Dekabrın 29-da Gürcüstan parlamenti qanunvericilik binasında əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsini elan edib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
“Bu il dekabrın 29-da Gürcüstan prezidentinin andiçmə mərasiminin keçirilməsi üçün Gürcüstan parlamentinin sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq.
Bu tədbiri işıqlandırmaq istəyən KİV xüsusi akkreditasiya üçün Gürcüstan parlamentinə müraciət etməlidir. Bir media orqanında iki qrupdan çoxu akkreditasiya olunmur”, - məlumatda deyilir.