Ukrayna Silahlı Qüvvələrinin Kursk və Bryansk vilayətlərinin ərazisinə hücuma hazırlaşması barədə məlumat təsdiqini tapmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən TASS-a bildirilib.
“Düşmən (Ukrayna) qüvvələrinin bütün hərəkətləri Rusiya qoşunlarının nəzarəti altındadır, artilleriya və aviasiyadan istifadə etməklə onun canlı qüvvəsi və texnikalarına qabaqlayıcı zərbələr endirilir”, - agentliyin həmsöhbəti deyib.