Bu gün Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyinə görə məhkəməyə verilən Nərmin Şahmarzadənin məhkəmə prosesi olub.
Oxu.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində baş tutan məhkəmə iclası insidentsiz ötüşməyib.
İclasda iştirak edən Qarabağ qaziləri məhkəməyə etiraz ediblər.
Onlar Nərminə cəza verilməsini tələb edərək, onun “mən erməniləri özümə düşmən bilmirəm” deməyinə narazılıqlarını bildiriblər.