• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlham Əliyevin Paşinyana CAVABI GECİKMƏDİ

Xəbərlər

19-04-2023, 15:48

İlham Əliyevin Paşinyana CAVABI GECİKMƏDİ


Ermənistanın hərbi-siyasi rəhbərliyinin indi hansı təxribat hazırlığı gördüyünü söyləmək çətindir. Belə görünür ki, Nikol Paşinyana daha hiyləgər oynamaq tapşırığı verilib. Belə olmasaydı, erməni baş nazir dünən birdən-birə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqları ilə bağlı bəyanat verməzdi. Təbii ki, Nikol Paşinyandan Azərbaycana qarşı təxribatların bir-birini əvəz etdiyi bir vaxtda Ermənistandan konstruktivlik gözləmirik.

Lakin Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu ki, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır". Bəs, rəsmi İrəvanı birdən-birə belə bəyanat səsləndirməsinə nə vadar etdi?

1. Nikol Paşinyan bayraq təxribatından və əsgərimizə qarşı zorakılıq kadrlarından sonra Ermənistanın əsl simasının dünyaya nümayiş etdirməsini qabaqlamaq, əslində ermənilərin sülh tərəfddarı olduqları görüntüsü yaratmaq üçün bir addımdır.

2. Fırtınadan öncə bir səssizlik olar. Paşinyanın araya su səpməyə hesablanmış kimi görüntü yaradan bu ikibaşlı çıxışının ardının yaxşı gələcəyinə ümid etmirəm. Paşinyanın Azərbaycan SSR-nin sərhədlərini tanıyırıq deməsi - hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi kimi başa düşülməlidir. Lakin məlumdur ki, Ermənistanda tez-tez 1988-ci ilin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarına istinad edilir. Odur ki, saxta tarix üzərindən daim Bakı və Ankaraya qarşı məkirli niyyətini işə salan ermənilərin bu cür bəyanatlarına inanmaq özünü aldatmaqdan başqa bir şey deyil.

Başına gələn başmaqçı olar

Ermənistan çox yaxşı bilir ki, əslində onun bu çıxışı Bakının tələb etdiyi məsələdir və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındığı təqdirdə, sülh müqaviləsi imzalanmalıdır. O zaman sual yaranır: müqavilə niyə imzalanmır?

3. Çox sadə, demək ki, Paşinyanın bu fikirlərinin arxasında tamam ayrı məsələlər dayanır. Onlardan biri də havadarlarının dəstəyi ilə yeni və irimiqyaslı təxrbat hazırlığında olan Ermənistan, bu fırtına öncəsi diqqəti özündən yayındırmaq, indidən özünü haqlı duruma salmaq niyyətini güdür. Müəyyən bir vaxtdan sonra ermənilər Qarabağda və yaxud Zəngəzur istiqamətində Azərbaycana qarşı hansısa bir insident törədəcəyi təqdirdə beynəlxalq ictimaiyyət qarşısında özlərinə haqq qazandırmaq üçün artıq zəmin hazırlayır desək, daha doğru olar.

Paşinyanın bu ikibaşlı bəyanatına elə ilk adekvat cavab da məhz dövlət başçısı İlham Əliyevdən gəldi. Dövlət başçısı ötən gün Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə​si zamanı Ermənistan rəhbərliyinə Bakının artıq konkret addım gözlədiyi mesajını verdi:

"Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".

Prezidentin bu bəyanatı ötən gün ölkəsinin parlamentində növbəti dəfə "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Sülh müqaviləsi imzalamağa hazırıq" açıqlamaları ilə yadda qalan Nikol Paşinyana yerində, zamanında verilən ən doğru reaksiya oldu.

Çünki dövlət başçısı başda olmaqla bütün Azərbaycan bu zamana kimi Nikol Paşinyanın bu tipdə bəyanatlarını son 3 ilə yaxın müddətdə bir neçə dəfə eşidib. Ən sonuncu dəfə anoloji hadisə Nikol Paşinyan tərəfindən ölkəsinin parlamentində ötənilki çıxışında da səsləndirilmişdi, o, Ermənistanın Qarabağ yükünü daşımadığını bildirmişdi. Ancaq Paşinyan həmin çıxışından sonra nəinki hər hansı bir addımı ilə nəzərə çarpdı, bu azmış kimi Azərbaycana qarşı yeni təxribatlara, manipulyasiyalara rəvac verən fikirləri, bəyanatları ilə gündəmə gəldi. Ona görə də Paşinyanın bu cümləsində qeyri-adi heç nə yoxdur, təkrarlanan fikirlər, buna kimi deyilmiş söz toplusu mənzərəsi yaradır.

Azərbaycan lideri də erməni baş nazirə bildirmiş oldu ki, İrəvan həqiqətən də sülhə hazırdırsa, bu məsələyə nöqtə qoymaq üçün artıq praktiki addım ataraq bunu isbatlamalıdır. Əks halda Azərbaycanı qandırdığınıza ümid etməyin. Biz sizin boş vədlərinizə inanacaq qədər sadəlövh deyilik, sizin xislətiniz də, niyyətiniz də bizə çox yaxşı bələddir.

Halva-halva deməklə ağız şirin olmaz

Rəsmi Bakıya 44 günlük müharibədən sonra geosiyasi vəziyyətlə bağlı mənzərə daha da aydınlaşdı. Azərbaycan əsl dostunun-düşmənin kimliyini dəqiqləşdirdi, kimdən hər an istənilən pisliyi istisnasız görməyin mümkünlüyü anladı.

Reallıq ondan ibarətdir ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan vermək niyyətində deyillər. Nikol Paşinyan ümidverici bəyanatla diqqət mərkəzinə düşsə də, məsuliyyəti üzərinə götürəcəyi inandırıcı deyil.
Ətraflı

Məhz regional güclər sülhə mane olmaq üçün separatçıları əllərində bir rıçaq kimi görürlər və o səbəbdən onların bölgədə mövcudiyyətini qoruyub saxlamaq üçün bu gün əllərindən gələni edirlər. Qondarma rejim qalıqlarının Qarabağdakı "vəzifə oyunları" də məhz bu məkirli planın tərkib hissəsidir.

İlham Əliyev müsahibəsi zamanı "Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq", - deməklə isə Ermənistanın Azərbaycana qarşı təxribatlarının davamının istisna edilmədiyini, hətta bunun növbəti dəfə eskalasiya ilə nəticələcək həddə çatmaq ehtimalına bir işarədir.

Prezident bununla eyni zamanda daxili auditoiyaya mesaj vermiş oldu ki, düşmən ölkənin rəhbər şəxsləri çox sülhdən danışsalar da, ortada praktiki bir addım yoxdur. Ermənistan sülh imzalamaq niyyətini hələ də göstərmir və proseslərin bu tempdə davam etməsi danışıqları sonlandırmaq məqsədi daşıyır. Danışıqlar sonlanacaqsa, o zaman sülh üçün hərb amili zərurəti ortaya çıxacaq. Eyni zamanda İlham Əliyevin bu bəyanatından o qənaətə də gələ bilərik ki, dövlət başçısı Ermənistanla sülhün imzalanmadığı təqdirdə savaşımızın bitdiyini düşünmək Azərbaycan üçün erkən qərar, tələskənlik olar.

Dövlət başçısı eyni zamanda separatçıları alət olmaqdan, bölgədəki varlıqlarını təxribatların iştirkaçısı olmaqla isbatlamaqdan əl çəkmələri üçün bəlkə də son xəbərdarlığını etdi. Əliyev açıq şəkildə bəyan etdi ki, Qarabağ separatçıları bunu qulaqlarında sırğa etsinlər ki, Azərbaycanın səbri ilə oynamaq olmaz:

Prezident: Separatçı təlxəklər toplusu bilməlidir ki, səbrimizlə oynamaq olmaz

Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz:

"Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada".

Xankəndinə açıq mətnlə mesaj:

✔️ ya Azərbaycan Bayrağı altında yaşayacaqlar

✔️ ya da ki, bölgəni birdəfəlik tərk edəcəklər

Qondarma rejim qalıqlarını "təlxəklər toplusu" elan edən Azərbaycan liderinin bu bəyanatını separatçılara ünvanladığı adi ritorika yox, atılacaq addımların anonsu hesab etmək olar.

Ölkə başçısının dünənki çıxışlarının əsas istiqamətində Ermənistan siyasi rəhbərliyi, və Qarabağdakı separatçılar dayandı desəm, yanılmaram.

Ermənistanın Qarabağ yükünü daşımadığını əməldə də göstərəcəyi təqdirdə regional təhülkəsizlik zəmatənə alınacaq, Azərbaycan çox təhlükəsiz şəkildə öz yarım qalan missiyasını tamamlamış olacaq. Paşinyan indi də lazımi sözlər deyib, bu dəfə də ardını gətirməsə, özünü də, ölkəsini də böyük bir təhlükə ilə qarı-qarşıya qoyacaq.

Nikol Paşinyan ölkəsinin və xalqının gələcəyini düşünərək Kremlin, Parisin və Tehranın təxribatçı dəstəyinə uymayaraq hərəkət etsə, sülhə yaxınlaşmaq mümkün olacaq, əks halda, yəni o qərarsızlığını davam etdirsə, məsələ yenə dalana dirənəcək ki, onun da nə ilə nəticələnəcəyini İlham Əliyev açıq və net şəkildə qarşı tərəfə bəyan etdi.

Oxunub: 338
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-04-2023, 13:49

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Xəbərlər

21-06-2022, 08:23

Paşinyandan Bakının gözlədiyi MÜHÜM BƏYANAT - Xankəndini də, Xocalını da ...

Xəbərlər

6-11-2021, 18:07

Binəli Yıldırım Nikol Paşinyana ÇAĞIRIŞ ETDİ

Xəbərlər

22-07-2021, 14:30

“Biz Azərbaycanla sülh danışıqlarına başlamağa hazırıq” – Paşinyandan ŞOK AÇIQLAMA

Xəbərlər

23-02-2021, 07:43

SON DƏQİQƏ: Baş nazir Nikol Paşinyan xəstəxanada ÖLDÜ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə