• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gündəlik neçə saat qulaqcıq istifadə edə bilərik?
Ürək 20 dəqiqə dayanarsa beyin ölər?
Rusiya Yaponiyaya xəbərdarlıq etdi: Bu, təxribatçı hərbi fəaliyyətdir!
Ərdoğan Zəfər paradında iştirak edəcəkmi?
Boyun qalınlığı bu ciddi xəstəliklərin əlamətidir - DİQQƏT
İranın Belarusdan gözləntisi: Biz ləğv etdik, Minsk də...
Hava proqnozu - 1 Noyabr
Bu qida qaraciyəri toksinlərdən təmizləyir
Ermənistan hakimiyyəti əhaliyə çağırış etdi: Hazır olun, azərbaycanlılar gələcək
Yeni müharibənin anonsu verildi: İranda hakimiyyət dəyişməsə, mümkün deyil
Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
Şoyqu: Putinə inanmayanlar bundan sonra inanacaqlar
ABŞ istəyir ki, Türkiyə ordusu yeridilsin - Ravid
Kişilərin ürəyi daha zəif olur - Həkim təsdiqlədi
Vəkil ən çox boşanan bürcləri açıqladı
Boğaz ağrısını yüngülləşdirən təbii üsullar
İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak edəcəkmi?
Türkiyə F-16 danışığı aparıb, niyə “Tayfun” aldı?
Çobanyastığı çayı yanlış içilirmiş: Həddindən artıq istifadəsi təhlükəlidir
Tarix boyu heç vaxt zəlzələ olmayan yerlər də silkələnir: Alimlər səbəbini tapdılar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI

Xəbərlər

5-04-2025, 13:25

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI


Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Prezidentə təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb.

AZXEBER.COM "AzPolitika"ya istinadla xəbər verir ki, Sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırılacağı gözlənilir.

Dövlət qulluqçularına ömürlük müavinət

İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir. Müavinət ömürlük təyin olunur,

Yaşa görə müavinət

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.

Əlilliyə görə müavinət

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat verilir.

Ailə başçısını itirməyə görə müavinət

Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır və vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə müəyyən müddətə təyin edilir:

vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla;

vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinət

Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda dövlət tərəfindən onun uşaqlarına sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət

Dövlət tərəfindən əlavə sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 100 manat məbləğində müavinət verilir.

Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə müavinət verilir. Müavinətin məbləği 3-18 yaş arası uşaq üçün 200 manat, 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşaq üçün 600 manatdır.

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə

Müavinətin məbləği:

himayədar ailəyə verilmiş 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

Təqaüdlər:

"Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdü - 2000 manat;

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdü - 1800 manat.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü -1500 manat.

Şəhid ailəsi üçün Prezident təqaüdü - 600 manat;

20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdü - 600 manat;

Əfqanıstanda həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdü - 600 manat.

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Prezident təqaüdü:

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 500 manat;

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 400 manat;

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 330 manat.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezidenti təqaüdü - 330 manat;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdü - 300 manat.

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezident təqaüdü:

fəlsəfə doktorları üçün - 300 manat;

elmlər doktorları üçün - 500 manat.

Fəxri adlara görə aylıq təqaüd

"Xalq" fəxri adı verilmiş şəxslərə - 200 manat;

"Əməkdar" fəxri adı verilmiş şəxslərə - 150 manat.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezident təqaüdü - 200 manat.

Müharibə veteranlarına Prezident təqaüdü - 80 manat.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü 100 manat nəzərdə tutulub.

Artımların hansı həcmdə olacağı məlum deyil.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılıb. Habelə əmək pensiyalarının məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb.

Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqının artım səviyyəsinə görə müəyyənləşdirilib. Ötən il inflyasiya və maaş artımlarının nisbətinin 8.5 faiz müəyyən edildiyini də nəzərə alsaq, yaxın günlərdə müavinət və təqaüdlərin 10-15 faiz civarında artırılacağını ehtimal etmək olar.

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 811 milyon manat ayrılıb. Bu, 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır. Xatırladaq ki, 2024-cü ildə bu istiqamət üçün 4 milyard 391 milyon manat ayrılmışdı.

Oxunub: 152
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2025, 17:33

Şad XƏBƏR: Bu tarixdən müavinət və təqaüdlər ARTACAQ

Xəbərlər

24-03-2025, 13:16

Komitə üzvü açıqladı: “Qazilərin ödənişi, əməkhaqqı və pensiyası artırılır”

Xəbərlər

23-03-2025, 16:39

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Xəbərlər

23-12-2024, 19:39

Əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılır?

Xəbərlər

25-04-2022, 17:11

İlham Əliyev pensiya yaşı ilə bağlı FƏRMAN İMZALADI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gündəlik neçə saat qulaqcıq istifadə edə bilərik?
Ürək 20 dəqiqə dayanarsa beyin ölər?
Rusiya Yaponiyaya xəbərdarlıq etdi: Bu, təxribatçı hərbi fəaliyyətdir!
Ərdoğan Zəfər paradında iştirak edəcəkmi?
Boyun qalınlığı bu ciddi xəstəliklərin əlamətidir - DİQQƏT
İranın Belarusdan gözləntisi: Biz ləğv etdik, Minsk də...
Son xəbərlər
  • Dünən, 22:37
    Gündəlik neçə saat qulaqcıq istifadə edə bilərik?
  • Dünən, 21:44
    Ürək 20 dəqiqə dayanarsa beyin ölər?
  • Dünən, 20:24
    Rusiya Yaponiyaya xəbərdarlıq etdi: Bu, təxribatçı hərbi fəaliyyətdir!
  • Dünən, 19:08
    Ərdoğan Zəfər paradında iştirak edəcəkmi?
  • Dünən, 18:19
    Boyun qalınlığı bu ciddi xəstəliklərin əlamətidir - DİQQƏT
  • Dünən, 17:45
    İranın Belarusdan gözləntisi: Biz ləğv etdik, Minsk də...
  • Dünən, 16:32
    Hava proqnozu - 1 Noyabr
  • Dünən, 15:25
    Bu qida qaraciyəri toksinlərdən təmizləyir
  • Dünən, 14:18
    Ermənistan hakimiyyəti əhaliyə çağırış etdi: Hazır olun, azərbaycanlılar gələcək
  • Dünən, 13:51
    Yeni müharibənin anonsu verildi: İranda hakimiyyət dəyişməsə, mümkün deyil
  • Dünən, 12:27
    Dəri və oynaqların “yaşlanma sürətini” necə azaltmaq olar?
  • Dünən, 11:03
    Şoyqu: Putinə inanmayanlar bundan sonra inanacaqlar
  • Dünən, 10:40
    ABŞ istəyir ki, Türkiyə ordusu yeridilsin - Ravid
  • Dünən, 09:02
    Kişilərin ürəyi daha zəif olur - Həkim təsdiqlədi
  • 30-10-2025, 22:29
    Vəkil ən çox boşanan bürcləri açıqladı
  • 30-10-2025, 21:38
    Boğaz ağrısını yüngülləşdirən təbii üsullar
  • 30-10-2025, 20:48
    İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak edəcəkmi?
  • 30-10-2025, 19:21
    Türkiyə F-16 danışığı aparıb, niyə “Tayfun” aldı?
  • 30-10-2025, 18:14
    Çobanyastığı çayı yanlış içilirmiş: Həddindən artıq istifadəsi təhlükəlidir
  • 30-10-2025, 17:10
    Tarix boyu heç vaxt zəlzələ olmayan yerlər də silkələnir: Alimlər səbəbini tapdılar
  • 30-10-2025, 15:16
    Soyuq hava sinüziti artırır: Mütəxəssisdən vacib xəbərdarlıq
  • 30-10-2025, 14:15
    Litva Belarusla quru sərhədini bağlayır: Müddət açıqlandı
  • 30-10-2025, 13:35
    Prezident Zəngilanda müjdəni verdi – İki dəhliz olacaq, lakin…
  • 30-10-2025, 12:34
    Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər
  • 30-10-2025, 11:38
    İrəvan üç il sonra Moskva ilə bağlı qərarı dəyişdi – Qriqoryan qayıdır
  • 30-10-2025, 10:17
    Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə – İran və Türkiyə…
  • 30-10-2025, 09:11
    Yuxudan duran kimi çay içmək olmaz - Xəbərdarlıq
  • 29-10-2025, 22:34
    Taleyin imtahanı yaxınlaşır - Bu bürclər üçün mühüm xəbərdarlıq
  • 29-10-2025, 20:43
    Bakı metrosunda ilkə imza atıldı: daha hansı yeniliklər olacaq?
  • 29-10-2025, 19:20
    Əliyev və Paşinyan razılaşdıqdan sonra Putin mənə zəng edib dedi ki… – Trampdan ŞOK
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə