• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
Son zamanların bəlası: patoloji yorğunluq nədir?
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
Axşama doğru ayaqlar şişir və ağırlaşır?
Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ŞOK PLAN: ABŞ Ermənistanı işğal edib, Türkiyəni mühasirəyə almaq istəyir

Xəbərlər

7-09-2023, 21:33

ŞOK PLAN: ABŞ Ermənistanı işğal edib, Türkiyəni mühasirəyə almaq istəyir


Qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəm olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə təəccübləndirməkdə davam edir. Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya əleyhinə səslənən fikirləri bu ölkənin siyasi arenasında, mediasında ciddi qalmaqala səbəb olub. O, müsahibə zamanı “Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir”, “təhlükəsizlik məsələlərində Rusiyadan asılılıq strateji səhv idi” və s. kimi fikirlər işlədib. Bundan əlavə, ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidməti Ermənistanda ABŞ ilə birgə “EAGLE PARTNER 2023” hərbi təlimləri keçiriləcəyi barədə məlumat yayıb. Məlumata görə, təlimlər sentyabrın 11-dən 20-nə qədər Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının tədris mərkəzinin bazasında baş tutacaq. Ermənistanın bu addımlarının nəticələri maraq doğurur.

Publika.az-a danışan beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib ki, ABŞ uzun müddətdir ki, Qara dəniz bölgəsinə yerləşməyə çalışır:

“Bunun üçün xüsusilə NATO-dan istifadə etməyə başlayıb. Gürcüstan-Rusiya münaqişələri zamanı Gürcüstana yerləşməyə çalışmışdı. İndi isə erməni kartından istifadə etməyə çalışır. Bu ölkə əvvəllər Ukraynaya yerləşməyə çalışmış, Ukraynanın NATO-ya üzvlük prosesi ilə bu coğrafiyada NATO bazalarını quraraq Rusiyanı əhatəyə almağa cəhd göstərmişdi”.

Ekspertin sözlərinə görə, ABŞ-ın Türkiyəyə qarşı davam edən qəzəbinin səbəbi 1 mart 2003-cü il qətnaməsidir: “İraqı işğal etmək istəyən ABŞ Türkiyə hava məkanından və torpaqlarından ordusu üçün istifadə etmək istəyirdi. Türkiyə Böyük Millət Məclisi 2003-cü il martın 1-də keçirilən iclasında ABŞ-a İraqa müdaxilə məqsədilə Türkiyə ərazisinə qoşun yerləşdirməyə icazə verən hökumət qətnaməsini rədd etdi. Amerikanın Türkiyəyə qarşı bu qəzəbi hələ də davam edir. Unutmaq olmaz ki, Amerika Birləşmiş Ştatları Rusiyanı Qara dəniz bölgəsindən hərbi yolla mühasirəyə almaq və Rusiyanı nəzarət altına almaq planı adı altında Türkiyəni mühasirəyə almağa çalışır”.

O qeyd edib ki, indi Amerika Birləşmiş Ştatlarının erməni bəhanəsini ortaya atmağa çalışdığını görürük:

“Paşinyan vəzifəyə gəldiyi gündən artıq qərbyönlü mövqe tutmuşdu. Bu səbəbdən də Paşinyan Fransaya, Amerika Birləşmiş Ştatlarına yaxınlaşdı. İkinci Qarabağ müharibəsi zamanı Rusiya Paşinyanın bu münasibətinə görə ilkin olaraq onun yanında olmadı və müharibədə Azərbaycan qalib gəldi. Açıq şəkildə Paşinyana dəstək verməyən bir Rusiya gördük. Paşinyanın bu münasibəti Rusiya tərəfindən unudulmamışdı. Paşinyan ikili - Qərb ilə Rusiya arasında gedib-gələn bir siyasət yeridir. Bu, qeyri-sabit bir siyasətdir. Rusiya Ukrayna müharibəsində gözlənilən uğuru əldə edə bilmədiyi və beynəlxalq ictimai rəydə zəif ölkə imici yaratdığı üçün Ermənistan-Azərbaycan münaqişəsi olarsa, Moskvanın Ermənistana dəstək verməyəcəyi proqnozlaşdırılır. Beləcə, Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlaşaraq ondan kömək istəyir. Belə başa düşülür ki, ABŞ Ermənistanı inandırıb ki, Rusiya onları qoruya bilməyəcək, ona görə də Amerika əsgərlərini Ermənistana yerləşdirmək lazımdır”.

İsmail Cingöz ABŞ ordusunun Ermənistan ərazisinə daxil olmasının Rusiyanın xoşuna gəlməyəcəyini bildirib:

“Rusiyanın buna reaksiya verib-verməyəcəyini zaman göstərəcək, amma hazırda Rusiya zəif layihə cızır. Lakin nə qədər zəif olmasını Paşinyan və ABŞ-ın addımları müəyyən edəcək. Burada Rusiyanın təhlükəsizlik qayğıları ilə yanaşı, əsas mövzulardan biri də Azərbaycan və Türkiyənin təhlükəsizlik qayğılarıdır. Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionuna, yəni Azərbaycan və Gürcüstan sahəsinə orduları ilə birlikdə girəcəyi təqdirdə, Türkiyə və Azərbaycanın təhlükəsizlik problemləri Rusiyadan daha çox ortaya çıxacaq və Türkiyənin ABŞ tərəfindən mühasirəyə alınması sözün əsl mənasında tamamlanacaq”.

O əlavə edib ki, 2003-cü ilin 1 mart mandatından sonra Amerika Birləşmiş Ştatları Türkiyəni mühasirəyə almaq üçün addımlarını tədricən tətbiq etməyə başlayıb və bu proses hələ də davam edir: “ABŞ, Ukrayna-Rusiya müharibəsini bəhanə edərək Yunanıstanda 120 mindən çox əsgər yerləşdirdi və Türkiyəyə qarşı təhdid kimi orada saxlayır. Amma beynəlxalq ictimaiyyətdə belə təəssürat yaradır ki, guya Ukraynanın təhlükəsizliyi üçün gəlib. Ancaq Ukraynanın təhlükəsizliyi üçün gələcək hərbi birləşmənin Yunanıstanda deyil, Bolqarıstanda və ya Rumıniyada yerləşməsi daha məntiqli olardı. Amma ABŞ Ukraynanı bəhanə edərək Türkiyəni mühasirəyə almaq üçün Yunanıstanda qoşun yerləşdirməyə üstünlük verib. İndi sırada Ermənistandır. ABŞ əsgər göndərməsi ilə Ermənistan işğal edilmiş hesab olunacaq”.

Nəzrin

Oxunub: 352
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-09-2023, 15:14

Rusiyadan verilən mesajlar: Ermənistanı ölümcül hadisələr gözləyir

Xəbərlər

2-08-2023, 21:47

Rusiya XİN: “Paşinyan tez-tez qeyri-müəyyən mövqedən çıxış edir”

Xəbərlər

6-05-2023, 10:07

"Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır" - Paşinyan

Xəbərlər

26-04-2023, 19:25

Putinlə Paşinyan nə danışdı? – Kremldən açıqlama

Xəbərlər

10-01-2023, 20:32

Paşinyandan Rusiyanı qəzəbləndirəcək AÇIQLAMA: İrəvan qapılarını KTMT-yə bağlayır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Son xəbərlər
  • Dünən, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Dünən, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • Dünən, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
  • Dünən, 19:11
    Suriya Livana müdaxilə edə bilərmi?
  • Dünən, 18:17
    Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
  • Dünən, 17:50
    Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
  • Dünən, 16:08
    Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
  • Dünən, 15:36
    Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
  • Dünən, 14:25
    Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
  • Dünən, 13:42
    Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
  • Dünən, 12:21
    Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
  • Dünən, 11:17
    Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
  • Dünən, 10:25
    Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
  • Dünən, 09:14
    Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
  • 13-06-2026, 22:51
    Son zamanların bəlası: patoloji yorğunluq nədir?
  • 13-06-2026, 21:24
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • 13-06-2026, 20:02
    Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
  • 13-06-2026, 19:16
    Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
  • 13-06-2026, 18:14
    Axşama doğru ayaqlar şişir və ağırlaşır?
  • 13-06-2026, 17:33
    Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
  • 13-06-2026, 17:05
    Paşinyanın qatı düşməni də parlamentə girə bilər – Surenyantsdan xəbərdarlıq
  • 13-06-2026, 16:36
    ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ
  • 13-06-2026, 15:49
    Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?
  • 13-06-2026, 14:39
    Şimali Kiprdə tarixi qərar: 63 ildən sonra yenidən açıldı
  • 13-06-2026, 13:19
    Trampdan SÜLH AÇIQLAMASI - “Uyğun vaxtda müsadirə edib məhv edəcəyik”
  • 13-06-2026, 12:02
    Bədəndə duz harada və necə yığılır? - Həqiqətlər və miflər
  • 13-06-2026, 11:57
    Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
  • 13-06-2026, 10:44
    Üç Avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
  • 13-06-2026, 09:08
    Banan qabıqlarına duz səpməyin səbəbi məlum oldu: Faydalıdır
  • 12-06-2026, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə