iOS əməliyyat sistemi üçün "WhatsApp" proqramında audio və video mesajların qeyd rejimləri arasında əl ilə keçid etməyə imkan verən yeni funksiya əlçatan olub.
Publika.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Tətbiqdə audio və video mesajlar üçün nişanların yerləşdiyi panel dəyişdirilib. Tətbiqin yeni versiyasında mikrofon və ya kamera ikonasına kliklədiyiniz zaman istədiyiniz qeyd metodunu - audio və ya videonu əl ilə seçməli olduğunuz menyu görünəcək. Eyni zamanda, əvvəllər messencerin istifadəçiləri ikonanın üzərinə klikləməli idilər ki, o, audiodan videoya və geriyə keçsin.
"WABetaInfo"nun məlumatına görə, yeni funksiya insanın təsadüfən nəzərdə tutduğu səhv tipli mesajı göndərməsi ehtimalını azaldacaq, bu da tez-tez avtomatik keçid zamanı baş verir. Qeyd olunur ki, funksiya artıq bəzi iOS istifadəçiləri üçün əlçatan olub.
Hüseyn İbadlı