• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Alzheimer ağızdan başlayır?
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dəyərlərə xəyanət nümunəsi - Paris nədən qorxur?

Xəbərlər

27-01-2024, 12:50

Dəyərlərə xəyanət nümunəsi - Paris nədən qorxur?


Azərbaycan növbəti dəfə Qərbin "demokratik strukturları" tərəfindən ikili standartlı, qərəzli və heç bir siyasi çərçivəyə sığmayan münasibətlə üzləşib. Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətimizin etimadnaməsini təsdiq etməyib. Buna cavab olaraq Azərbaycanın qurumdakı nümayəndə heyəti tam tərkibdə AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

AŞPA-da “fransız əli”

Qurumun bu qərarı verərkən irəli sürdüyü "arqumentlər"ə nəzər saldıqda bir daha AŞPA-nın siyasi oyununun arxasında hansı əlin dayandığını açıq-aşkar görmək mümkündür. Üzdə Almaniya təmsilçisi Frank Şvabe görünsə də, anti-Azərbaycan orkestrinin əsl dirijorunun Fransa olduğu qətidir. Paris Avropanın siyasi strukturlarındakı təsir dairəsindən istifadə edərək Avropa Parlamentinin ardınca Avropa Şurasını da ölkəmizə qarşı həyata keçirtdiyi "xaç yürüşünün səlibçisi"nə çevirir. Ermənistanın "qoruyucu mələyi”nə çevrilən bu təşkilatların son üç ildə ölkəmizə qarşı təzyiq kampaniyası artıq bütün qırmızı xətləri keçməkdədir.

Əsassız və çürük ittihamlar

AŞPA-nın Azərbaycana qarşı əsassız ittihamlarına birlikdə nəzər salaq. Frank Şvabenin Parisdə hazırlanan çıxış mətnində Qarabağın erməniəsilli sakinlərinin bölgədən zorakılıqla köçürüldüyü iddia edilir. Bu iddianın nə dərəcədə əsassız və çürük olduğu anti-Azərbaycan qərarlara imza atan avropalı deputatlara çoxdan məlumdur. Ən azından Laçın yoluyla köç edən ermənilərin mətbuata açıqlamaları, Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı etirafları, ən mühümü isə, BMT missiyasının işğaldan azad edilən rayonlara səfərlərinin yekunu ilə bağlı hesabatlarına nəzər salmaq kifayətdir.

Ölkəmizə qarşı irəli sürülən digər ittihamlar isə Azərbaycanda "siyasi məhbus"ların olması və AŞPA-nın fevralın 7-də keçiriləcək seçkilərə müşahidəçi qismində dəvət edilməməsi ilə bağlıdır. Qondarma "siyasi məhbus" arqumenti Azərbaycan təşkilata üzv olan vaxtdan ölkəmizə qarşı hər zaman istifadə edilib. Budəfəki "tələb”in əsas qaynağı isə Azərbaycanın Parisin bölgədəki casus şəbəkəsinin ifşa etməsi, həmçinin bu istiqamətdə "beşinci kolon" təmsilçilərinin təmizlənməsi prosesi, ən əsas da fransız neokolonializminin ifşası ilə bağlı beynəlxalq səviyyədə atılan addımlardır.

Təzad, ikili standart və ədalətsizlik

2020-2023-cü illər ərzində də AŞPA tərəfindən Azərbaycana qarşı bir sıra təxribat xarakterli qərarlar qəbul edilib. Separatizmə, işğala, terror mənbəyinin mövcudluğuna son qoyan Bakının qalibiyyəti sanki Qərbdəki ermənidən daha çox erməni olanların yuxusuna haram qatıb. Yeri gəlmişkən, Azərbaycanın işğala məruz qalması faktını AŞPA özü də təsdiqləyib və bu istiqamətdə qətnamələri mövcuddur. Lakin həmin qətnamələrin tələblərinin yerinə yetirilməməsi ilə bağlı 23 il ərzində işğalçı dövlət olan Ermənistanın nə səsvermə hüququ dondurulub, nə də İrəvana “gözün üstündə qaşın var” deyən olub. 30 il məcburi köçkün həyatı yaşamağa məcbur olan, soyqırımına, deportasiyaya məruz qalan bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması sanki Avropa Şurasının təməl prinsiplərinin pozulması deyilmiş. İşğaldan azad edilən ərazilərimizdəki şəhərlərin, kəndlərin yer üzündən silinməsi, bir xalqa mənsub olan tarixi-mədəni irsin yox edilməsi sanki demokratiya və hüquq zəncirinin əsas halqalarının qırılması anlamına gəlmirmiş, Azərbaycan dövlətinin suveren ərazisində separatizmi yaymaq, bölücülük, nifrət və dini-irqi ayrı-seçkilik cinayətlərinə yol vermək Avropa dəyərlərini pozmurmuş. Ancaq anti-Azərbaycan səsverməsinə qatılanların düşüncəsində öz xoşları ilə, könüllü şəkildə həm də heç bir təzyiq və işgəncəyə məruz qalmadan ermənilərin Qarabağdan çıxıb getməsi demokratiyanın, insan haqlarının, azadlıqlarının kobud şəkildə pozulmasıdır. Budur təzad, budur ikili standart və ədalətsizlik.

İndi sual olunur, öz dəyərlərini və varlığını ayaqlar altına alan, Parisin, Brüsselin siyasi girovuna çevrilərək erməni lobbisinin maşası halına gələn AŞPA-nın qalib Azərbaycan xalqının öz iradəsini bir daha ortaya qoyacağı seçki prosesinə dəvətinin nə əhəmiyyəti var?

Paris niyə qorxur?

Proseslərə daha dərindən yanaşdıqda Parisin Ermənistanı “qorumaq missiyası”nın arxasında ciddi narahatlıq və qorxunun olduğunu da görə bilərik. Azərbaycan Ermənistana qarşı milyardlarla dollar dəyərində maddi-mənəvi təzminat davası açmağa hazırlaşır. Əhalisi “miatsum” ideyasının girovuna çevrilərək bu gün yoxsul həyat tərzi sürən, miqrasiya nəticəsində şəhərləri, kəndləri boşalan İrəvanın bu təzminatı verəcək nə iqtisadi gücü var, nə də pulu. Ədalət məhkəməsində beynəlxalq hüquqa əsaslanan haqlı qərar çıxarsa, ermənilərin üz tutacağı, pul dilənəcəyi dövlətlərin, mərkəzlərin başında indi yağlı vədlərlə nüfuz qazanmağa çalışan Paris gələcək. Bəs Fransa və onun əlaltıları ermənilər üçün milyardlarından keçməyə hazırdırmı? Bu ritorik sualın cavabını Ukraynanın timsalında tapa bilərik.

Heç bir siyasi təzyiqə, şantaja boyun əyməyəcəyini rəsmi Bakı dəfələrlə sübut edib. Ərazi bütövlüyünü, suverenliyini öz gücü və imkanları hesabına təmin edən qalib dövlətin milli maraqlarını hər şeydən və hər kəsdən üstün tutacağını atdığımız addımlarla isbatlamışıq. Budəfəki təzyiq və şantaj dalğasının da iflasa uğrayacağı indidən məlumdur.("Kaspi" qəzeti)

Oxunub: 312
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-01-2024, 09:26

AŞPA-nın Azərbaycana qarşı qərəzinin səbəbləri: Rusiya şok faktlar açıqladı

Xəbərlər

25-01-2024, 23:17

Qərb Azərbaycana sanksiya tətbiq edə bilərmi? – Aİ-nin proseduru açıqlandı

Xəbərlər

25-01-2024, 15:45

Azərbaycan Avropa Şurasından da çıxır - Sensasion iddia

Xəbərlər

23-06-2023, 09:32

SON DƏQİQƏ: AŞPA-da Azərbaycana qarşı qətnamə QƏBUL EDİLDİ

Xəbərlər

20-04-2021, 01:09

"200-ə yaxın hərbçimiz əsirlikdədir" - Deputatdan SENSASİON AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Alzheimer ağızdan başlayır?
Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Son xəbərlər
  • Bu gün, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • Bu gün, 15:47
    Alzheimer ağızdan başlayır?
  • Bu gün, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • Bu gün, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • Bu gün, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • Bu gün, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • Bu gün, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • Dünən, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • Dünən, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • Dünən, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
  • Dünən, 15:26
    Gözlər təkcə ürəyin aynası deyilmiş, bu xəstəlikdən xəbər verir
  • Dünən, 14:23
    Rusiya-Çin eyni anda savaşa başlaya bilər - Mümkün ssenari
  • Dünən, 13:17
    Sülh olmayacaq: Ukrayna kəşfiyyatı açıqladı
  • Dünən, 12:00
    Ayaqlarda göbələk və xəstəliklərin gizli mənbəyi
  • Dünən, 11:45
    Ukraynanın bu addımı Rusiyanı iflic etdi – Milyardlar təhlükədə…
  • Dünən, 10:34
    HƏMAS tərksilah şərtini açıqladı: “Netanyahu söz verməlidir”
  • Dünən, 09:04
    Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
  • 17-08-2026, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • 17-08-2026, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • 17-08-2026, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • 17-08-2026, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • 17-08-2026, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • 17-08-2026, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • 17-08-2026, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • 17-08-2026, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • 17-08-2026, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • 17-08-2026, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • 17-08-2026, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • 17-08-2026, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • 17-08-2026, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə