Amerikalı politoloq Malek Dudakov Donald Trampın məhkəmələrlə münaqişəsini davam etdirəcəyi təqdirdə ABŞ-da dövlət sisteminin ciddi şəkildə sarsılacağını proqnozlaşdırıb.
Publika.az bu barədə "News.ru"ya istinadən xəbər verir.
Bildirilir ki, bundan əvvəl ABŞ məhkəməsinin USAİD-in ödənişlərinin bərpası barədə qərar çıxardığı, lakin Tramp administrasiyasının buna məhəl qoymadığı bildirilib.
"Tramp məhkəmə qərarlarına məhəl qoymamağa davam edərsə, o, çox mühüm presedent yaradacaq", - ekspert deyib.
Dudakov etiraf edib ki, ABŞ-ın sonrakı prezidentləri bu yolla gedə bilər, sonra isə icra və məhkəmə orqanları arasında münaqişə “Amerika dövlət sisteminin çox ciddi sarsıntısına” gətirib çıxaracaq.