Türkiyə bu payızda planlaşdırılan rotasiya çərçivəsində Kosovoda NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
"NATO-da ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyə, çox güman ki, oktyabr ayında İtaliyadan KFOR sülhməramlı missiyasının rəhbərliyini öz üzərinə götürəcək.
NATO-nun tələbi ilə Türkiyə, 30 sülhməramlının yaralanması ilə nəticələnən etirazlardan sonra Kosovoda xüsusi təyinatlı bir batalyon yerləşdirib. Bu etirazlar Serbiya ilə Kosova arasında gedən sülh danışıqlarının pozulmasına təhlükə yaradıb.