• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
İştahanı azaldan qoxu: 2 saatdan bir iyləyin
Bakı dünya urbanistikasının mərkəzinə çevrilir - WUF13 Azərbaycana nə qazandıracaq?
Hər ay İraqa uçan gizli təyyarənin içində nələr var? – Sirr açılır
Qusma, ishal... - Uşaqlar arasında yeni virus yayılıb?
Paşinyanı “xəyanətkar” adlandırmışdı: Həbs edildi
Türkiyə əleyhinə kəşfiyyat aparan beynəlxalq casus şəbəkəsi çökdürüldü
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA
Ağ ciyər xəstəliyi - Yaranması, əlamətləri və ev üsulu müalicə
Kremldə skandal: 9 May paradından sonra Moskva qarışdı – Putin hakimiyyətdən gedir?
SEPAH-la danışıqlar başladı - Avropa ölkələri İrandan nə istəyirlər?
Dərmanlar niyə quru və qaranlıq yerdə saxlanmalıdır? - Mütəxəssis açıqladı
Əliyev Türküstanda elan etdi: Azərbaycan üçün mühüm gəlişmə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünyanın həsəd apardığı qardaşlıq - Bakı ilə Ankaranın artan gücü hədəfi yaxınlaşdırır

Xəbərlər

13-06-2023, 21:12

Dünyanın həsəd apardığı qardaşlıq - Bakı ilə Ankaranın artan gücü hədəfi yaxınlaşdırır


Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir. Bu gün iki dövlət arasındakı münasibətlər bənzərsizdir. Amma hər şey bununla yekunlaşmır. Çünkü iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqları arasında da çox yüksək səviyyədə inkişaf edir.

Bakı ilə Ankara birgə hər ötən gün qarşıya qoyulan hədəflərə çox sürətlə yaxınlaşmaqda, onları əldə etməkdədir. Şübhəsiz ki, bunun sirri güclü olmaq, bütün istiqamətlərdə bir-birinə dəstək nümayiş etdirmək və qardaşını yıxılmağa qoymamaqdan keçir.

Bugünkü yüksək əlaqələrə görə, millətə olan sevgiyə görə ən böyük pay istisnasız, onun liderlərinin üzərinə düşür. Bakı ilə Ankaranın təmənnasız dostluğu, qardaşlığı bir çox yad ünsürlərin planlarını puç edib, edir və edəcək.

Türkün gücündən qorxan, onun inkişafından, qlobal güc mərkəzinə çevrilməyindən narahatlıq hissi keçirən yad ünsürlər, kənar qüvvələr, türk düşmənləri özlərinə gördükləri bu böyük təhdidi yenmək üçün onu parçalamağı tarix boyu ən sadə yol hesab ediblər. Bu səbəbdən son prezident seçkilərində də Türkiyə xalqının səbrini Kılıçdaroğlu "layihəsi" ilə yoxlamaq qərarına gəldilər.

Məhz Kılıçdaroğlu vasitəsi ilə birləşməkdə olan Türk Dünyasını parçalamaq, bu dünyanın ən böyük aktorları olan Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqının son qərarı Türk Dünyası və özləri üçün elə ən doğru qərar oldu. Çünkü Kılıçdaroğlunun ilk işinin Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək sifarişi üzərində ciddi çalışdığı elə seçki öncəsi Böyük İpək yolu "layihəsindən" bəlli idi. Amma hər şey Türk Dünyası üçün yaxşı qurtardı.

Azərbaycan-Türkiyə birliyinin bir-birinin gücünə-güc qatacağını, bunun çox önəmli detal olduğunu dövlət başçıları çox yaxşı anlayırlar. Elə bu səbəbdən də istər Prezident İlham Əliyev, istərsə də Rəcəb Tayyib Ərdoğan iştirak etdikləri platformalarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil etdiklərini səmimi, içdən qəbul edirlər və heç bir kənar qüvvələrə şərait yaratmırlar ki, o boşluqdan "vursunlar".

Hələ 2014-cü ildə Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

Lakin Azərbaycanla Türkiyə arasında münasibətlərin daha iri həcmdə yeni mərhələsi 44 günlük Vətən müharibəsindən sonrakı dövrə əhatə edir. Doğrudur, Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini, qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi bu zamana kimi bir çox geoiqtisadi və qlobal miqyaslı iri enerji layihələrinin, logistik proyektlərin reallaşması, eləcə də Vətən müharibəsi ərəfəsində müxtəlif aspektlərdən gördük. Lakin iki xalqın, dövlətin bir-birinə bu qədər bağlı olmasının əsas sirri heç şübhəsiz ki, tarixi, milli köklərinin, irsidinin eyniliyidir. Çünkü dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə təmənnasız bağlı olan, bir-birinə görə dünyanı qarşısına almağa belə hazır ikinci bir dostluq yoxdur.

Elə buna görə də hər iki ölkə bir-birinin güclənməsini çox arzulayır. Çünkü Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Eləcə də Azərbaycan...

Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra yenə ənənəsinə sadiq qalaraq ilk səfər etdiyi ölkələrdən biri kimi qardaş Azərbaycanı seçdi. Türkiyə Prezidentinin rəhbərlik etdiyi heyyət artıq paytaxt Bakıdadır. Ərdoğanın növbəti Azərbaycana dövlət səfəri bir çox məsələlər nöqteyi nəzərdən olduqca önəmli idi. Türkiyə liderinin böyük bir heyyətlə Bakıya gəlməsi onun Azərbaycana verdiyi növbəti dəyərin, qardaşlığın bariz nümunəsidir.

BU cür səfərlər, addımlar təbii ki, xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğularını daha da möhkəmləndirir. Amma 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb etdi, yeni bir səhifə açdı.

Mühüm tarixi sənəd olan Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyi, əlaqələrin təkcə iki ölkəyə arasında deyil, eyni zamanda, regional sülh və təhlükəsizliyə töhvə verəcəyi hər bir bəndində özünü aydın əks etdirir. Bu da qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək tarixi bir sənəd kimi yeni mərhələnin başlandığını elan edən bir Bəyannamə kimi tarixdə öz yerini aldı.

İstisna edilmir ki, bundan sonra da iki dövlət, xalq arasında əlaqələr daha da güclənəcək, sarsılmaz olacaq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Bu detallar gələcəyə daha ümidlə baxmağa zəmin yaradır və böyük qələbələrin hələ qabaqda olduğuna ümidləndirir.

Təhməz Əsədov

Trend

Oxunub: 268
Paylaş:
Digər xəbərlər

Xəbərlər

5-06-2023, 09:12

Bakı və İrəvan arasındakı danışıqlar... - ABŞ rəsmisi

Xəbərlər

29-11-2022, 17:45

Ərdoğan: "Türkiyə dünyanın mərkəzi olacaq"

Xəbərlər

27-07-2021, 12:32

Azərbaycan, Türkiyə və Pakistan BİRGƏ ORDU YARADIR - Bakı görüşünün ŞOK DETALLARI

Xəbərlər

16-09-2020, 00:24

Dünya bu xəbərlə SİLKƏLƏNDİ: Türkiyə Azərbaycanda hərbi baza QURACAQ? - SENSASİON AÇIQLAMA

---

21-10-2018, 01:39

Son anda! TÜRKİYƏ İLƏ BAGLI ŞAD XƏBƏR - Bu lap əla oldu...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
Son xəbərlər
  • Dünən, 22:31
    Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
  • Dünən, 21:08
    Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
  • Dünən, 20:06
    NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
  • Dünən, 19:42
    Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
  • Dünən, 18:00
    Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
  • Dünən, 17:09
    Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
  • Dünən, 16:04
    Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
  • Dünən, 15:52
    İştahanı azaldan qoxu: 2 saatdan bir iyləyin
  • Dünən, 14:50
    Bakı dünya urbanistikasının mərkəzinə çevrilir - WUF13 Azərbaycana nə qazandıracaq?
  • Dünən, 13:31
    Hər ay İraqa uçan gizli təyyarənin içində nələr var? – Sirr açılır
  • Dünən, 12:19
    Qusma, ishal... - Uşaqlar arasında yeni virus yayılıb?
  • Dünən, 11:39
    Paşinyanı “xəyanətkar” adlandırmışdı: Həbs edildi
  • Dünən, 10:27
    Türkiyə əleyhinə kəşfiyyat aparan beynəlxalq casus şəbəkəsi çökdürüldü
  • Dünən, 09:02
    Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
  • 16-05-2026, 22:26
    Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA
  • 16-05-2026, 21:34
    Ağ ciyər xəstəliyi - Yaranması, əlamətləri və ev üsulu müalicə
  • 16-05-2026, 20:13
    Kremldə skandal: 9 May paradından sonra Moskva qarışdı – Putin hakimiyyətdən gedir?
  • 16-05-2026, 19:39
    SEPAH-la danışıqlar başladı - Avropa ölkələri İrandan nə istəyirlər?
  • 16-05-2026, 18:30
    Dərmanlar niyə quru və qaranlıq yerdə saxlanmalıdır? - Mütəxəssis açıqladı
  • 16-05-2026, 17:49
    Əliyev Türküstanda elan etdi: Azərbaycan üçün mühüm gəlişmə
  • 16-05-2026, 16:22
    NATO-nun gələcəyi Ankarada bəlli olacaq... - Ərdoğan
  • 16-05-2026, 15:07
    Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun!
  • 16-05-2026, 14:04
    Ukrayna müharibəsi belə başa çatacaq - Proqnoz
  • 16-05-2026, 13:37
    Pensiyaya əlavə necə hesablanacaq?
  • 16-05-2026, 12:22
    Mədəniz narahatdırsa, bunları edin
  • 16-05-2026, 11:42
    Bu müharibə uzunmüddətli olacaq! - Fitso
  • 16-05-2026, 10:31
    Samuraylar böyük oyuna qayıdırlar - Çin niyə narahatdır?
  • 16-05-2026, 09:09
    Bunu için, xərçəngdən QORUNUN
  • 15-05-2026, 22:37
    ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ
  • 15-05-2026, 21:43
    Ayaqlarınız gecələr yanır? – Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə