Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Rusiya səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi və Rusiya nümayəndə heyətinin beynəlxalq konfransda iştirakına icazə verməməsi qərarı ilə bağlı səfirə etiraz edilib.
Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib