• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycan Şərqlə Qərb arasında - "İkisi üçün də vazkeçilməzik"

Xəbərlər

11-06-2023, 18:23

Azərbaycan Şərqlə Qərb arasında - "İkisi üçün də vazkeçilməzik"


"Hindistan dövlətinin Ermənistana silah satması və bu məsələ ilə bağlı mövqeyi təəssüf doğurur. Hindistan "soyuq müharibə" illərində hərbi bloklara qoşulmayan dövlətlərin siyahısında olub. Sovet İttifaqı ilə də isti münasibətləri vardı".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspert hesab edir ki, Hindistanın bu mövqeyi Azərbaycanın Pakistanla münasibətlərindən irəli gələ bilər:

"Azərbaycan BMT və digər təşkilatlarda Kəşmir məsələsində Pakistanla həmrəy olub. Bu da anlaşılandır. Əlbəttə, bu məsələdə Pakistanın mövqeyi beynəlxalq hüquqa zidd deyil. Çünki Pakistan uzun illər bu məsələnin referendum yolu ilə həllinə çalışıb. Bir sözlə, bu, Hindistanın Ermənistanın yanında yer almasının mühüm səbəblərindən biridir. Eyni zamanda, Hindistan Rusiya və Çinin yer aldığı BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətdir. Hindistan həm də birqütblü dünya nizamına qarşı çıxan nüvə dövlətidir və öz geosiyasi hədəfləri var. Bütün hallarda Hindistanın uzun illər Azərbaycan ərazilərini işğalda saxlayan bir dövlətlə yaxınlıq etməsi təəssüf doğurur. Zənnimcə, bu məsələni Hindistanla danışıb yoluna qoymaq lazımdır".

Separatçıların Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağın dağlıq hissəsinə silah-sursat daşımaları barədə məlumatlara gəlincə, Elşən Manafov bunun həqiqiliyinə şübhəylə yanaşır. O, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra bunun mümkün olmadığını söyləyib.

"Azərbaycan Ermənistandan Qarabağa gələn yolda bir müddətdir sərhəd-buraxılış məntəqəsi qurub. Bu məntəqə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazidən cəmi 20 metr aralıdadır. Azərbaycan prezidenti Avrasiya İqtisadi Birliyinin Moskvadakı son toplantısında da Ermənistan baş nazirinin etirazına cavab olaraq bəyan etdi ki, orada sərhəd məntəqəsi qurmaq ölkəmizin suveren hüququdur, beynəlxalq hüquqa zidd deyil. Azərbaycan lideri onu da vurğuladı ki, bu addım İrəvanın iddialarının əksinə olaraq, Qarabağ ermənilərini təcrid etmək demək deyil, bütün humanitar yüklərin keçidinə maneə yaradılmır. Əgər buradan başqa təyinatlı yüklər daşınarsa, bunu önləmək Azərbaycanın suveren hüququdur və belə hallara qarşı lazımi tədbirlər də görülür. Hesab edirəm ki, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Ermənistandan ərazilərimizə qanunsuz silah-sursatın daşınması mümkün deyil", - Elşən Manafov qeyd edib.

Politoloq hesab edir ki, Rusiya da Azərbaycanın öz sərhədində buraxılış-keçid məntəqəsi qurmasına sayğıyla yanaşır:

"Qənaətimə görə, indiyədək Rusiyadan buna görə Azərbaycana təzyiq olmayıb. Ermənistanı qıcıqlandıran da budur.

Digər yandan, Azerbaycan Şərqlə Qərb arasında böyük logistika imkanları olan bir dövlətdir. İndiki məqamda bu Rusiya üçün önəmli amillərdəndir. Yeri gəlmişkən, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması Azərbaycan üzərindən həyata keçiriləcək. Hindistanda da bilməmiş deyillər ki, Azərbaycan həm Avrasiya İqtisadi Birliyi, həm də Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan dövlətlərlə isti münasibətlərə malik dövlətdir.

Azərbaycan artıq müasir dünya nizamının çoxqütblü, yoxsa birqütblü olması ilə bağlı mövqeyini diplomatik mesajlarla çatdırıb. Rusiya ilə də, Qərblə də münasibətlərimiz bəllidir. Hər ikisi ilə elə bir münasibətlərimiz var ki, biri digərindən qıcıqlanmır".

Ekspert Azərbaycanın Rusiya ilə müttəfiqlik haqqında bəyanat imzaladığını, Qərblə də enerji sahəsində strateji tərəfdaşlığın olduğunu xatırladıb. Elşən Manafov ölkəmizin həm Qərb, həm də Şərq üçün bir sıra aspektlərdən vazkeçilməz tərəfdaş olduğunu vurğulayıb.

Oxunub: 310
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-11-2022, 16:49

Hindistan Ermənistana 155 mm-lik haubitsa tədarük edəcək

Xəbərlər

16-08-2022, 17:36

Hindistandan Azərbaycana ZƏRBƏ - Dehli BRİKS sammitində iştirakımıza necə MANE OLDU?

Xəbərlər

18-04-2022, 00:46

Dünya ŞOKDA: Hindistan Ukraynada Rusiyaya qarşı DÖYÜŞƏ BİLƏR

Xəbərlər

16-09-2019, 06:51

DÜNYA ŞOKDA: 140 nüvə bombası atılacaq - Baş nazirdən RƏSMİ AÇIQLAMA

Xəbərlər

2-04-2019, 10:46

Hindistan-Pakistan sərhədində gərginlik: ölənlər var

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Son xəbərlər
  • Dünən, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Dünən, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • Dünən, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Dünən, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Dünən, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • Dünən, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Dünən, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Dünən, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Dünən, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Dünən, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Dünən, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Dünən, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Dünən, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Dünən, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • 4-08-2026, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • 4-08-2026, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • 4-08-2026, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • 4-08-2026, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • 4-08-2026, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • 4-08-2026, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • 4-08-2026, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə