• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
İsti havalarda ayaqlar niyə şişir?
Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Makronla Paşinyan niyə “dalaşır”? – Gizli məqamlar

Xəbərlər

2-07-2023, 11:12

Makronla Paşinyan niyə “dalaşır”? – Gizli məqamlar


Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Fransanın Ermənistan-Azərbaycan danışıqlarında Qarabağla bağlı “güzəştsiz mövqe” sərgilədiyini, “Paşinyandan daha çox Əliyevə təzyiq etdiyini” bildirməsinin, Ermənistan baş nazirinə qarşı böyük kampaniyanın aparılmasına təkan verməsinin səbəbi nədir?

Erməni diasporunun yaydığı bu məlumatla bağlı İrəvan Parisə sorğu verib və hələ ki, cavab almayıb. Ancaq cavabın nə olduğunun xüsusi önəmi yoxdur: əvvəla, erməni diasporu Makronun sözlərini bu qədər təhrif etməyə cəsarət etməz; ikincisi, əgər təhrif olsaydı, Yelisey sarayı çoxdan təkzib verərdi; üçüncüsü, Makronun Paşinyana əsəbiləşməsi və onların arasında ciddi fikir ayrılığının yaranması barədə məlumat ilk dəfə deyil yayılır.

1 iyunda Kişinyovda keçirilən görüşdən sonra Emmanuel Makron qəzəblə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək bildirmişdi ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil. Çünki görüşdə iştirak edən bütün tərəflər – Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul ediblər, Makron bu məsələdə təklənib və pis vəziyyətə düşüb. Bu isə Makronla Paşinyan arasında ciddi konfliktə səbəb olub.

Maraqlıdır, niyə Paşinyan Fransa kimi bir ölkənin “erməni maraqlarını ermənidən daha yaxşı qoruyan” lideri Makronla fikir ayrılığı yaşamalıdır? Nəzərə alaq ki, Fransa Ermənistana silah göndərməyə başlayır (50 zirehli trasportyirun tədarükü), Ermənistandakı səfirliyinə “hərbi sahədə əlaqələri inkişaf etdirmək və İrəvanın hərbi ehtiyaclarını öyrənmək” üçün ilk dəfə attaşe təyin edir (bunu Makron Marseldə də xüsusi vurğulamışdı), Ermənistan-Azərbaycan danışıqlarında erməni maraqlarını israrla qoruyur, bütün platformalarda fransız siyasətçilər Ermənistan təbliğatı aparır və Azərbaycana qarşı mövqe ortaya qoyur və s.

Bəs, niyə Paşinyan Makronun bu “fədakarlığını” qiymətləndirmir?

Məsələ bundadır ki, Fransanın bu cür ermənipərəst mövqeyinin Ermənistan və Azərbaycan arasında sülh sazişini mümkünsüz etdiyini artıq hər kəs – Nikol Paşinyan da bilir. Ermənistanın silahlanması, sülh imzalamaması, Makronun təkidi ilə aparılan siyasət növbəti müharibə deməkdir.

Emmanuel Makron Cənubi Qafqazda Rusiyanın sıxışdırılması ilə paralel olaraq özünün bölgəyə yerləşməsini təmin etmək istəyir. Bu isə 44 günlük müharibənin dəyişdirdiyi yeni siyasi reallıqda mümkün deyil. Yeni reallıqda söz sahibi Azərbaycan, müttəfiqi Türkiyə, İsrail, o cümlədən müharibə zamanı BMT səviyyəsində siyasi dəstəyini əsirgəməyən Böyük Britaniyadır. Makron yeni müharibə riskinin yaranmasından qətiyyən narahat deyil, əksinə, növbəti provokasiyaya gedərək, daha bir cəhd etmək istəyir - ən azı, bu müharibəyə hazır olduğu təəssüratı ilə diplomatik masada nəsə əldə etməyə çalışır.

Ermənistan buna hazırdırmı?

Bir neçə gün öncə Nikol Paşinyan 44 günlük müharibədəki vəziyyəti araşdıran parlament komissiyasının iclasında 13-16 oktyabr aralığında aparılan atəşkəs danışıqlarının baş tutmaması barədə açıqlama vermişdi. Bu açıqlamanın ardınca üzə çıxdı ki, Paşinyan əslində Azərbaycanın həmin vaxt tələb etdiyi şərtləri qəbul etməyə və atəşkəs bağlamağa razı olub, ancaq onu fikrindən Fransa lideri Emmanuel Makron daşındırıb. Makronun verdiyi vədlə atəşkəsdən imtina edib, “humanitar atəşkəsə”, yəni fasiləyə razılaşan Paşinyanın sonradan kapitulyasiyaya yalvardığı hər kəsə bəllidir.

Ermənistan baş naziri də hazırda ən çox bu tənqidlərlə üzləşir ki, 13-16 oktyabrda Rusiyanın vasitəçiliyindən imtina edib, Makronun vədinə aldanmasaydı, “daha münasib” atəşkəs razılaşması imzalaya bilərdi.

İndi həmin Makron yenidən Paşinyanı və Ermənistanı müharibəyə sürükləyir. Paşinyan niyə Makrona güvənməlidir? Niyə onun təhriki ilə Azərbaycanla müharibəyə başlamalıdır?

Növbəti müharibə Rusiyanı regiondan tamamilə çıxara və yaxud Rusiyaya qarşı “ikinci cəbhə” yarada bilər - bu, mümkün ssenaridir və deyəsən, Makronun da istəyi budur. Ancaq yeni müharibə artıq Ermənistan ərazisində gedəcək – Paşinyan da bunu bilir.

Bu baxımdan “bacılar” arasında ciddi fikir ayrılığını anlamaq olar…

Oxunub: 347
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-06-2023, 10:25

Ermənistan Makronun dəstəyi ilə BU SİLAHLARI ALIR

Xəbərlər

13-11-2022, 19:14

Makron İlham Əliyevə zəng etməyə niyə məcbur olub?

Xəbərlər

14-10-2022, 18:17

ŞOK GƏLİŞMƏ! İlham Əliyevdən Makronun bu bəyanatına sərt REAKSİYA

Xəbərlər

5-02-2022, 20:36

ŞAD XƏBƏR ELAN EDİLDİ: Əliyev-Paşinyan görüşündə bu məsələlər RAZILAŞDIRILIB

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
Son xəbərlər
  • Bu gün, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • Bu gün, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • Bu gün, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • Bu gün, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
  • Bu gün, 11:05
    Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
  • Bu gün, 10:23
    Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
  • Dünən, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • Dünən, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • Dünən, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
  • Dünən, 19:45
    Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
  • Dünən, 18:31
    Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
  • Dünən, 17:55
    Güclü külək əsəcək – Xəbərdarlıq edildi
  • Dünən, 16:51
    Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
  • Dünən, 15:33
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • Dünən, 14:29
    ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
  • Dünən, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • Dünən, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • Dünən, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • Dünən, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 8-08-2026, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • 8-08-2026, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • 8-08-2026, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
  • 8-08-2026, 17:41
    Kiyev üçün təhlükəli ssenari: Qərbin 3 seçimi var
  • 8-08-2026, 15:01
    Ürəyin zəif olub-olmadığını necə müəyyən etmək olar? - Cərrah açıqladı
  • 8-08-2026, 14:25
    4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!
  • 8-08-2026, 12:57
    Bədəndə zülal çatışmazlığını göstərən 5 əlamət
  • 8-08-2026, 11:33
    Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
  • 8-08-2026, 10:42
    ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?
  • 8-08-2026, 09:06
    Az yuxu yatanlar daha çox infarkt və insult keçirir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə