• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Hansı ət bədəndə ağrını artırır?
Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
17 ölkə İranla bağlı razılığa gəldi
Gicitkən çayı - kimlər içməlidir?
Xoruldayan kişilərin beyni təhlükədədir
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Paşinyan qalib gəldi, böyük oyunun anonsu verildi – Bakını nələr gözləyir?
Su içmək üçün ən doğru vaxtlar
ABŞ, Fransa və Yunanıstan hərbçiləri İrəvana gəldi – Nə baş verir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ankarada Ərdoğan-Rəisi görüşü: Azərbaycanla bağlı nələr müzakirə ediləcək?

Xəbərlər

24-01-2024, 15:18

Ankarada Ərdoğan-Rəisi görüşü: Azərbaycanla bağlı nələr müzakirə ediləcək?


İran prezidenti İbrahim Rəisinin bugünkü Türkiyə səfəri zamanı iqtisadiyyat və nəqliyyat kimi sahələrdə 10 müqavilənin imzalanması planlaşdırılır. Yada salaq ki, Rəisinin yanvarın 4-də gözlənilən rəsmi səfəri İranda baş verən terror aktı səbəbindən təxirə salınmışdı. Bundan əvvəlsə ötən il noyabrın 28-nə nəzərdə tutulan səfər Türkiyənin İsraillə ticarət əlaqələrini davam etdirməsinə reaksiya olaraq Tehranın tələbi ilə təxirə salınmışdı.

Məlumatlara görə, iki dövlət başçısı arasında müzakirə olunacaq məsələlər- Qəzza, Suriya, İran-Türkiyə sərhədi, İsrail-Türkiyə əlaqələri və Zəngəzur dəhlizi ilə bağlıdır. İran mediasının xəbərinə görə, səfər çərçivəsində prezidentlərin sədrliyi ilə Ali Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək. Bu şuranın yeddinci iclası ötən ilin iyulunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri zamanı baş tutmuşdu. İran prezidenti administrasiyasının məlumatında deyilirdi ki, görüşdə tərəflər ətraf mühitin mühafizəsi, cinayətkarların ekstradisiyası, elmi-texnoloji parkların tikintisi, enerji, ticarət, iqtisadi, idman sektorları, eləcə bank və investisiya əməliyyatları və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Növbəti görüşdə İran qazının Türkiyəyə ixracına dair müqavilənin 25 il müddətinə uzadılması və qaz ixracı həcmlərinin artırılması gündəliyə salınıb. Səkkizinci iclasda bu sahədə irəliləyişlərə baxılacağı gözlənilir. İSNA xəbər agentliyinin məlumatına görə, Ərdoğan və Rəisinin birgə mətbuat konfransı da gözlənilir.

Türkiyə-İran sərhədindəki problemlərin həllini təmin edəcək razılaşmanın imzalanması mərhələsinə hələ çatmadığı öyrənilib. İki ölkə sərhədindəki Gürbulak, Esendere və Dilucu sərhəd qapılarından sonra Vanda yeni sərhəd qapısının açılacağı gözlənilir. Bu məsələ ilə bağlı yanvarın əvvəlində İranın yol və şəhərsalma naziri Mehrdad Bezrpaş və xarici işlər naziri Hakan Fidan arasında görüş olub.

Türkiyə iki ilə yaxındır ki, Orta Asiyadan gələn və İrandan tranzit keçən türk daşıyıcılarından alınan yanacaq qiymət fərqinin aradan qaldırılmasını gözləyir.

İran üzrə ekspert Serkan Keçecinin VOATÜRKCE-yə şərhinə görə, İbrahim Rəisi Ərdoğandan İsrailə qarşı daha açıq münasibət tələb edəcək, çünki İran Qəzzada mülki ölümlərin artmasını Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələrin davam etməsi ilə izah edir.

Keçeciyə görə Qəzza, İraq, Suriya və Naxçıvan-Azərbaycan-Qafqaz məsələləri ön plana çıxsa da, Livan və Yəmən də liderlərin gündəliyində ola bilər: “Türk limanları İsraillə Türkiyə arasında fəaliyyətini davam etdirir. Azərbaycan nefti bu limanlar vasitəsilə İsrailə çatdırılır. Eləcə də, İsrailin ehtiyac duyduğu bəzi strateji xammallar, məsələn, polad da bu xətt vasitəsilə tədarük edilir”.

Keçeci xatırladıb ki, Azərbaycan 1992-ci ildən Ermənistanın işğalı altında olan Qarabağ bölgəsini yenidən nəzarətə götürüb. İsrailin Azərbaycana hərbi dəstəyi Türkiyə ilə müqayisədə mətbuatda görünmədi. Amma İran hakimiyyətinə yaxın media qurumları Azərbaycanın cənubunda İsrail düşərgələrinin olması, Azərbaycan ordusuna bəzi texniki sahələrdə israilli ekspert və zabitlər tərəfindən təlim keçildiyini də iddia edirdi.

Zəngəzur dəhlizi ilə bağlı durumu xatırladan Keçeci, Ərdoğanın “Ermənistan üçün uyğun deyilsə, biz də imtina edə bilərik” bəyanatına əsaslanaraq, bildirir ki, dəhlizin İrandan keçib-keçməyəcəyi qarşıdakı dövrdə bəlli olacaq: “Qurulacaq dəhliz bir çox cəhətdən Türkiyəyə üstünlük verəcək. Amma İranın tərəddüdlə vurğuladığı kimi, bu dəhlizin inkişafı ilə İranın şimal bölgələrində baş verə biləcək etnik əsaslı münaqişədən sonra İranda Qərbə doğru miqrasiya dalğasına yol aça bilər”.

BBC fars xidmətinin reportajında isə qeyd edilir ki, Türkiyə və İran hökumətlərinin Orta Asiya ilə bağlı mövqelərində, xüsusən də Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflərlə bağlı fikir ayrılığı yaranıb. Türkiyə Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləmiş və hərbi yardım da göstərmişdi. Türkiyə ilə Ermənistan arasında münasibətlər tarixi problemlərə görə həmişə gərgin olub və tərəflərin vaxtaşırı münasibətlərin yaxşılaşdırılmasında maraqlı olmasına baxmayaraq, nəzərəçarpacaq dəyişiklik müşahidə olunmayıb: “İran isə ümumilikdə Ermənistana qarşı daha dost mövqe tutur, onun nəzərində Qərbyönümlü Azərbaycan hökumətindən fərqli olaraq Ermənistan Rusiyanı dəstəkləyən ölkələrdən biri hesab olunur. Keçmişdə bəzi hallarda Azərbaycan hakimiyyəti İranın müəyyən dövlət qurumlarını ölkələrinin maraqlarına zidd fəaliyyət göstərməkdə ittiham edib”.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 304
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-09-2023, 09:26

Ərdoğanın İraq səfəri niyə təxirə salınıb?

Xəbərlər

21-07-2023, 12:29

Abbas və Netanyahu Türkiyəyə gəlir - Nələr müzakirə olunacaq?

Xəbərlər

17-07-2022, 22:45

Ərdoğan Putinlə Tehranda görüşəcək

Xəbərlər

24-05-2021, 12:18

Ərdoğanın Şuşa səfəri niyə gecikir? - ŞOK SƏBƏB

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 08:55

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Son xəbərlər
  • Dünən, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • Dünən, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • Dünən, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • Dünən, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • Dünən, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • Dünən, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • Dünən, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • Dünən, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • Dünən, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • Dünən, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • Dünən, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • Dünən, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • Dünən, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • Dünən, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • 15-06-2026, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • 15-06-2026, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • 15-06-2026, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
  • 15-06-2026, 19:14
    Paşinyan qalib gəldi, böyük oyunun anonsu verildi – Bakını nələr gözləyir?
  • 15-06-2026, 18:47
    Su içmək üçün ən doğru vaxtlar
  • 15-06-2026, 17:09
    ABŞ, Fransa və Yunanıstan hərbçiləri İrəvana gəldi – Nə baş verir?
  • 15-06-2026, 16:00
    Bu dörd ölkədən İranla bağlı vacib qərar: Hazırıq
  • 15-06-2026, 15:23
    Komada olarkən bədəninizdə nələr baş verir?
  • 15-06-2026, 15:04
    Hər gün vacib yeyilməli qidalar – Endokrinoloq açıqladı
  • 15-06-2026, 14:24
    NATO-nu Rusiya ilə müharibəyə bu ölkə təhrik edir: Detallar açıqlandı
  • 15-06-2026, 13:53
    Türkiyəni dəyişəcək proses başlayır: Üç gün keçiriləcək iclasda nələr qəbul ediləcək?
  • 15-06-2026, 12:26
    Aşağı təzyiq bu 2 xəstəlikdən ola bilər
  • 15-06-2026, 11:41
    Müharibə bitənədək edəcəyik! – Zelenskidən Moskvaya ultimatum
  • 15-06-2026, 10:28
    ABŞ İranı buna da razı saldı - Hörmüzdə keçid şərtləri necə olacaq?
  • 15-06-2026, 09:03
    Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...
  • 14-06-2026, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə