Suriyadan atılan 5 raket Türkiyənin Kilis vilayətinə düşüb.
Manset.az "İnternet Haber"-ə istinadən xəbər verir ki, raketlər boş əraziyə - Öncüpınar Sərhəd Qapısı yaxınlığında düşüb. Ərazidə güclü yanğın başlayıb.
Bildirilib ki, yanğının Türkiyə tərəfinə düşən raketlər səbəbindən baş verib.
Hadisənin ardından bölgəyə təcili yardım və xilasetmə qrupları göndərilib.
Jalə