“Fransa Prezidenti Emmanuel Makron Vaşinqtonun xoşuna gəlmək Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı açıqlamalar verir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı bildirib ki, Makronun son bir neçə il ərzində hansısa strateji muxtariyyət yaratmaqla bağlı bütün söhbətləri “boş” olduğu ortaya çıxdı:
"Hazırda heç kim bu barədə düşünmür. İndi Makronun Ukraynaya quru qoşunlarını göndərmələrinin mümkünlüyündə israr etməsinə baxmayaraq, söhbət artıq strateji muxtariyyətdən deyil, ABŞ-ı sevindirməkdən, eyni zamanda NATO-nun özündə müttəfiqləri təxribata çəkməkdən gedir”.