Banqladeşdə hökumət əleyhinə etirazlar növbəti dəfə toqquşmalara səbəb olub. Son saatlarda artıq 67 nəfər həlak olub, onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 14-ü polis əməkdaşıdır.
Ayrı-seçkiliyə qarşı Tələbə Hərəkatının çağırdığı etiraz aksiyasının ilk günündə Dəkkə şəhərinin müxtəlif yerlərində və ölkənin digər bölgələrində şiddətli toqquşmalar baş verib. Etirazç
ılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.
Hakimiyyət komendant saatını sərtləşdirməyə qərar verib.