• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hindistanın Ermənistan sevgisi: Nyu-Delhi ambisiyalarından vaz keçməyə məcbur olacaq

Xəbərlər

20-11-2023, 20:43

Hindistanın Ermənistan sevgisi: Nyu-Delhi ambisiyalarından vaz keçməyə məcbur olacaq


Son dövrlər Hindistanla Ermənistan arasında əlaqələrin inkişafı, bir sıra sahələrə aid müqavilələrin imzalanması, tərəflər arasında silah ticarəti nəzərdən yayınmayıb. Bir neçə gün əvvəl Nyu-Delhi İrəvana 150 min ədəd qumbara satışı həyata keçirilib. Bu gün isə çıxan xəbərə görə, Hindistanın “Bharat Forge” şirkəti “MARK 155” təkərli özüyeriyən haubitsaların Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib.

Beləliklə, demək olar ki, Hindistan erməni dövləti üçün müdafiə avadanlığının əsas tədarükçüsünə çevrilir. Hərbi əməkdaşlıq çərçivəsində 2020-ci ildə Ermənistan Hindistandan dörd “Svati” mobil radar sistemi alıb, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif növ raketlərin alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.

Məsələ bununla da bitmir. 18 noyabr tarixində Nyu-Delhidə iki ölkənin xarici işlər nazirlikləri arasında 10-cu müntəzəm siyasi məsləhətləşmələr keçirilib. Ermənistan tərəfi “Sülhün kəsişməsi” layihəsini təqdim edib və üstünlüklərindən danışıb.

Qafqaz regionuna bitişik olmayan, Ermənistanla quru sərhədi olmayan Hindistanın hay sevgisinin arxasında nə dayanır? Bu sevginin bir sıra siyasi, iqtisadi səbəbləri var.

Maraqlı faktdır ki, Hindistanın satdığı bütün silahlar, hətta qumbara belə, sayına qədər mətbuat orqanları tərəfindən tirajlanır. Belə bir alqı-satqının detallarına qədər KİV-ə sızdırılması Hindistan tərəfinin Ermənistan vasitəsilə regionda yeni silah alverçisi olmaq niyyətindən xəbər verir. Fransanın silah satışı ssenarisində olduğu kimi, Nyu-Delhi də dünya silah bazarında payçıya çevrilmək, regiona öz məhsullarını təqdim etmək istəyir. Bunun üçün də vasitə kimi Ermənistanın seçilməsi açıq-aydın görünür. Çünki bir çox ölkələr arasında silah satışı ilə bağlı müqavilənin yalnız ümumi müddəaları KİV-ə sızdırılır, rəqəmlər isə gizli qalır.

Bundan əlavə, Azərbaycanın Pakistanla silah satışı barədə müqaviləsi də Hindistan tərəfindən nəzərə alınır. Çünki İslamabadla ciddi rəqabət və hətta düşmənçilik münasibətləri güdən Hindistanın Ermənistanı silahlandırma səbəblərindən birini də bu düşmənçilikdə axtarmaq lazımdır. Bəlkə də, Pakistanla olan münasibətlərinə görə, rəsmi Nyu-Delhi Qarabağdakı separatçı ermənilərin qondarma rejimini də zaman-zaman dəstəkləyən açıqlamalar verirdi. Bu tip açıqlamalara 2020-ci ildə 44 günlük müharibədə də rast gəlmək mümkün idi. Hindistan Ermənistanı dəstəkləyirdi. 2020-ci il müharibəsində bu ölkənin KİV-inin analizi də eyni tendensiyanın davam etdiyini ortaya qoyurdu. Məqalələrin 70-80 faizi erməni mövqeyini müdafiə edirdi. Göründüyü kimi, Hindistanın mövqeyi Azərbaycanın Pakistanla uzun müddətdir davam edən əməkdaşlığı ilə də bağlıdır. Sirr deyil ki, İslamabad Ankara və Bakının siyasətini dəstəkləyir və Pakistanla Azərbaycan arasında hərbi sahədə ciddi əməkdaşlıq var. Bununla yanaşı, Hindistanın mövqeyi müsəlmanları düşmən etməyə çalışan Narendra Modinin ölkəsindəki antiislam siyasətindən də qaynaqlanır.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəstəyin arxasında duran faktorlar sırasında iqtisadi səbəblər də var. Sirr deyil ki, Hindistan Ermənistanı İran vasitəsilə Avropa ilə birləşdirən dəhlizə çevirmək niyyətindədir. Bu niyyətə rəsmi Dehlinin transkontinental dəmir yollarının tikintisi vasitəsilə qurmaq istədiyi Cənub-Şimal dəhlizi daxildir. Bu yolla da Hindistan Pakistanın bağladığı Avropa və Mərkəzi Asiyaya quru yollarına çıxış əldə etmək niyyətini güdür. Eyni zamanda, İranı Çinin orbitindən çıxarmaq, Pekinin regiondakı infrastruktur layihələrini mühasirəyə almaq da bu məsələyə daxildir. Bunun səbəbi isə Çinin Hindistan üçün regionda ciddi iqtisadi rəqib olması ilə izah edilir.
Təbii ki, rəsmi Nyu-Delhi Ermənistanla tərəfdaşlığın və nəzərdə tutulan layihənin çox riskli olduğunu başa düşür. Ermənistan isə Hindistanın müttəfiqlik mövqeyində müəyyən dəyişikliklərin olacağını başa düşdüyü üçün bu yaxınlarda oraya yeni səfir də göndərib. Hindistanın mövqeyində dəyişiklik isə bir səbəblə izah olunur: Ermənistanın həm hərbi, həm də diplomatik sahədə ard-arda Azərbaycan tərəfindən məğlub edilməsi, Rusiya ilə münasibətləri sıfırlamaq həddinə gəlməsi faktları isə Hindistanın təklif etdiyi dəhliz layihəsinin bir kənara atılması mənasına gələ bilər. Regionda əsas iqtisadi tərəfdaş kimi Ermənistana güvənməyin Hindistan üçün riskli olduğu yavaş-yavaş üzə çıxır.

