• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İRNA-dan ilk dəfə: İranın 40%-i türklərdir

Xəbərlər

25-07-2023, 18:47

İRNA-dan ilk dəfə: İranın 40%-i türklərdir


İranın dövlət informasiya agentliyi İRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq. İRNA agentliyinin əməkdaşı Şuşada keçirilən Qlobal Media Forumunda yeni büro ilə bağlı Prezident İlham Əliyevə sual verib. Azərbaycan Prezidenti İRNA agentliyinin Azərbaycanda bürosunun açılmasının iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcəyini deyib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İran-Azərbaycan münasibətləri normallaşmayıb, Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra səfirlik fəaliyyətini bərpa etməyib:

“Tehran səfirliyin fəaliyyətini davam etdirməsini istəsə də, rəsmi Bakı buna razılıq verməyib. Çünki səfirliyə hücumla bağlı istintaq araşdırmasının hansı mərhələdə olduğu Bakıya məlum deyil, bu barədə Bakı məlumatlandırılmayıb. Bakının təminatı yoxdur ki, səfirlik fəaliyyətə başlayandan sonra Azərbaycan diplomatlarına yeni terror hücumu baş verməyəcək. Digət tərəfdən Almaniyada təhsil alan azərbaycanlı tələbə İranda saxta ittihamla həbs olunub. Azərbaycanlı tələbəni casusluqda ittiham ediblər. Bu da iki ölkə arasında münasibətləri gərginləşdirib.

İndiki şərtlər altında Tehranın Azərbaycanda İRNA agentliyinin bürosunu açmaqda məqsədi nədir? Azərbaycan-İran münasibətlərinin normal olduğu illərdə Bakıda iranlı jurnalistlərin sayı çox idi, müxtəlif bürolar var idi. Münasibətlər gərginləşəndə İranın informasiya və televiziya büroları Bakıda bağlandı”.

Ekspert ”İRNA agentliyinin Azərbaycanla bağlı xəbər siyasəti fərqli olacaqmı” sualına aydınlıq gətirməyə çalışıb:

“Məlumdur ki, İRNA-nın Azərbaycanda bürosunun açılması araşdırılıb və buna yüksək səviyyədə icazə verilib. Görünür, Tehran vəd verib ki, İRNA agentliyi Azərbaycan əleyhinə xəbərlər yaymayacaq, xəbər siyasətində Azərbaycanın təhlükəsizlik maraqları nəzərə alınacaq. Bunun belə olub-olmayacağını zaman göstərəcək. İRNA agentliyinin Bakıda bürosu açılacağı xəbəri yayıldıqdan sonra Azərbaycanla bağlı yaydığı ilk xəbərini müsbət qiymətləndirmək olar. Agentliyin 22 iyul bülletenində “Təbriz və Bakının ortaq yönləri dostluğun möhkəmlənməsi üçün əsasdır” başlıqlı məqalədə İran əhalisinin 40%-nin türklərdən ibarət olduğu bildirilib. Bu məqalədə “İran və Azərbaycanda incəsənət”, “Adət və ənənələr” və “Etnik və dil” kimi başlıqlar altında İranla Azərbaycan arasındakı mədəni oxşarlıqları dəyərləndirib.

İran əhalisinin 40 fazinin türklər olduğunu bu ölkənin keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ildə Türkiyəyə rəsmi səfəri zamanı da bildirmişdi. İran əhalisinin 88 milyon nəfər olduğu nəzərə alındıqda Tehran “40 faiz” rəqəmini səsləndirməklə ölkədə 35 milyondan çox türkün yaşadığını etiraf edib. Halbuki İran rəsmiləri heç zaman ölkədə yaşayan millətlərin sayı barədə məlumat vermirlər. Digər tərəfdən İran rəsmiləri və xəbər agentlikləri İranda yaşayanlar barədə “türklər” ifadəsini işlətmirlər, “azəri” ifadəsinə üstünlük verirlər. İRNA-nın məqaləsində isə bir neçə dəfə “Azərbaycan türkləri” ifadəsi işlədilib. İRNA dövlət agentliyidir və rəsmi icazə olmadan məqalədə “Azərbaycan türkləri” ifadəsi yazılmazdı. Görünür, həm İRNA agentliyinin məqaləsi, həm də “türklər” ifadəsinin işlədilməsi iki ölkə arasındakı münasibətlərin normallaşmasına xidmət etməlidir.

Buna baxmayaraq, İRNA agentliyinin keçmiş illərdə Azərbaycan əleyhinə xəbər siyasəti unudulmamalıdır. Misal üçün bir il əvvəl İRNA agentliyi Azərbaycanla bağlı yayımladığı məqalədə Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirirdi. “İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu, yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” sözləri yazılan məqalədə Azərbaycanın İsraillə sıx əlaqələrinin də guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanırdı. İRNA agentliyi Azərbaycanla bağlı yayımladığı gələcək məqalələrində bu ritorikadan istifadəni davam etdirərsə, Bakıdakı bürosunun ömrü uzun çəkməyəcək”.

Oxunub: 356
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-07-2023, 19:53

İlham Əliyev Bakıda İranın xarici işlər nazirinə nələr dedi?

Xəbərlər

20-02-2023, 21:31

Bakının Tehrandan TƏLƏBİ: Səfirlik teraktının sifarişçilərini ver

Xəbərlər

3-02-2023, 15:54

ABŞ-dan XƏBƏRDARLIQ: Azərbaycan-İran qarşıdurması böyüyəcək, Ermənistanda...

Xəbərlər

28-01-2023, 00:35

ABŞ-dan Azərbaycan səfirliyinə hücumla bağlı SƏRT BƏYANAT

Xəbərlər

7-12-2022, 00:26

Molla rejimindən Azərbaycana qarşı növbəti SƏRSƏM BƏYANAT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
Ən romantik və ən qısqanc bürclər
Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
Son xəbərlər
  • Dünən, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • Dünən, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • Dünən, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • Dünən, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • Dünən, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • Dünən, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • Dünən, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • Dünən, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • Dünən, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • Dünən, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
  • Dünən, 12:27
    Qalxanabənzər vəzin xəstəlikləri – Ən çox rast gəlinən simptomlar
  • Dünən, 11:33
    Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
  • Dünən, 10:32
    İspaniya Afrika anklavına qoşun göndərdi - Nə baş verir?
  • Dünən, 09:04
    İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
  • 30-07-2026, 22:21
    Sevgi münasibətlərinin taleyini proqnozlaşdıran DÜSTUR TAPILDI
  • 30-07-2026, 21:53
    Ayaqlarınızda bu 3 əlamət varsa – Qaraciyəri yoxladın
  • 30-07-2026, 20:14
    Bu ölkədə ABŞ tankeri vuruldu – Güclü yanğın başladı
  • 30-07-2026, 19:37
    ABŞ-dan Hörmüz boğazında mühüm addım: Hərbçilər hərəkətə keçdi
  • 30-07-2026, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • 30-07-2026, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • 30-07-2026, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • 30-07-2026, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • 30-07-2026, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • 30-07-2026, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • 30-07-2026, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • 30-07-2026, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • 30-07-2026, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • 30-07-2026, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • 29-07-2026, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • 29-07-2026, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə