• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
İsrail və Livan razılaşmaya yaxındır – Rubio
Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ankara-Kreml GƏRGİNLİYİ: “Dostluq” başa çata bilər?

Xəbərlər

13-07-2023, 09:42

Ankara-Kreml GƏRGİNLİYİ: “Dostluq” başa çata bilər?


Son günlər Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına dair müxtəlif fikirlər səslənməkdədir. Mövzunu aktual edən hadisələr isə iyul ayının 7-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi və geri qayıdarkən “Azov” batalyonunun 5 komandirini özü ilə aparması, türk liderin “Ukrayna NATO üzvü olmağa layiqdir” deməsi və iyulun 10-da Vilnüsda İsveçin Alyansa qəbul olunmasına razılıq verməsidir. Bəzi ekspertlər Ankaranın bu manverlərinin Moskva ilə münasibətlərə xələl gətirdiyini iddia edirlər.

Doğrudur, Kremldə Ankaranın “Azov”un 5 komandirini Ukraynaya təhvil verməsi xoş qarşılanmadı. Hətta Türkiyənin Rusiya ilə əsirlərin mübadiləsi zamanı iki dövlət arasında əldə olunmuş razılaşmanın şərtlərini pozduğu vurğulandı. Eyni zamanda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Türkiyə tərəfindən baş verənlərlə bağlı açıqlama alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq” deyə, bundan sonra Moskvanın Ankaraya tam inanmayacağını da dolayısı ilə dilə gətirdi.

Bununla yanaşı, Peskov ölkəsinin Türkiyə ilə çoxvektorlu əlaqələr üzrə münasibətlərini davam etdirməkdə maraqlı olduğunu da vurğuladı. Bu isə o deməkdir ki, Putinin sözçüsü Ankaranın atdığı addımların “ağrılı olması”na baxmayaraq, Rusiya ilə Türkiyə arasında əlaqələrin davam edəcəyinə işarə etdi.

Maraqlıdır, Türkiyənin məlum addımlarına Moskva niyə daha aqressiv reaksiya vermədi?

Əlbəttə, Kremli əməkdaşlığa sövq edən əsas səbəb ilk növbədə Rusiyanın düşdüyü vəziyyətdir. Məlum olduğu kimi, Rusiya hazırda dünya tərəfindən siyasi, iqtisadi, hərbi, hətta mədəni və idman sahəsində təcrid vəziyyətinə salınıb. Küncə sıxışdırılmış Rusiya ilə bir neçə barmaqla sayılacaq ölkə əməkdaşlıq edir. Onlardan da biri və əsası Türkiyədir.

Türkiyə indiki vəziyyətdə Rusiyanın əməkdaşlıq etdiyi digər ölkələrlə müqayisədə Kreml üçün daha vacib partnyor hesab olunur. Çünki Türkiyə NATO üzvüdür, Avropa Birliyinə can atır, buna baxmayaraq, Ankara Qərbin diktəsi ilə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Əksinə, Türkiyə lazım gəldikdə öz dövlət maraqlarına uyğun olaraq, bəzi hallarda Rusiyanın istəklərini müdafiə edə bilir. Ankaranın bu cür davranışı şübhəsiz ki, Moskvanın siyasəti ilə tam üst-üstə düşür.

İkincisi, Moskvanın Türkiyə ilə əlaqələrini davam etdirməkdə maraqlı olması ikincinin regionda və beynəlxalq aləmdə oynadığı aktiv rolla bağlıdır. Xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Ankaranın apardığı siyasət və sərgilədiyi mövqe bu ölkənin siyasi çəkisini ciddi mənada yüksəldib. Ərdoğan dünyada yeganə liderdir ki, BMT kimi bir qurumun və bütövlükdə Qərbin nüfuz edə bilmədiyi Putinə sözünü keçirə bilir. Eyni zamanda Moskvanın istəklərini qarşı cəbhəyə çatdırır. Bunu parçalanmış dünyanın hər iki tərəfi də qəbul edir. Türkiyə Qərblə-Şərq arasında körpü rolunda çıxış edən yeganə ölkədir. Həm kollektiv Qərb üçün, həm də Rusiya üçün Türkiyənin hazırkı mövqeyi yüksək qiymətləndirilir.

Bu səbəbdən “oksigen çatışmazlığ”ından əziyyət çəkən Moskva Türkiyəyə həm də “nəfəslik kimi” baxmağa məcburdur.

Üçüncüsü, iqtisadi əlaqələrlə bağlıdır ki, bu məsələ Kreml üçün həyati əhəmiyyət daşıyır. Çünki Rusiyaya öz qazını və neftini dünya bazarına çıxararaq satmaq və gəlir əldə etmək daha vacibdir. Xüsusilə indiki halda hava-su kimi lazım olan Türkiyədə qaz habı qurmaq perspektivi Rusiya üçün çox mühümdür. Kreml dərk edir ki, Qərbin diktəsi ilə oturub-durmayan və enerji mərkəzi halına gəlməkdə olan Türkiyə ilə əlaqələri kəsmək ciddi nəticələr doğura bilər…

Oxunub: 420
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-07-2023, 16:44

Ərdoğanın qərarına Putinin reaksiyası... – Peskov

Xəbərlər

11-07-2023, 13:31

Türkiyə niyə Rusiya ilə anlaşmanı pozdu?

Xəbərlər

22-11-2022, 23:40

Ərdoğanın Rusiyaya iradına Kremldən CAVAB

Xəbərlər

2-07-2022, 16:08

TƏCİLİ! Türkiyə və Rusiya arasında QARŞIDURMA – ABŞ sürətlə GERİ ÇƏKİLDİ

Xəbərlər

28-01-2022, 08:02

Türkiyədən Rusiyaya SƏRT XƏBƏRDARLIQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
Son xəbərlər
  • Dünən, 22:23
    Kefir, yoxsa qatıq: bağırsaq üçün hansı daha sağlamdır?
  • Dünən, 21:13
    Ayağı ağrıyanlar ürəyini yoxlatsın – Kardioloq
  • Dünən, 20:02
    İrandan körfəz ölkələrinə müəmmalı təklif – Tehran nə istəyir?
  • Dünən, 19:47
    Paşinyan açıqladı: Hökuməti onlar idarə edəcək…
  • Dünən, 18:26
    Dabanlarınız çatlayırsa – Bu 2 xəstəlikdən yoxlanın
  • Dünən, 18:20
    Mənə soyuq dəyib - Tibdə bu diaqnoz varmı?
  • Dünən, 17:52
    İsrail və Livan razılaşmaya yaxındır – Rubio
  • Dünən, 16:19
    Qiyamət savaşı: 500 milyard dollarlıq həmlə – “Qızıl Günbəz” hansı ölkəni sarsıdacaq?
  • Dünən, 15:15
    Göz hərəkətlərinə nəzarət itiriləndə nə baş verir? - Oftalmoloqdan XƏBƏRDARLIQ
  • Dünən, 14:21
    Sakit Okeanda genişmiqyaslı dəniz təlimləri başladı
  • Dünən, 13:39
    Xankəndidə bu sözü deməsəydim, indi Ermənistan yox idi - Paşinyan
  • Dünən, 12:11
    Diabet riski yüksək olan qan qrupu açıqlandı
  • Dünən, 11:40
    Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq?
  • Dünən, 10:34
    Rumıniya və Moldova birləşmə yolunda: İlkin addım...
  • Dünən, 09:02
    Mütəxəssislərdən ağız quruluğu xəbərdarlığı - Bir çox xəstəliklərin ilk əlaməti
  • 25-06-2026, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • 25-06-2026, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • 25-06-2026, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 25-06-2026, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • 25-06-2026, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • 25-06-2026, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • 25-06-2026, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
  • 25-06-2026, 15:47
    Baş ağrıları qan qatılaşmasından ola bilər
  • 25-06-2026, 14:10
    Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
  • 25-06-2026, 13:51
    Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
  • 25-06-2026, 12:29
    Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
  • 25-06-2026, 11:15
    Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
  • 25-06-2026, 10:03
    Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
  • 25-06-2026, 09:05
    Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
  • 24-06-2026, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə