdi. ABŞ və Almaniya arasında iqtisadi münasibətlər azad ticarət və investisiya prinsiplərinə əsaslanan yüksək qarşılıqlı asılılıq və əməkdaşlıq səviyyəsi ilə xarakterizə olunurdu. Hər iki ölkə avtomobil istehsalı, texnologiya, əczaçılıq və maliyyə xidmətləri kimi sektorlarda fəal əməkdaşlıq edir. İki ölkə arasında qarşılıqlı əlaqə həmçinin davamlı inkişaf və rəqəmsallaşma sahəsində birgə səyləri əhatə edir ki, bu da qlobal arenada onların strateji tərəfdaşlığını vurğulayır. Lakin bu tərəfdaşlıq Tramp tərəfindən son onilliklərin ən ciddi çağırışı qarşısında qoyulub.

Ən çox zərəri avtomobil istehsalçıları çəkəcək

İndi almanlar ABŞ-dən zərbə alıblar. İdxal olunan avtomobillərə rüsum tətbiq etmək qərarından ən çox zərəri Almaniyanın avtomobil istehsalçıları – “Porsche” və “Mercedes-Benz Group” çəkəcək. Şirkətlər aprelin 3-dən qüvvəyə minən tariflər səbəbindən təxminən 3,4 milyard avro itki ilə üzləşə bilər. İtkiləri kompensasiya etmək üçün onlar ya avtomobillərin qiymətlərini artırmalı, ya da daha çox istehsal gücünü ABŞ-yə köçürməli olacaqlar. Qeyd edilir ki, alman avtomobil istehsalçılarının əksəriyyətinin ABŞ-də zavodları var və onlar həm yerli alıcılar, həm də ixrac üçün avtomobil istehsal edirlər. Aİ-nin cavab tədbirləri nəzərdən keçirməsi ilə ticarət müharibəsindəki hər hansı bir eskalasiya onsuz da artan xərclərdən və zəif tələbdən əziyyət çəkən sənayeyə daha çox zərər verə bilər. Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkədən kənarda istehsal olunan bütün avtomobillərə 25 faiz idxal rüsumları tətbiq edəcəyini açıqlayıb. Əvvəllər tətbiq edilən 2,5 faiz rüsum da qüvvədə qalmalıdır ki, bu da yeni tarif dərəcəsinin 27,5 faiz olması ilə nəticələnəcək.

Koalisiya hökumətinin yaradılması gecikir

Yaranmış durum Almaniyanın yeni koalisiya hökumətinin Avropanın ən böyük iqtisadiyyatını iki illik tənəzzüldən çıxarmaq səylərini çətinləşdirir. Gələcək kansler Fridrix Mertz Trampın yeni tarifləri elan etməsindən sonra şirkətlərin səhmlərinin ciddi ucuzlaşdığından Almaniyanın rəqabət qabiliyyətini təmin etmək üçün sürətli addımlar atmağa çağırıb. "Beynəlxalq fond və istiqraz bazarlarında vəziyyət dramatikdir və daha da pisləşə bilər. Buna görə də Almaniya təcili olaraq beynəlxalq rəqabət qabiliyyətini mümkün qədər tez bərpa etməlidir", - deyə Mertz bildirib. O, əlavə edib ki, bu məsələ koalisiya danışıqlarında əsas yer tutmalı, onun partiyasının vergilərin və enerji qiymətlərinin aşağı salınması, bürokratiyanın azaldılması çağırışları ilə səsləşməlidir. Almaniyanın gələcək lideri Trampa qarşı sərt mövqe sərgiləyib və vurğulayıb ki, Avropa müdafiə üçün Vaşinqtondan asılılığını azaltmalıdır.

Görünən odur ki, Avropanın fövqəldövləti ciddi sınaqlarla qarşı-qarşıyadır. Ölkə iqtisadi çətinliklərlə üz-üzə qala bilər ki, bu da təsirsiz ötüşməyəcək. ("Kaspi" qəzeti)

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2025, 11:43

Trampın müəmmalı qərarına izah: Rusiya və Belarusa tarif niyə tətbiq edilməyib?

Xəbərlər

18-02-2025, 10:27

Dünya şokdadır: Trampın Ukraynaya qarşı şərtləri Almaniyaya qoyulan təzminatlardan daha pisdir

Xəbərlər

15-02-2025, 10:17

Trampdan Çinə 600 milyard dollarlıq zərbə

Xəbərlər

13-05-2019, 16:18

Çin-dən ABŞ-ın təhdidlərinə cavab - Rüsumlar artırıldı

Manşet / Gündəm / Xəbərlər

21-07-2018, 10:45

Tramp yenə Çindən əl çəkmir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
Son xəbərlər
  • Bu gün, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Bu gün, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Bu gün, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • Dünən, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • Dünən, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • Dünən, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • Dünən, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • Dünən, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • Dünən, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • Dünən, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • Dünən, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • Dünən, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • Dünən, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • Dünən, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • Dünən, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
  • Dünən, 09:06
    Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
  • Dünən, 09:04
    Zoğal (Cornus) haqqında bilmədikləriniz
  • 6-09-2026, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • 6-09-2026, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • 6-09-2026, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • 6-09-2026, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • 6-09-2026, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • 6-09-2026, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 6-09-2026, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • 6-09-2026, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • 6-09-2026, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə