• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
Çörək otunun hansı faydaları var?
Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj
Çin Rusiyaya qarşı çıxmayacaq – Lukaşenko
Sarı dişləri ağartmağın yolları
ABŞ Maduronu ələ keçirmək üçün bu qədər xərcləyib – Şok məbləğ
Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq?
Qan artıran qidalar, meyvələr və digər vasitələr
İrandan neft daşıyan tankeri ƏLƏ KEÇİRİLDİ
Netanyahu və Tramp razılaşdı: İrana qarşı Çin planı...
Böyrək daşı nədir? Əlamətləri, səbəbləri və təbii müalicəsi
Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!
ABŞ-dan sonra bu ölkə də elan etdi: İranda hakimiyyəti dəyişmək istəyirik
Mütəxəssislər ən təhlükəli yatma formasını açıqladı
Qadınlarda cinsi istəyi artıran 10 vasitə
Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Putindən yeni həmlə: SSRİ xəritəsini masaya qoydu - Hədəfdəki ilk ölkələr

Xəbərlər

24-01-2024, 19:20

Putindən yeni həmlə: SSRİ xəritəsini masaya qoydu - Hədəfdəki ilk ölkələr


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident Vladimir Putin ötən ilin dekabrında “Rusiyanın xaricdəki tarixi daşınmaz əmlakları” ilə bağlı fərman imzalamışdı. Fərmana keçmiş SSRİ və Rus İmperiyası da daxil olmaqla, Rusiyanın “xaricdəki mülklər”inin axtarışı, qeydiyyatı və hüquqi mühafizəsi daxildir. Məsələ Qərb mediasında yenidən gündəmə gəlib və Kremlin qonşularına qarşı imperiya ambisiyası kimi şərh olunur. Siz bu haqda nə düşünürsünüz, Putinin bu qərarın arxasında hansı niyyətlər var?

- Əlbəttə, bu qərar müəyyən iddialara əsas yaradacaq. Həm 1917-ci il Bolşevik inqilabı, həm də 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində Qərbdə Rusiya ilə bağlı əmlaklar donduruldu. O dövrdə Qərb Bolşevik Rusiyasına qarşı sərt siyasət apardı, onu tanımadı. Keçmiş SSRİ-nin özü iki qlobal gücdən biri olsa da, o zaman bu məsələlər gündəmə gətirilmədi. Çünki həm SSRİ-nin ideoloji sistemi, həm də dövrün şərtləri fərqliydi. İndi Rusiyanın keçmiş SSRİ ölkələri və vaxtilə nəzarətində olan Şərqi Avropadakı bəzi dövlətlərə qarşı bu metodlara əl atması gözləniləndir. Məsələn, Rusiya sabah “Baltikyanı bölgədə mülklər” məsələsini gündəmə gətirərək, aran qızışdırmaqla sərt gücdən istifadəyə meylli ola bilər.

Belə addımlar yaxın xaricə, başqa sözlə, postsovet məkanına müdaxilələr üçün zəminin yaradılmasına hesablanıb. Xüsusən də 1990-cı illərdə SSRİ-dən ayrılaraq müstəqilliklərini elan edən dövlətlərə aid olacaq. Hazırda Ukraynada gedən savaş və bunun üçün yaradılan “əsaslar”dan daha “fərqli əsaslar” önə sürüləcək. Məsələn, elə “əmlak məsələsi” ətrafında. Bunlar “hüquqi məsələlər”dir, uzun zaman müzakirələr aparılacaq və sair. Bütün hallarda gərginliyin yaradılması baxımından Rusiya üçün maraqlı mövzudur. Bir daha deyirəm: bu, postsovet ölkələrinə qarşı müəyyən iddiaların həyata keçirilməsi üçün bir vasitə kimi dəyərləndirilməlidir.

- Azərbaycanın vaxtilə Sovet Rusiyası və Rus İmperiyası tərəfindən işğal edildiyini nəzərə alsaq, bu fərmanın bizim üçün təhlükə səviyyəsi nə qədərdir?

- Dediyim kimi, bunlar əsasən Rusiyanın ambisiyasına daxil olan ölkələrə yönəldiləcək. Məlumdur ki, keçmiş Sovet İttifaqının iqtisadi sistemi mərkəzləşdirilmişdi, bütün strateji obyektlər və müəssisələrin hamısı birbaşa mərkəzə tabe idi. İndi bu məsələ hüquqi baxımdan olmasa da, təbliğat və gərginlik yaratmaq nöqteyi-nəzərindən Rusiyaya müəyyən “əsaslar” verə bilər.

Azərbaycana gəlincə, biz zamanına bununla bağlı məsələləri həll etmişik, ona görə də bunun bizim üçün təhdid və ya təhlükə yaradacağını düşünmürəm. Əlbəttə, zaman-zaman Rusiyadakı şovinist və ultra-millətçi dairələrdən əleyhimizə müəyyən bəyanatlar eşitmişik, bundan sonra da belə bəyanatları eşidə bilərik. Amma məsələ bundan o tərəfə keçməz.

- Dünyada gərginliyin pik həddə olduğu vaxtda NATO-nun Rusiyaya qarşı dörd aylıq hərbi təlimlərə başlaması nədən xəbər verir? Alyansın bütün Avropa üzvlərinin, xüsusən də Baltikyanı ölkələrin ərazisini əhatə edəcək təlimlərdə “Rusiyaya hücum ssenarisi” məşqləri icra ediləcək.

- Miqyası və müddətinə baxdıqda, əvvəlkilərdən fərqli təlimlər olduğunu görürük. Əlbəttə, NATO ölkələr öz ordularının hazırlıq vəziyyətini yoxlamaq, döyüş hazırlığının hansı səviyyədə olduğunu bilmək istəyirlər. Xüsusən də, onların dilləri ilə desək, Rusiya təhlükəsi hələ də qapıdadırsa, belə bir zərurət yaranır. Bu məsələ daha çox Baltikyanı ölkələrə aiddir. İsveç də üzv olsa, Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Məsələn, Rusiya Ukrayna ərazilərini işğal edərək Azov dənizinə belə bir duruma gətirib.

Rusiya NATO-nun addımları ilə barışmaq istəmir. Əlbəttə, Rusiya Baltik dənizinə yolunu bu regionda yerləşən ölkələr üzərindən açmaq istəyər, belə iddialar da dilə gətirilir. Baltikyanı ölkələrin hazırkı fəallığı da bununla bağlıdır, öz üzərlərindəki təhlükəni hiss edirlər. Amma NATO təlimlərinin “Rusiyaya hücum ssenarisi” üzərində qurulduğunu real saymıram. Çünki Rusiya ərazi, iqlim və digər amillər baxımından genişdir və belə bir ssenari NATO-ya uğur gətirə bilməz.

- Ötən günlərdə Almaniyadan bir iddia ortaya atıldı ki, Rusiya Baltikyanı bölgəyə hücum edəcək, NATO da buna cavab verəcək. Bu ehtimal nə qədər mümkündür, ümumiyyətlə, NATO və Rusiya hansı nöqtədə toqquşa bilər?

- Şübhəsiz ki, Rusiyanın iddiaları var, bunlar da onun mediası və ekspertləri tərəfindən tez-tez gündəmə gətirilir. Baxmayaraq ki, onlar “ekspert” olduqlarını deyirlər, amma bunların arxasında Rusiyanın gizli planlarının olduğu şübhə doğurmur. Rusiyanın bu çərçivədə Baltikyanı bölgədə özü üçün əlverişli mühitin yaradılması iddiaları var, bu da heç gizlədilmir. Amma Rusiyanın yaxınlarda bu regiona hücum edəcəyi real görünmür. Çünki Rusiyanın hazırkı prioriteti Ukraynadır. Düşünmürəm ki, Rusiya burada tam qələbə qazanmayanadək digər istiqamətlərdə cəbhə açacaq. Onu da nəzərə almaq lazımdır ki, Baltikyanı ölkələr Ukraynadan fərqli olaraq, NATO üzvləridir. NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, bu ölkələrin kollektiv müdafiə hüquqları var.

Bir sözlə, Rusiyanın yaxınlarda belə bir avantüraya gedəcəyini düşünmürəm. Amma bu ehtimalı “yox” saymaq da doğru olmaz. Ehtimalı az da olsa, belə bir avantüra ola bilər, ancaq yaxın illərdə yox, baxmayaraq ki, dünyada ciddi və təhlükəli geosiyasi rəqabət gedir, ciddi toqquşmalar var, münaqişələrin arealı genişlənir. Bütün bunlar göstərir ki, dünya nizamında ciddi dəyişiklik baş verir, bu baxımdan, bütün ehtimallar nəzərdən keçirilməlidir. Amma bunun yaxınlarda olacağını gözləmirəm. Bütün hallarda Rusiya rəhbərliyində təmsil olunan qrup və ya insanların belə iddiaları var. Yüksək səviyyələrdə “Rusiya İmperiyasının bərpası” ilə bağlı fikirlər də səsləndirilib. Əgər belə fikirlər səsləndirilirsə, demək, belə niyyətlər də var. Amma gedişatın necə olacağı zamana bağlıdır.

Müəllif: Mənsur Rəğbətoğlu

Oxunub: 239
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-02-2023, 12:41

Rusiya SSRİ-ni bərpa etmək istəyir?

Xəbərlər

27-02-2023, 13:20

Qərbin Rusiyanı PARÇALAMAQ PLANI İŞƏ DÜŞDÜ: SSRİ-nin aqibəti TƏKRARLANIR

Xəbərlər

23-02-2022, 17:26

Ərdoğan Putinin SSRİ ilə bağlı sözlərinə münasibət bildirdi

Xəbərlər

8-11-2021, 13:14

Moskva məhkəməsi SSRİ-nin bərpası ilə bağlı QƏRAR VERDİ

Xəbərlər

20-04-2020, 12:22

DÜNYA ŞOKDA: SSRİ yenidən BƏRPA EDİLİR?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
Çörək otunun hansı faydaları var?
Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
Son xəbərlər
  • Bu gün, 12:25
    Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
  • Bu gün, 11:03
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bu gün, 10:32
    Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
  • Bu gün, 09:04
    Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
  • Dünən, 22:35
    Çörək otunun hansı faydaları var?
  • Dünən, 21:38
    Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
  • Dünən, 20:49
    19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj
  • Dünən, 19:09
    Çin Rusiyaya qarşı çıxmayacaq – Lukaşenko
  • Dünən, 18:30
    Sarı dişləri ağartmağın yolları
  • Dünən, 17:35
    ABŞ Maduronu ələ keçirmək üçün bu qədər xərcləyib – Şok məbləğ
  • Dünən, 16:13
    Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq?
  • Dünən, 15:14
    Qan artıran qidalar, meyvələr və digər vasitələr
  • Dünən, 14:53
    İrandan neft daşıyan tankeri ƏLƏ KEÇİRİLDİ
  • Dünən, 13:30
    Netanyahu və Tramp razılaşdı: İrana qarşı Çin planı...
  • Dünən, 12:27
    Böyrək daşı nədir? Əlamətləri, səbəbləri və təbii müalicəsi
  • Dünən, 11:09
    Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!
  • Dünən, 10:26
    ABŞ-dan sonra bu ölkə də elan etdi: İranda hakimiyyəti dəyişmək istəyirik
  • Dünən, 09:02
    Mütəxəssislər ən təhlükəli yatma formasını açıqladı
  • 15-02-2026, 22:37
    Qadınlarda cinsi istəyi artıran 10 vasitə
  • 15-02-2026, 21:29
    Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
  • 15-02-2026, 20:38
    Bu halda alimentin məbləği artırılır - QAYDA
  • 15-02-2026, 19:30
    Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
  • 15-02-2026, 18:00
    Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
  • 15-02-2026, 17:32
    “Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
  • 15-02-2026, 16:18
    İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
  • 15-02-2026, 15:02
    Qarın yağını artıran ən gizli 5 səbəb
  • 15-02-2026, 14:41
    İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
  • 15-02-2026, 13:28
    NATO rəsmisi etiraf etdi: "Avropanın raketləri bitib"
  • 15-02-2026, 12:33
    Uşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?
  • 15-02-2026, 11:29
    Əliyev “iş bitdi” dedi, o məsələyə toxunmadı: Sadəcə bir tələb var ki…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə