• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İdmanın Ermənistan bəlası: Təhlükəsizliyə təminat verməyən ölkəni hansı cəza gözləyir?

Xəbərlər

20-04-2023, 19:24

İdmanın Ermənistan bəlası: Təhlükəsizliyə təminat verməyən ölkəni hansı cəza gözləyir?


Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yaşanan bayraq qalmaqalı hər kəsə məlumdur. Təşkilatçı ölkənin təhlükəsizlik zəmanətini pozacağı gözlənilən idi. Qitə biricinliyində mübarizə aparan millimiz də elə bu səbəb turnirdən imtina etmək məcburiyyətində qaldı.

Həmişə olduğu kimi ermənilər bu addımlarına da don geyindirməyə, günahı kiminsə boynuna yıxmağa çalışdılar. Fakt odur ki, bu hadisə bütün Avropanın gözü önündə - canlı yayımda yaşandı. Dünya ictimaiyyətinin bu məsələyə münasibəti, başqa sözlə desək, soyuq yanaşması, bizi təəccübləndirmədi. Bu hadisədən sonra bir əlin barmaqları qədər qurum Ermənistana və təşkilatçılara etirazını bildirdi. Bu olay başqa bir ölkədə yaşansaydı, dərhal tədbir görülərdi. Hətta belə bir nüfuzlu yarışn başlamamış bitmə ehtimalı yüksək olardı.

Bayrağımıza qarşı edilən tərbiyəsizlik göz önündədir. İndi aidiyyəti qurumların Ermənistana hansı cəzanı verəcəyini gözləyirik. Bu hərəkətin bədəli nə olacaq? Sözsüz ki, beynəlxalq qurumların ədalətli davranacağına inam elə də çox deyil. Çünki hər bir sahədə olduğu kimi idmanda da ikili standartlar var.

Məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyevin fikirlərini öyrəndik. O, öncə Ermənistanın, yaşanan hadisəyə görə cəzalanma ehtimalından və bizim bu müddətdə hansı addımlar atmalı olduğumuzdan danışdı:

“Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyası tərəfindən intizam işi açılıb, araşdırma gedir. Bizim bu işə birbaşa müdaxilə etmək hüququmuz yoxdur. Atacağımız addım sadədədir. Bu məsələdə qətiyyətli olmalıyıq. Həm beynəlxalq, həm də Avropa Ağır Atletika Federasiyasından tələb etməliyik ki, işin statusu nə yerdədir, hansı izahatlar alınır, hansı tədbirlər, işlər görülür və hansı sanksiyaların tətbiqi təklif edilir. Bu iş üzrə rəsmi addımlar atılmalı, məktublar göndərilməlidir. Məsələni gündəmdə saxlamalıyıq”.

Yaşanan hadisəyə görə Azərbaycan tərəfindən heç bir formada üzr istəməyən Ermənistan fərqli addım atdı. Əksinə, bu idman növü üzrə növbəti il keçiriləcək dünya çempionatını qəbul etməyə hazır olduqlarını bəyan etdilər. Nə qədər arsız olmalısan ki, etdiyin qəbahətin üzrünü istəməmiş, ağır atletikanın bir nömrəli yarışını qəbul etmək fikrinə düşəsən.

İndi əsas məsələ odur ki, bizim üçün yeni mübarizə meydanı başlayır. Özünü hər yerdə süddən çıxmış ağ qaşıq kimi göstərən Ermənistanla idman meydanında da mübarizə aparmalıyıq. Təhlükəsizliyi heçə sayan bir ölkə növbəti illərdə belə yarışlar qəbul etməməlidir. Bunların qarşısını almaq üçün nə etməliyik?

“2024-cü ildə keçiriləcək Dünya çempionatı ilə bağlı hələ qərar verilməyib. Buna görə də həmin yarışın Ermənistanda keçirilib-keçirilməyəcəyi dəqiq deyil. Hələ aidiyyəti qurumun verəcəyi cəza açıqlanmayıb. Beynəlxalq qurumlar müxtəlif qərarlar verə bilərlər. Onlar arasında həmin dünya çempionatına ev sahiblik etmək hüququndan məhrumetmə də ola bilər. Söhbət təkcə bu cəzadan getmir. Ola bilər, sərt xəbərdarlıq edilsin, üzrxahlıq tələb edilsin. Eyni zamanda, müəyyən müddətə üzvlükdən kənarlaşdırma da ola bilər. Akkreditasiyaları ləğv edilə, növbəti Olimpiya Oyunlarında ermənistanlı idmançıların çıxışına məhdudiyyət qoyula bilər və s. Versiyalar çoxdur. Biz tələb edə bilmərik ki, Dünya çempionatı Ermənistanda keçirilməsin. Belə bir hüququmuz yoxdur. Ancaq aidiyyəti qurumlara məktublar yollayıb qeyd edə bilərik ki, təhlükəsizliklə bağlı təminat verilməsinə rəğmən belə hal yaşanıb. Bu, zəmanətin pozulması deməkdir. Artıq heç kim deyə bilməz ki, Dünya çempionatında problem olmayacaq. Həmin yarışda da eyni hadisələr baş verə bilər. Bu da idmançılar üçün problem yaradır. Çünki onlar vacib yarışlardan kənar qalırlar. Bütün hadisələri, yaşananları rəsmi yazışmalarda qeyd edib ağır atletika ilə bağlı qurumlara göndərə bilərik. Həmin təşkilatları tam məlumatlandıra, hətta onların cəzalanmasına səbəb ola bilərik. Bu məsələ gündəmdə saxlanıldığı müddətdə, onların ağır cəzalanması ehtimalı artır. Bu da bizim üçün vacibdir ki, Ermənistan xırda cəza ilə yaxasını qurtarmasın”, - hüquqşünas bildirib.

Bu olay başqa bir məsələni gündəmə gətirir. Ermənistan ağır atletika üzrə olmasa belə, başqa idman növlərində yarış qəbul edə bilər. Belə hallar həmin turnirlərdə də təkrarlana bilər. Bir çox növlərdə idmançılarımız aktiv şəkildə çıxış edirlər. Həmin növlər üzrə yarışların bir qismini Ermənistan qəbul edə bilər. Bu ölkənin təhlükəsizliyi təmin etməməsi və ya təxribata yol verməsi ucbatından nə qədər idmançımızın yarışlardan uzaq qalma ehtimalı var. Bəs bu halların qarşısını necə ala bilərik? Fərid Haqverdiyevin cavabı belə oldu:

“Hər bir idman növü individualdır. Onlara cavabdeh olan ayrıca qurumlar var. Bu istəyimizi digər idman növlərinə şamil edə bilmərik. Hansı yarışda eyni hal yaşanarsa, həmin qurum cəza tədbirləri görə bilər. İdman yarışından məhrumetmə ən sərt sanksiyalardan biridir. Bunun üçün hadisənin ağırlığına və miqyasına baxılır. Ən sərt cəza isə federasiya üzvlüyündən kənarlaşdırmadır. Bunun üçün isə çox ciddi əsaslar olmalıdır”.

Oxunub: 472
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-04-2023, 09:14

İrəvanda bayrağımızın yandırılması göstərişini Paşinyan verib - ŞOK DETALLAR

Xəbərlər

15-04-2023, 15:23

İdmançılarımız İrəvandakı çempionatdan imtina etdi

Xəbərlər

15-04-2023, 12:13

İrəvanda bayrağımıza qarşı təxribat: Azərbaycanın cavabı necə olacaq?

Xəbərlər

1-06-2021, 18:17

SON DƏQİQƏ - Əliyevdən Ermənistana MÜHARİBƏ XƏBƏRDARLIĞI: Dərhal...

Əfsanələr və miflər

6-04-2019, 15:14

4 min illik möcüzənin sirri canlı yayımda AÇILACAQ - Dünya HƏMİN ANI GÖZLƏYİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
Son xəbərlər
  • Bu gün, 09:06
    Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • 24-08-2026, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • 24-08-2026, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • 24-08-2026, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • 24-08-2026, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • 24-08-2026, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • 24-08-2026, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • 24-08-2026, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə