• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
Ən sağlam yaz tərəvəzlərinin siyahısı
Yuxuda ağız suyunun axmasının səbəbləri
Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakının tələbi İrəvanın “əlini-qolunu bağladı”: Putin və Tramp arasında razılaşma

Xəbərlər

18-03-2025, 14:14

Bakının tələbi İrəvanın “əlini-qolunu bağladı”: Putin və Tramp arasında razılaşma


Ötən həftə regional və qlobal təhlükəsizlik sahəsində tarixi əhəmiyyətə malik iki mühüm hadisə baş verdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatdığı açıqlandı və beləliklə sənədin yalnız imzalanması qaldı.

Həmçinin Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən görüş zamanı 30 günlük atəşkəs razılaşması əldə olundu. O cümlədən Rusiya müəyyən şərtlər qarşılığında bununla razılaşdı.

Globalinfo.az qeyd olunan mövzuları politoloq Elşad Mirbəşiroğlu ilə müzakirə edib.

– Azərbaycan və Ermənistan sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. İrəvan hökuməti Bakı ilə sazişin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. Lakin Ermənistan konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiaları yer almaqdadır. Bu baxımdan İrəvanın yenidən qeyri-konstruktiv mövqeyə qayıtması istisna olunmur. Ermənistanın revanşizm hərəkətləri riskinin qarşısı necə alına bilər?

– Bəli, 17 bənddən ibarət sülh müqaviləsinin mətni üzrə tərəflər arasında iş başa çatıb. Bildiyiniz kimi, iki bənd mübahisəli idi. Birincisi, beynəlxalq hüquqi instansiyalarda tərəflərin iddia qaldırmaması, ikincisi isə sərhədboyunca üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi məsələsi idi. Hesab edirəm ki, sülh müqaviləsinin nə zaman və harada imzalanması hələ uzun müddət müzakirə predmeti olaraq qalacaq.

Azərbaycanın çox prinsipial və haqlı şərtləri var. Ermənistan konstitusiyasının 1-ci maddəsində 1990-cı ilin avqustunda qəbul edilmiş Müstəqillik bəyannaməsinə istinad edilir və orada açıq-aşkar Azərbaycanın Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi məsələsi ifadə olunub. Ermənistan konstitusiyasının 116-cı maddəsində göstərilir ki, imzalanan beynəlxalq sənədlər konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Biz konstitusiyada dəyişiklik olunmasını ona görə tələb edirik ki, İrəvan gələcəkdə Bakıya qarşı revanş həvəsinə düşməsin. Əks halda, Azərbaycan imzasına hörmət etməyən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistanı cəzalandırmağın yolunu çox yaxşı bilir.

Bu gün biz görürük ki, Ermənistan hələlik konstitusiyasında dəyişiklik etmək niyyətində deyil. Baş nazir Nikol Paşinyanın da artıq nüfuzu kifayət qədər aşağı düşüb. 2026-cı ildə Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Ermənistan parlamentli respublika olduğu üçün Paşinyanın siyasi taleyi bu seçkilərdən asılıdır. Düşünürəm ki, baş nazir sözügedən seçkilərə qədər konstitusiyada heç bir dəyişiklik etmək niyyətində olmayacaq. Bu gün o, özünü sülh tərəfdarı kimi göstərir, elə təsəvvür yaratmaq istəyir ki, guya Ermənistan sülh arzulayır, Azərbaycan isə yox. Əksinə, Bakı əsl sülh tərəfdarıdır və uzunmüddətli, etibarlı sülh istəyir. Bu səbəbdən İrəvanın qarşısında çox ədalətli tələblər qoyub. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması da münaqişə amilinin artıq tam ortadan qalxdığına dəlalət edəcək. Ermənistan isə bildirib ki, ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətində maraqlıdır. Bütün bunlar Ermənistanın gələcəkdə münbit şərait yaranacağı təqdirdə revanş etmək, itirmiş olduğu mövqeləri qaytarmaq, işğalçılıq və təcavüz siyasətini həyata keçirmək niyyətində olduğunu göstərir. Azərbaycan tərəfi bunu çox aydın görür, dərk edir və bizim tələblərimiz preventiv olaraq revanş hərəkətlərin qarşısını alır.

– Elşad bəy, məlumdur ki, ABŞ bir müddət öncə Ukrayna ordusuna hərbi yardımı dayandıraraq kəşfiyyat məlumatlarının ötürülməsini də məhdudlaşdırmışdı. Nəticədə Rusiya Kursk vilayətində hərbi üstünlük qazandı. Bu da Moskvanın indi danışıqlarda daha güclü mövqedən çıxış etməsinə şərait yaratmış oldu. ABŞ Prezidenti Donald Trampın “bir sözü ilə” Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin atəşkəsə razılıq veriblər. ABŞ bu regionda sülh əldə edib, Ukraynanın mineral ehtiyatlarına sahib olmaq və Rusiya ilə yaxınlaşmaq, nəticədə Çinə qarşı sərbəst hərəkət edə bilmək imkanı qazanır. Kiyev və Moskva arasında sülhə nail olmaq üçün hansı şərtlər formalaşmalıdır? Vaşinqtonun bundan sonra müharibənin nəticələrinə təsiri hansı formada olacaq? Hadisələrin sonrakı gedişatını necə proqnozlaşdırırsınız?

– Ukrayna, münaqişə tərəfindən daha çox Qərblə Rusiya arasında plasdarm rolunda çıxış edib. Bunun da böyük zərərini Ukrayna dövləti və xalqı gördü. Hadisələrin belə cərəyan edəcəyi gözlənilən idi. Tramp çox aydın dərk edirdi ki, bu müharibə çox uzanarsa, acı nəticələri olacaq. Hətta nüvə silahının hər hansı bir formada və səviyyədə tətbiqi ətrafında da müzakirələr gedirdi. Bu da bütövlükdə qlobal təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradırdı. Qərb Kiyevi sonsuzadək silahlandıra bilməyəcəkdi və nə qədər dəstəkləsə də, Ukrayna Rusiya üzərində heç bir üstünlük əldə edə bilmədi. Tramp vurğulayır ki, ABŞ Avropadan xeyli artıq, yəni 350 milyard dollar həcmində Ukraynaya yardım göstərib və qarşılığı olaraq onun 500 milyard dollar civarında faydalı qazıntılarını tələb edir. Sözsüz ki, Ukrayna tərəfi buna razılaşmalı olacaq.

Zelenskinin hakimiyyətə gətirilməsində ABŞ çox yaxından iştirak edib. Avropa İttifaqına üzv ölkələr də ABŞ-ın iradəsini qəbul etmək məcburiyyətində qalacaqlar. Böyük Britaniyanın Baş naziri Kir Starmer də Vaşinqtonun Avropanın təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynadığını vurğulayıb. Hesab edirəm ki, hadisələrin gedişatı Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunmasını şərtləndirə bilər. Vaşinqton və Moskva rəsmiləri arasında qurulan təmaslar və aparılan danışıqlar göstərir ki, proseslərdə dinamizm var. Amma bununla yanaşı qeyri-müəyyənlik də mövcuddur. Əsas məsələ imzalanacaq sülh sazişinin nə dərəcədə etibarlı və uzunmüddətli olacağıdır? Rusiyanın şərtləri sırasına Ukraynanın silahlı qüvvələrinin miqyası və digər ölkələrin silahlı qüvvələrinin buraya yerləşdirilməməsi və s. daxildir. Fransa, Böyük Britaniya, Almaniya və Ukraynada ayrıca sülhməramlı kontingent formalaşdırmaq istəyirlər. Bildiyimiz kimi, Rusiya tərəfi Zelenskini legitim dövlət başçısı da hesab etmir. Görünür, bu da müzakirə məsələsi ola bilər. ABŞ tərəflər arasında ortaq nöqtənin tapılmasında maraqlı olduğunu nümayiş etdirməkdədir. Hesab edirəm ki, indiki şəraitdə atəşkəs rejiminin əldə olunması hər kəsin maraqlarına cavab verir. Sonrakı mərhələdə isə digər müzakirə predmetlərindən çıxış edərək addımlar atıla bilər.

Oxunub: 239
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-03-2025, 17:04

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Xəbərlər

27-12-2024, 13:27

2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir

Xəbərlər

1-09-2024, 20:39

İrəvan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya TƏHVİL VERDİ

Xəbərlər

22-05-2024, 19:18

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Fidan

Xəbərlər

15-01-2024, 19:29

Sülh müqaviləsinin mətni belə olacaq - Detallar açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
Son xəbərlər
  • Bu gün, 15:03
    Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
  • Bu gün, 14:53
    İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
  • Bu gün, 13:32
    İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
  • Bu gün, 12:12
    Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
  • Bu gün, 11:28
    ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
  • Bu gün, 10:10
    Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
  • Bu gün, 09:02
    Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
  • Dünən, 22:30
    Ən sağlam yaz tərəvəzlərinin siyahısı
  • Dünən, 21:00
    Yuxuda ağız suyunun axmasının səbəbləri
  • Dünən, 20:50
    Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
  • Dünən, 19:16
    İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
  • Dünən, 18:49
    Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
  • Dünən, 18:07
    Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
  • Dünən, 17:24
    Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
  • Dünən, 16:51
    İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
  • Dünən, 15:00
    Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
  • Dünən, 14:48
    Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
  • Dünən, 13:08
    Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
  • Dünən, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • Dünən, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • Dünən, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • Dünən, 09:02
    Təzə soğan kimlərə olmaz? - Həkim açıqladı
  • 22-03-2026, 22:45
    Musiqi dinləməyin 4 faydası
  • 22-03-2026, 21:26
    Yuxu keyfiyyətini pozan əsas səhvlər
  • 22-03-2026, 20:11
    İran ABŞ və İsraildən təzminat tələb etdi
  • 22-03-2026, 18:49
    Ağız qoxusuna görə hansı həkimə getməli?
  • 22-03-2026, 17:33
    NATO lideri Hörmüz boğazı ilə bağlı Trampa müraciət etdi
  • 22-03-2026, 15:18
    Adi baş ağrısı ilə beyin şişi arasındakı fərqlər
  • 22-03-2026, 14:20
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
  • 22-03-2026, 12:55
    Yaddaşı gücləndirmək üçün hansı qidalar faydalıdır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə