• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
Böyrək daşı simptomları - Mütəxəssislərdən xəbərdarlıq
Netanyahu ilə danışıldı, İran üçün yer müəyyənləşdi – 3 ölkədən ortaq QƏRAR
Türkiyə-Azərbaycan sərhədində müəmmalı hücum: Koordinatları İran verib?
İnsulin dirənci üçün effektiv bitkilər
5 gün fasiləsiz yağış yağacaq, sel gələcək
Trampın geriçəkilmə taktikası: İran rəhbərliyində yeni “qurban” seçilib?
Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
Qətər fors-major elan etdi – Nə baş verir?
İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
Ən sağlam yaz tərəvəzlərinin siyahısı
Yuxuda ağız suyunun axmasının səbəbləri
Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyevin güclü Azərbaycan fenomeni - Qlobal cəngəllikdə necə “sağ qala” bilərik?

Xəbərlər

2-03-2025, 21:14

Əliyevin güclü Azərbaycan fenomeni - Qlobal cəngəllikdə necə “sağ qala” bilərik?



II Dünya müharibəsindən sonra qurulan, “soyuq müharibə”nin bitməsi ilə yenidən formalaşan dünya nizamının tranformasiyaya uğradığı, beynəlxalq münasibətlər sisteminin çətin sınaq qarşısında qaldığı müşahidə edilir. Ukrayna ətrafında baş verənlər – bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarıldığı vəziyyət bunun real örnəyidir və belə görünür ki, Trampın Ağ Evə qayıdışından sonra qlobal nizam xaos mərhələsinə qədəm qoyub. Hərçənd, Ukraynada müharibənin başlandığı 3 il öncəki proseslərə diqqət etdikdə bugün baş verənlərin təməlinin Bayden Administrasiyası zamanı qoyulduğunu görmək mümkündür.

Rusiyanın Ukraynaya hücumu Qərb kollektivi tərəfindən qlobal güc kimi qəbul edilmək məqsədi daşıyırdı, lakin burada təkcə Moskvanın yox, Vaşinqtonun da maraqları vardı: ABŞ bu müharibə ilə mərkəzdən qaçan və Çinlə əməkdaşlığı genişləndirərək, “güc mərkəzi”nə çevrilmək istəyən Avropanı öz çətiri altına qaytarmağı, eyni zamanda, qlobal hakimliyinə rəqib kimi önə çıxan Pekinin qarşısını kəsməyi planlaşdırırdı;

Üç il davam edən müharibədə hər iki tərəf – ABŞ və Rusiya hədəflərinə, müəyyən qədər də olsa, nail oldular.

- Moskva Şərq cəbhəsində “əsas güc” olduğunu nümayiş etdirdi və bunun qəbul etdirilməsi istiqamətində irəliləyiş əldə etdi;
- Vaşinqton Qərb cəbhəsində Avropanın “güc mərkəzi”nə çevrilməsinin qarşısını aldı və öz nəzarətini gücləndirdi;

Müharibənin gedişində Ukraynanın geosiyasi hesablaşmada poliqon kimi istifadə edildiyi daha aydın görünürdü. Ukraynanı silahlandıran ABŞ və Avropa ölkələri bu silahlardan Rusiya ərazisində istifadə edilməsinə imkan vermir, o cümlədən, Kiyev üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə sistemlərini göndərmirdi. Ukraynaya silahlar faktiki olaraq, qalib gəlməsi üçün yox, ölməmək və müharibəni davam etdirmək üçün verilirdi.

Nəticə göz önündədir. Yüz minlərlə qurban, milyonlarla qaçqın, dağılmış infrastruktur, qaranlıq gələcək.

Və ən dəhşətlisi odur ki, üç illik müharibədən sonra bu müddətdə geosiyasi məqsədləri naminə Ukraynanı poliqona çevirənlər indi onun təslim olmasını istəyirlər. Rısmi Kiyev olmadan danışıqlar aparan ABŞ və Rusiya müharibənin bitməsini müzakirə edir və hər iki tərəfin Ukraynadan almaq istədikləri var.

- Rusiya 2014-cü ildəki sərhədlərin (Krım və Donbasın bir hissəsi) qəbul edilməsini, eləcə də müharibədə zəbt etdiyi ərazilər üzərində nəzarətin tanınmasını istəyir;
- ABŞ müharibə dövründə verdiyi yardımların qarşılığında Ukraynanın faydalı qazıntılarından – neft və qaz, eləcə də infrastrukturu da daxil olmaqla, strateji əhəmiyyətli sərvətlərindən əldə olunan gəlirlərin ən azı 50 faizini tələb edir;

Faktiki olaraq, iki oyunçudan biri – Rusiya Ukraynanın ərazisini, digəri – ABŞ sərvətlərini istəyir. Əslində müharibənin başlanmasında geosiyasi hədəflərin bu olduğu aydın görünürdü: qlobal güc kimi qəbul edilməyə çalışan Rusiyanın bu istəyi ABŞ tərəfindən təmin olunur; Avropanın “güc mərkəzinə” çevrilməsini istəməyən və Çinin önünü kəsməyi planlaşıran ABŞ hədəflərinə müəyyən qədər də olsa çatır; yekunda Ukraynadan daha qazanclı çıxmağın müzakirəsini aparırlar.

Ukrayna örnəyi bir neçə strateji faktoru yenidən aktuallaşdırdı:

1. Hər bir ölkə milli təhlükəsizliyini öz imkanları çərçivəsində təmin etməlidir;
2. Qlobal güclərin geosiyasi hesablaşmasında tərəf olmaq günün sonunda ölkənin məhv olmaq təhlükəsini də özü ilə gətirir;
3. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün doğru siyasət izləməli və daim güclü olmalıdır;

“Belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. O, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu”.

Bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Ukraynada Azərbaycan lideri İlham Əliyevi tez-tez nümunə göstərirlər. Haqlıdırlar, çünki təkcə post-sovet məkanında yox, qlobal müstəvidə ölkəsinin geosiyasi toqquşmaların poliqonuna çevrilməsinə imkan verməyən, həm də bu toqquşmalardan maksimum yararlanaraq, milli maraqlarını qoruyan yeganə liderdir İlham Əliyev. Ukraynadan fərqli olaraq, Azərbaycan 30 il işğaldan əziyyət çəkdi və Qarabağ münaqişəsi dünyada yeganə məsələ idi ki, ABŞ və Rusiyanın timsalında qlobal oyunçular uzlaşma xəttindən çıxış edirdilər. Dünyanın müxtəlif coğrafiyalarında toqquşan tərəflər məhz Qarabağda ortaq mövqe sərgiləyir, Ermənistanın maraqlarını müdafiə edirdi. 2023-cü ilin 20 sentyabrında Xankəndidə suverenliyimizin bərpası ilə nəticələnən anti-terror tədbirlərindən üç gün öncə - 17 sentyabrda ABŞ, Rusiya və Fransa nümayəndələrinin İstanbulda gizli toplantı keçirməsi, Azərbaycanın qarşısının alınmasının yollarını müzakirə etməsi də bunun örnəklərindən biridir. Halbuki, həmin vaxt ABŞ və Rusiya Ukraynada toqquşurdu. Bütün bunlara rəğmən, İlham Əliyev Azərbaycana qarşı birləşən qlobal gücləri “oyundankənar vəziyyətə” salaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Buna görə dünyada “İlham Əliyev olmağı bacarmaq lazımdır” fenomeni yaranıb.

Ukraynada baş verənlər fonunda qlobal nizamın dağılması, meydana çıxan yeni geosiyasi şərtlər Azərbaycanın da qaşısında yeni çağırışlar qoyur. Bu, İlham Əliyevin yaratdığı güclü Azərbaycan fenomeninin qorunması naminə dövlət-xalq birliyinin möhkəmləndirilməsindən ibarətdir. Çünki dünyada qlobal anarxiya mərhələsi başlanır:

- II Dünya müharibəsindən sonra formalaşmış Avroatlantik məkanda daxili ziddiyyətlər yaranıb: ABŞ Avropanın maraqlarını nəzərə almır, Avropa İttifaqına üzv ölkələr arasında qarşıdurma genişlənir, “Köhnə Qitə”də indiyə qədər təbliğ olunan dəyərlər arxa plana keçir;
- Beynəlxalq hüquq və bu hüququn təminatçısı rolunda çıxış edən institutlar sıradan çıxır: artıq BMT-nin təsir mexanizmləri mübahisə mövzusudur, ABŞ-ın dünyanın ali orqanından çıxmaq istiqamətində atdığı addımlar prosesi daha da sürətləndirir;
- Liberal dəyərlər yerini ultra-radikalizmə, liberal bazar iqtisadi müharibələrə verir;
- Dünyada “güclü olan haqlıdır” prinsipi artıq aksiomaya çevrilməkdədir;

Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyətdə dünya faktiki olaraq qeyri-müəyyən perspektivlərlə üzləşib. Bu mənzərə hər bir dövləti öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmaq, öz gücünə arxalanmaq çağırışı ilə üz-üzə qoyub, o cümlədən, Azərbaycanı. Azərbaycan digər dövlətlərlərdə ən azı bir addım öndədir, çünki milli lider İlham Əliyev qlobal çağırışlara qarşı ölkənin immun sistemini daha öncədən gücləndirib və bu gün güclü Azərbaycan fenomeni beynəlxalq münasibətlər sistemində nümunə olaraq qəbul edilir. İndi dövlət və xalq olaraq, güclü Azərbaycan fenomenini qorumaq üçün daha sıx birləşmək, dövlət-xalq birliyini möhkəmləndirmək milli vəzifəmizdir.

Oxunub: 218
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-02-2025, 20:42

Ukrayna müharibəsində sirlər açılır – ABŞ və Rusiyanın planı nə idi?

Xəbərlər

24-10-2024, 19:40

Azərbaycan tarixi sınaq qarşısında – Sərhədimizdə dağıdıcı müharibəyə doğru

Xəbərlər

15-11-2023, 22:55

Qərb Ukraynanı niyə poliqona çevirdi? - ŞOK SƏBƏBLƏR

Xəbərlər

11-01-2023, 13:29

Əliyevin gələcək planı: Qərbi Azərbaycana necə qayıdacağıq?

Xəbərlər

29-11-2022, 23:51

Bir həftə sonra qlobal fəlakət olacaq - Azərbaycan üçün vacib məqam

AlıntıCevapla
  • Jeramy

  • 4 mart 2025 09:52
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
I am regular reader, how are you everybody? This post posted at this site is genuinely
fastidious.

Also visit my blog post ... @limitlessv
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
Böyrək daşı simptomları - Mütəxəssislərdən xəbərdarlıq
Netanyahu ilə danışıldı, İran üçün yer müəyyənləşdi – 3 ölkədən ortaq QƏRAR
Türkiyə-Azərbaycan sərhədində müəmmalı hücum: Koordinatları İran verib?
İnsulin dirənci üçün effektiv bitkilər
Son xəbərlər
  • Dünən, 22:21
    Yaz fəsli bu bürclərin həyatında yeni səhifə açacaq
  • Dünən, 21:58
    5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI
  • Dünən, 21:30
    Böyrək daşı simptomları - Mütəxəssislərdən xəbərdarlıq
  • Dünən, 20:08
    Netanyahu ilə danışıldı, İran üçün yer müəyyənləşdi – 3 ölkədən ortaq QƏRAR
  • Dünən, 19:33
    Türkiyə-Azərbaycan sərhədində müəmmalı hücum: Koordinatları İran verib?
  • Dünən, 18:04
    İnsulin dirənci üçün effektiv bitkilər
  • Dünən, 17:53
    5 gün fasiləsiz yağış yağacaq, sel gələcək
  • Dünən, 16:25
    Trampın geriçəkilmə taktikası: İran rəhbərliyində yeni “qurban” seçilib?
  • Dünən, 15:03
    Gündəlik bu vərdişlər xroniki xəstəliklərə səbəb ola bilər
  • Dünən, 14:53
    İranla bağlı çağırışa “yox” cavabı verildi: Gizli ittifaq iddiası – 27 milyard dollar…
  • Dünən, 14:47
    Qətər fors-major elan etdi – Nə baş verir?
  • Dünən, 13:32
    İsrail Türkiyəni vuracaqmı? – Cavab Ərdoğandan gəldi
  • Dünən, 12:12
    Bel ağrısının səbəbləri hansılardır? Evdə müalicə üsulları
  • Dünən, 11:28
    ABŞ və Çin arasında hərbi toqquşma olacaq – Müharibələrin yekun SSENARİSİ
  • Dünən, 10:10
    Trampın bəyanatı fonunda neft ucuzlaşmağa başladı
  • Dünən, 09:02
    Maddələr mübadiləsini yaxşılaşdıran - ən təsirli pəhriz
  • 23-03-2026, 22:30
    Ən sağlam yaz tərəvəzlərinin siyahısı
  • 23-03-2026, 21:00
    Yuxuda ağız suyunun axmasının səbəbləri
  • 23-03-2026, 20:50
    Albaniyada hökumət binasına HÜCUM: Yaralanan var
  • 23-03-2026, 19:16
    İrəvan Moskvanı ittiham etdi - “Niyə qorxursunuz?”
  • 23-03-2026, 18:49
    Tıxanmış ürək damarları üçün 3 güclü RESEPT
  • 23-03-2026, 18:07
    Hemiplegiya Nədir? Hemiplegiya Səbəbləri və Müalicəsi
  • 23-03-2026, 17:24
    Dünya müharibəsi zamanı qaçmaq üçün 6 ölkə açıqlandı
  • 23-03-2026, 16:51
    İrana görə trilyonluq TƏKLİF – Cəlalzadə planı açıqladı
  • 23-03-2026, 15:00
    Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?
  • 23-03-2026, 14:48
    Ən böyük körpü nə vaxt istifadəyə veriləcək? – Prezident açıqladı
  • 23-03-2026, 13:08
    Paşinyandan ermənilərə ŞOK XƏBƏRDARLIQ: Sentyabrda “dağıdıcı müharibə” başlayacaq
  • 23-03-2026, 12:04
    Yüksək xolesterolun gizli səbəbləri açıqlandı
  • 23-03-2026, 11:08
    Hörmüz bağlandı, böhran başladı: dünya yeni təhlükənin astanasında
  • 23-03-2026, 10:46
    Pezeşkiandan xəbərdarlıq: İranı yox etmək fikri...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə