Ukrayna üzrə İsveçrə sammiti ilə bağlı bəyannamənin mətni hazırdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Hazırda mətn üzərində iş başa çatıb. Sammitin sonunda prezidentlər bəyannamənin təsdiqini elan edəcəklər. Sammitdən sonra da digər ölkələrin qoşulması açıq olacaq. Mətn balanslaşdırılıb, Ukraynanın təkid etdiyi bütün prinsipial mövqeləri nəzərə alınıb”, - Kuleba bildirib.