İsrail Livana zərbələri dayandırarsa, Hizbullah öz bölmələrini Litani çayının o tayından geri çəkməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Livan xarici işlər naziri Cebran Basil deyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiq edilmiş bölgü xətti Litani çayı boyunca keçir.
Xatırladaq ki, Livanın cənubundan İsrailə endirilən zərbə nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrailin cavab əməliyyatına hazırlaşdığı bildirilir.