ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə müraciət edərək, qlobal gərginliyi sakitləşdirməyə, xüsusən İsrail və HƏMAS arasında münaqişənin genişlənməsinin qarşısını almaq üçün İrana təzyiq göstərməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ lideri Çinin bu mənada öz təsirindən istifadə edə biləcəyini deyib.
Bayden həmçinin Cinpini Rusiyanın Ukraynaya müdaxiləsinə hərbi dəstəyi dayandırmağa çağırıb.
Müəllif: Mənsur Rəğbətoğlu