Bu ölkəyə İranın şimali-qərbindən Cənubi Qafqaz vasitəsilə Rusiyaya və ya Qara dənizə keçmək üçün dəmir yolu lazımdır. Bu baxımdan Hindistanın iki yolu var: Ermənistanın cənubundakı Zəngəzur vilayəti, digəri isə Azərbaycan üzərindən Xəzər dənizi sahili vasitəsilə.

İstər 44 günlük müharibə, istərsə də 2023-cü ilin 19 sentyabr tarixində baş tutan lokal antiterror tədbirlərindən sonra regiondakı yaranan yeni siyasi və iqtisadi reallıqlar göstərir ki, Hindistanın istəyini Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə reallaşdırmaq olar. Azərbaycanın bu yaxınlarda İranla Araz çayı vasitəsilə yeni yolun tikintisi ilə bağlı start verdiyi işlər, son dövrlər xarici kulislərdə Zəngəzur dəhlizi ilə bağlı verilən açıqlamalar Hindistan üçün ən optimal variantın Azərbaycan vasitəsilə reallaşdıra biləcəyini göz önünə sərgiləyir. Göründüyü kimi, Nyu-Delhinin Ermənistan üzərindən Avropaya çıxış əldə etmək niyyəti suya düşmək üzrədir. Bu səbəbdən onlar artıq başqa variantlar üzərində düşünürlər və bu variantlar sırasında Azərbaycan ən uyğun variant kimi görünür. Regionda baş verən son hadisələr Hindistan üçün zərbə, Pakistan üçün faydadır. Dolayı yolla, Hindistanın Asiyadakı əsas rəqibi Çin üçün də faydalı sayılır.

Vurğulamaq yerinə düşər ki, Hindistanın Azərbaycandan başqa optimal variantı yoxdur. Marşrutun Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə reallaşması kifayət qədər real görünür. Fikir ayrılıqları olsa da, belə bir beynəlxalq layihədə Hindistanın Ermənistan sevgisindən vaz keçə biləcəyini də ehtimal etmək olar.

Üstəlik, Hindistanın alternativ variantları yoxdur. Marşrutun Xəzər dənizinə çevrilməsi diplomatik baxımdan çətin olsa da, hələ də irəliləyiş üçün imkanlar var. İran və Azərbaycan arasında problemlərə baxmayaraq, tərəflər dəmir yolu xəttinin tikintisinin bərpası ilə bağlı ilkin təkliflə razılaşa biliblər. Yəqin ki, Hindistanda Ermənistana silah satışının Azərbaycan tərəfindən xoş qarşılanmadığını bilirlər. Görünür, rəsmi Nyu-Delhi düşünür ki, bu anlaşılmazlıq gələcəkdə Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı məhdudlaşdırmayacaq. Ermənistanın məğlubiyyəti fonunda Hindistan regionda artıq dəyişmiş geosiyasi reallıqlara uyğun xarici siyasətini yenidən formalaşdırmış kimi görünsə də, şübhəsiz ki, infrastruktur əlaqələri üçün bu siyasətini yenidən nəzərdən keçirməli olacaq. Qafqazda dəyişən reallığa uyğunlaşmaq isə, Hindistana faydadan başqa heç nə gətirməz. Çox güman ki, yaxın vaxtlarda Hindistanın bəzi ambisiyalarından vaz keçərək Azərbaycana yaxınlaşacağının şahidi olacağıq.

“Report” İnformasiya Agentliyi

Oxunub: 350
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-11-2023, 16:27

Hindistandan Ermənistana özüyeriyən MArG 155 haubitsaları göndərilir

Xəbərlər

10-11-2023, 16:41

Hindistanla Ermənistan arasında məxfi razılaşma: Bu silahlar 2024-cü ilin martına qədər...

Xəbərlər

15-09-2023, 22:49

SON DƏQİQƏ: Hindistan Ermənistana bu silahları GÖNDƏRDİ

Xəbərlər

15-09-2023, 12:25

Ermənistan bu ölkədən ATAGS-lər aldı - İrəvanın müharibə hazırlığı

Xəbərlər

10-11-2022, 16:49

Hindistan Ermənistana 155 mm-lik haubitsa tədarük edəcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Son xəbərlər
  • Bu gün, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Bu gün, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Bu gün, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Bu gün, 13:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Bu gün, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Bu gün, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Bu gün, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Bu gün, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • Dünən, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Dünən, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • Dünən, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Dünən, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Dünən, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • Dünən, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Dünən, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Dünən, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Dünən, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Dünən, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Dünən, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Dünən, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Dünən, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Dünən, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • 4-08-2026, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • 4-08-2026, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • 4-08-2026, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • 4-08-2026, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • 4-08-2026, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • 4-08-2026, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə