• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
Tramp İranla bağlı xəttini dəyişdi – İsraillə qarşıdurmanın arxasındakı gizli detal
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Dırnaqlarda və ayaqlarda görünən 4 xərçəng əlaməti
London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?
Azərbaycanda yeni qadağa gündəmdə: limit qoyulacaq - Detallar
Bu şəxslərin beyni daha gec YAŞLANIR
Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq?
İrana hücumlarda ABŞ iştirak edir?
Gözümüzü günəş şüasından necə QORUYAQ?
Belarus NATO üçün təhlükədir - Qof
Seçkilərdə qalib gələn Paşinyandan Azərbaycana müraciət: Çox tezliklə...
Ürəyi gücləndirən dəmləmə - Resept
Günlər uzanır: Planetimizin fırlanması yavaşlayır - Səbəb
Bronxitin əlamətləri hansılardır? Necə müalicə olunur?
Zelenskinin həmləsi Putini çətinə saldı, ruslar heyrət içində – 26 il…
İsraildə terror oldu: Ölən və yaralananlar var
Böyrəkotu çayının faydaları
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

BƏZİ RENSİYACILARA BƏD XƏBƏR: Kimlər kənarda qalacaq? - TƏCİLİ!

Xəbərlər

26-11-2018, 00:21

BƏZİ RENSİYACILARA BƏD XƏBƏR:  Kimlər kənarda qalacaq? - TƏCİLİ!

Son məlumatlara görə hazırda ölkədə 1 milyon 303 min 315 nəfər pensiya, 419 min 900 nəfər isə sosial müavinət alır. Dövlət Statistika Komitəsindən açıqlanan məlumata görə pensiyaçıların 377 min 624 nəfəri Bakı şəhərində yaşayıb. Pensiyaların aylıq orta məbləği 221,02 manat olub. Bakı şəhərində bu göstərici 299,87 manat təşkil edib və ölkə üzrə qeydə alınan ən yüksək göstərici olub. Digər şəhər və rayonlarda qeydə alınan orta pensiya məbləği isə ölkə üzrə qeydə alınan orta məbləğdən - 221,02 manatdan aşağı olub. Ən yüksək pensiya məbləği Zəngilan rayonunda qeydə alınıb - 220,68 manat. Ümumilikdə isə ölkədə orta pensiya məbləğinin 200 manatdan yüksək olduğu 8 şəhər və rayon var. Ən aşağı pensiya məbləği isə Masallı rayonunda qeydə alınıb - 171,17 manat.

Sosial müavinətlər isə “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə verilir. Qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı və müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər.

Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olanlar isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olanlara hər il birdəfəlik müavinət də ödənilir. Cari ilin doqquz ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 69,8 min nəfər olub. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Əmək və əhalinin sosial müdafisəsi naziri Sahil Babayev çıxışı zamanı bu vəsaitin 97 faizinin əhaliyə yönəldiləcəyini deyib. “Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”-deyə, nazir bildirib.

Məlumdur ki, hazırda ölkədə müavinətlərin məbləği heç də qənaətbəxş hesab olunmur. Xüsusilə də II və III qrup əlillərə verilən müavinətlərin həcmi 52-55 manat civarındadır. Bu isə onunla əsaslandırılır ki, II və III qrup əlillər həm də işləmək imkanına malikdir. Yəni, onlar işləyib özlərini saxlaya bilərlər. Amma, mövcud durumda, işsizliyin ciddi problemə çevrildiyi zamanda sağlamlığında məhdudiyyətlər olan bir vətəndaşın iş tapması elə də asan deyil. Nəzərə alsaq ki, hazırda səhhətində heç bir problemi olmayan, bununla yanaşı təhsilli, ixtisas sahibi olan minlərlə gənc işsizdir, əlillərin işlə təminatının hansı səviyyədə olduğunu təsəvvür etmək elə də çətin deyil. Doğrudur, Qanunvericiliyə görə hər bir dövlət qurumu, şirkət, müəssisə işçi kollektivinin 3 faizini əlillərdən təşkil etməlidir. Amma buna nə qədər riayət olunur? Təəssüf ki, hazırda hansısa dövlət qurumunda, elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu kvotaya riayət olunub-olunmaması özü sual altındadır. Başda nazirlik olmaqla, heç bir qurum istimaiyyətə bununla bağlı hansısa bir məlumat, hesabat açıqlamayıb. Qurumlar müxtəlif üsullardan istifadə edərək bu öhdəliklərdən yayınırlar və əlillərin işlə təmin edilməsində maraqlı görünmürlər.

Belə olan halda müavinət adı altında verilən 50-55 manatla bir nəfər necə yaşaya bilər? Nazirlik bu hesablamaları apararkən hansı amilləri diqqətə alır? Bu suallara aidiyyəti qurumdan cavab almağa çalışsaq da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “qəbula” düşə bilmədik, telefon zənglərimizə cavab verən olmadı.

Bütün hallarda müavinətlərin həcmi, hansı amillərə görə təyin olunmasından asılı olmayaraq çox aşağıdır. Çünki əslində müavinət alan şəxslərin iş imkanları nəinki deyildiyi kimi deyil, hətta bilinəndən də aşağı səviyyədədir. Növbəti, 2019-cu ildən isə II və III qrup əlilliyi olan şəxslərin müavinət imkanlarının daha da məhdudlaşacağı deyilir. Baxmayaraq ki, nazirlik rəsmiləri bu məsələni fərqli şərh edirlər.

“Əlilliyin qiymətləndirilməsi sisteminin bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün aparılan islahatlarda məqsəd insanların sosial təminat hüquqlarının daha dolğun təmin edilməsidir”-Nazirlik rəsmisi deyir. Amma müstəqil ekspertlər hesab edir ki, bu islahatlar hazırda müavinət alan II və III qrup əlillərin gələcəkdə bundan yararlana bilməməsi deməkdir. İddia olunur ki, hazırda II və III qrup əlil hesab olunanların içində saxta sənədlərlə bu “statusu” alanlar da var. Amma bu məsələdə bütün yükü müxtəlif vasitələrlə əllilik sənədi alan, həmin sənəd hesabına müavinətlə təmin olunan şəxsin üzərinə yıxmaq doğru deyil. Çünki o sənədi verən və həmin saxta sənədə görə ona müavinət təyin edən qurum var. Nəzərdə tutulan islahat, yeni mexanizm isə pensiya alan əlillərin sayını azaldacaq. Bəs ümumi mexanizmi necə, dəyişə biləcəkmi? Bunu zaman göstərəcək.

Oxunub: 2 034
Paylaş:
Digər xəbərlər

---

14-11-2018, 19:44

GECƏNİN ŞAD XƏBƏR: Rensiyalara inanılmaz artım - AXIR Kİ, BU DA OLDU...-Rəsmi

Xəbərlər

9-11-2018, 03:46

SABAHIN SAD XƏBƏRİ - Pensiyaların orta məbləği BU QƏDƏR olacaq

---

16-10-2018, 02:14

GECƏNIN ŞAD XƏBƏRİ - Bu lap əla oldu... - SON ANDA

Manşet / Gündəm / Xəbərlər

19-04-2018, 17:41

İpoteka kreditləşməsi üçün 20 milyon manat cəlb edilib

Manşet / Gündəm / Səhiyyə / Xəbərlər

5-04-2018, 11:01

Xəstəxanadan kənarda 94 doğuş qeydə alınıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
Tramp İranla bağlı xəttini dəyişdi – İsraillə qarşıdurmanın arxasındakı gizli detal
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Dırnaqlarda və ayaqlarda görünən 4 xərçəng əlaməti
Son xəbərlər
  • Bu gün, 09:09
    Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
  • Dünən, 22:43
    Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
  • Dünən, 21:13
    Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
  • Dünən, 20:17
    Tramp İranla bağlı xəttini dəyişdi – İsraillə qarşıdurmanın arxasındakı gizli detal
  • Dünən, 19:32
    Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ
  • Dünən, 18:25
    Dırnaqlarda və ayaqlarda görünən 4 xərçəng əlaməti
  • Dünən, 17:04
    London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?
  • Dünən, 16:27
    Azərbaycanda yeni qadağa gündəmdə: limit qoyulacaq - Detallar
  • Dünən, 15:55
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • Dünən, 14:55
    Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq?
  • Dünən, 13:23
    İrana hücumlarda ABŞ iştirak edir?
  • Dünən, 12:33
    Gözümüzü günəş şüasından necə QORUYAQ?
  • Dünən, 11:40
    Belarus NATO üçün təhlükədir - Qof
  • Dünən, 10:19
    Seçkilərdə qalib gələn Paşinyandan Azərbaycana müraciət: Çox tezliklə...
  • Dünən, 09:08
    Ürəyi gücləndirən dəmləmə - Resept
  • 7-06-2026, 22:14
    Günlər uzanır: Planetimizin fırlanması yavaşlayır - Səbəb
  • 7-06-2026, 21:33
    Bronxitin əlamətləri hansılardır? Necə müalicə olunur?
  • 7-06-2026, 20:46
    Zelenskinin həmləsi Putini çətinə saldı, ruslar heyrət içində – 26 il…
  • 7-06-2026, 19:37
    İsraildə terror oldu: Ölən və yaralananlar var
  • 7-06-2026, 18:41
    Böyrəkotu çayının faydaları
  • 7-06-2026, 17:31
    Seçkilərdə məğlub olsaq... – Simonyan
  • 7-06-2026, 16:09
    Metro və avtobuslarda gedişhaqqı dəyişir? – Yeni ödəniş sistemi belə olacaq
  • 7-06-2026, 15:26
    Yüksək təzyiqin 3 əsas əlaməti
  • 7-06-2026, 14:40
    Çin xüsusi əməliyyatın başladığını elan etdi
  • 7-06-2026, 13:16
    Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan
  • 7-06-2026, 12:30
    Göz rəngi zamanla dəyişə bilərmi? – Mütəxəssislər izah edir
  • 7-06-2026, 11:24
    İrana yenidən zərbələr endiriləcək - Pet Fellondan KRİTİK AÇIQLAMA
  • 7-06-2026, 10:03
    Ermənistanda parlament seçkiləri başladı
  • 7-06-2026, 09:03
    Səhər yeməyində ürək sağlamlığını dəstəkləyən hansı məhsul yeməliyik?
  • 6-06-2026, 22:26
    Uşaq gec yatanda beynində nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə