Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı bir sıra fərziyyələr səsləndirilir.
Ens.az xəbər verirki,bu sözləri Publika.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
ABŞ-ın “Vaşinqton Post” qəzetinin məsələ ilə bağlı iddiasına münasibət bildirən səfir qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri hər zaman bütün istiqamətlərdə inkişaf edib və etməkdədir: "Türkiyə və Azərbaycan bir-birinə hər mövzuda yardım edib və edəcək. Bu gün Nuru paşa və ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümünü qeyd edirik. Məhz bu tarixi hadisə də qardaşlığın tarixi sübutlarından biridir. Məncə, bu gün zəfər bayramımızı qeyd etməli və bu cür fərziyyələri bir kənara qoymalıyıq".