• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Nəslinin kəsildiyi düşünülürdü - Təsadüfən rast gəldilər
Mədəaltı vəzi xərçənginin 14 əlaməti – Çox yeyənlərin diqqətinə!
Zelenski tarix verdi, “müharibə bitə bilər” dedi
Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
Soyuq havada isti içkilərin faydalı olub-olmasına aydınlıq gətirilib
Pakistanda nüvə obyektinə zərbə endirildi
Paşinyan Xocalı qatillərini Bakıya verir? – Üç sensasion SSENARİ
Yaddaşı gücləndirməyin yolları
Manatın “dövretmə sürəti” azaldı: bu, nə deməkdir?
Pakistan bu ölkəyə müharibə elan etdi
Xərçəng diaqnozu qoyuldusa – İlk nə etməli?
Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı
İran-ABŞ danışıqları necə keçib? - İlk açıqlama
İftardan və imsakdan sonra dərhal yatmaq təhlükəlidir? - XƏBƏRDARLIQ
Keçmiş sevgilisini unuda bilməyən BÜRCLƏR - Kimlər ikinci şans verir?
Bu 2 xəstəliyi olanlar kivi yesin!
Ukrayna müharibəsi genişlənir? – İki ölkədən təhlükəli həmlə
Rusiya Belarusa nüvə silahı yerləşdirib – Səbəb
İftarda edilən bu səhvlər infarkta gətirib ÇIXARIR
Xocalıya ədalət məhz o vaxt təmin edildi - İlham Əliyev
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyadan İrana XƏBƏRDARLIQ: Moskva nəhayət SƏSSİZLİYİ POZDU

Xəbərlər

14-04-2023, 10:37

Rusiyadan İrana XƏBƏRDARLIQ: Moskva nəhayət SƏSSİZLİYİ POZDU


Yenə sülh danışıqları ilə bağlı hərəkətlilik gözəçarpacaq dərəcədə artan kimi qarşı tərəfdən mövqelərimiz istiqamətində silah səsləri eşidilməyə başladı. Təsadüfdürmu? Əlbəttə ki, xeyr!

Bunu Prezident İlham Əliyev dünən (aprelin 12-də) Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən də bildirib. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, Ermənistan-Azərbaycan şərti sərhədində 3 şəhid verdiyimiz son insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır.

Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında dayandırılan birbaşa təmasları yenidən aktuallaşdırmaq istəyən Azərbaycanın beynəlxalq vasitəçilər vasitəsilə Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atdığı bir vaxtda bu cür insidentin baş verməsi rəsmi İrəvanın sülhdən yayınmaq cəhdindən başqa bir şey deyil.

Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar hər kəsə bəllidir. Bəlli olmayan Ermənistanın nə etmək istədiyidir. Müstəqil siyasət yürütmək cəsarəti olmayan Nikol Paşinyan hakimiyyəti gah Qərbin, xüsusən də Fransanın əmr qulu olur, gah da İran molla-fars rejiminin. Nəticədə isə Ermənistan yeni hərbi təxribatlar törətməklə danışıqlardan imtina etməyə məcbur edilir.

Amma Bakının da Ermənistanı sülhə məcbur etmək variantı mövcuddur. Axı İrəvan bunu danışıqlar yolu ilə yerinə yetirməyi bilməsə də, Azərbaycanın nəyə qadir olduğunu 44 gün ərzində çox yaxşı gördü və bildi.

Ermənistanın iki gün əvvəlki Laçın istiqamətindəki təxribatında iki məqama diqqət yetirmək lazımdır:

✔️ Ermənistan ya konstruktivlik göstərib, sülh danışıqlarına öz gəlir-çıxarlarını hesaba qataraq qatılıb, regional təhülkəsizliyə töhfəsini verəcək.

✔️ İrəvan sülh müqaviləsi və müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə təxribatlar variantına üstünlük vermiş olacaq ki, bu da Laçındakı silahlı insidentinin davamına şahid olacağımız mənasını verir.

Yəni bu öhdəliklər daxilində bütün problemlər siyasi-hüquqi formada həll olunmayanadək, ən xırda məsələlərin eskalasiya ilə nəticələnəcəyini qaçılmaz edir. Məhz ona görə də rəsmi Bakı İrəvana qarşılıqlı öhdəliklər əsasında sülh müqaviləsi təklif edir.

Laçındakı təxribat sonrası bir məqama xüsusi ilə diqqət etmək gərəkdir. İki tərəf arasında baş verən bu hərbi toqquşma sonrası ilk dəfə olaraq heç bir vasitəçi tərəflərlə telefon danışığı apararaq gərginliyin azaldılmasına çağırış etmədi.

Bu insident sonrası Moskvadan bəyanatlar gəlməyə başladı ki, o da daha çox Cənubi Qafqazda mövqe savaşına hesablanmış bəyanatlar toplusundan başqa bir şey deyildi. Mariya Zaxarovanın mətbuat konfransında "Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib" açıqlaması Qarabağ ermənilərinin rus sülhməramlı kontingenti vasitəsi ilə rəsmi Bakıya danışıqlar aparmaq üçün təklif göndərməsinin pərdəarxasında məhz elə Rusiyanın dayandığı məsələsini təsdiqləmiş oldu.

Belə göründü ki, bu, Rusiyanın artıq 3 aydan çoxdur deaktivləşdirilən və onun ardınca Azərbaycanın etnik erməniləri Bakıda danışıq aparmaq üçün edilən iki təklifinə separatçılardan Rusiyanın istəyinə uyğun şəkildə "sülhməramlı kontingentin komandanlığı iştirak edəcəksə görüşməyə razıyıq" ritorikasından sonra Azərbaycanın mövqeyinin dəyişib-dəyişmədiyini öyrənmək məqsədilə bir nəbz yoxlaması idi.

Ermənistanın baş naziri ölkəsinin xüsusi xidmət orqanlarını şərti sərhəddəki insident zamanı hadisə yerindən video yayan və Ermənistan hakimiyyətini istefaya çağıran "beşinci kolon" qüvvələrinə diqqət yetirməyə çağırmaqla əslində, dolayısı ilə bu təxribatın məhz Rusiyaya bağlı Ermənistan hərbçiləri tərəfindən törədildiyini, yəni Rusiya əlinin olduğunu qeyd etməklə yanaşı, eyni zamanda onu bildirmiş oldu ki, buna görə məsuliyyəti məhz elə Moskva daşıyır.

Lakin çox çəkmədi, Rusiya tərəfi Paşinyanın bu iddialarına da reaksiya verdi. Belə ki, Mariya Zaxarova iki gün əvvəl Laçın istiqamətindəki erməni təxribatı barədə açıqlama verərkən bildirib ki, bu silahlı insident Qərbin müdaxiləsi nəticəsində baş verib. Bununla da Moskva Paşinyanın dəstixəttinə uyğun şəkildə İrəvanın onlara böhtan atdığını, Rusiyanın bu məsələdə günahsız olduğunu diqqətə çatdırıb: "Uzun müddətdir davam edən bu məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər oyunçuların və ya strukturların oraya daxil olması nəzərdə tutulan effekti verməyəcək - sülhün əldə edilməsi təmin edilməyəcək. Bu, təəssüf ki, gərginləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracaq".

Rəsmi Moskvanın bu bəyanatla verdiyi mesajın ünvan(lar)ı bəsbəllidir:

⚫️ Zaxarova bununla Ermənistana "Sərhəddinizə gətirdiyini Avropa İttifaqı missiyası Azərbaycanla gərginliyin qarşısını almaq, prosesə müdaxilə etmək gücündə deyil. Onlar Ermənistandan çıxmayana kimi Bakı ilə İrəvan arasında sülhün olacağını gözləmək yersizdir, eskalasiya riskinin azalmayacağını bilməlisiniz" fikrini irəlli sürmüş oldu

⚫️ Amma burada bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Moskvadan səsləndirilən bu bəyanatda "bu məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər oyunçular" fikrində Zaxarova məhz rəsmi Tehranı eyham vurmuş ola bilər. Çünki istər 44 günlük müharibənin geridə qaldığı son 3 il olsun, istərsə də 30 illik işğal zamanı İran rejimi Azərbaycanla Ermənistan arasında "münaqişəyə" son qoymaq, bu istiqamətdə praktiki addımların atılması istiqamətində heç bir yadda qalan təşəbbüslə çıxış etməyib.

Buradan da belə nəticə çıxara bilərik ki, Rusiya məhz 44 günlük müharibədə olduğu kimi neytrallığını qorumaqla Ermənistanı Azərbaycanla baş-başa qoyub Nikol Paşinyana növbəti dərs vermək niyyətindədir. Məhz Moskvanın bu planını pozan İranın Ermənistana istər siyasi, istər hərbi, istərsə də terror və təxribatlarla verdiyi dəstəkdir. Bu, Kremli hazırda ən çox narahat edən məsələ kimi gündəliyində yer alır. Çünki ard-arda bu cür təxribatların törədilməsi Paşinyan hakimiyyəti üçün Rusiya sülhməramlılarına "bir işə yaramırsan" ritorikasını daha gücləndirmiş olacaq.

Əslində buradan başqa bir nəticəyə də gələ bilərik: Zaxarova eyni zamanda bildirmək istəyir ki, hazırda Qarabağdakı təxribatların arxasına sözügedən qüvvələr dayanır. O qüvvələr ki, onlar sülhün əldə olunmasına, Zəngəzur dəhlizinin açılmasına qarşı olduqlarını açıq-aşkar ortaya qoyublar.

Üçtərəfli razılaşmaya əsasən, Ermənistan Naxçıvana nəqliyyat kommunikasiyallarına təhlükəsizlik zəmanəti verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. İranı narahat edən eksterritoriallığı Ermənistandan hazırda Bakı yox, Moskva tələb edir. Belə çıxır ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı Rusiyanın eksterritorial təklifi ilə əlaqəlidir. 1992-ci il dən İran-Ermənistan sərhədinə Rusiya sərhədçiləri nəzarət edir. Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizini Azərbaycanın necə işğal edəcəyi, İranla əlaqəni necə kəsəcəyi, necə "Böyük Turan" quracağı - cavab tələb etməyən ritorik suallardır.

Bütün bu detallar isə bir daha İranın bəhanələrini ifşa edir. Ermənistanın təhülkəsizliyini, sərhəd xəttini özünün qırmızı xətti elan edən rəsmi Tehran əlindən gələni edir ki, Bakı ilə İrəvanın ulduzu heç cürə barışmasın.

Laçındakı təxribat göstərişi də Cənubdan gəldi?

Təxribatdan bir gün qabaq - 3 gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfər etmişdi. Səfər zamanı o, Əli Şamxani ilə iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivləri ilə yanaşı, regiondakı vəziyyəti də müzakirə edib.

Məhz Əli Şəmxaninin Ermənistan TŞ-nın rəhbəri Armen Qriqoyanı qəbul etməsindən saatlar sonra Laçında belə bir hadisənin baş verməsi bütün diqqətləri Tehrana yönəldir. Çünki son günlər istər Vaşinqtondan, istər Moskvadan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının yenidən aktiv fazaya daxil olması istiqamətində hərəkətlilikləri göz önündə idi. Demək ki, danışıqlar prosesindən məmnun olmayan, sülhü istəməyən son illərə kimi çox da yaxşı tanımadığımız tanışlarımızdır (İran molla-fars rejimi).

Nəzərə alsaq ki, gələn xəbərlərə görə, Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub, o zaman hər şey bir daha təfsilatı ilə ortaya çıxır.

Böyük ehtimalla Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxanin erməni həmkarına lazımi təlimatlar verdi və əmir qulu olan qardaşı Ermənistan bu sifarişdən kənardan çıxa bilməyib. Bunun həm də elə Ermənistanın ürəyincə olan bir gediş olduğunu düşünə bilərik.

Artıq İran prosesdə tərəf olduğunu açıq şəkildə göstərir, yeni bir ikitərəfli müharibəni regional miqyasa çevirməyə hazır olduğu barədə mesajlar verir.

Çox güman ki, görüşdən sonra "Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik" deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara "cəsarətləndirib". Halbuki İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmədilərsə, atdıqları "addımın" sonuna kimi arxasında dayanmağı da bacarmalıdır.

İrəvan çox yaxşı bilir ki, bu cür təxribatlar qarşı tərəfi müharibəyə sürükləyir. Əgər bir regionda ölkələr bir-birinin ərazi bütövlüyü tanınmırsa, soyuq qarşıdurma ancaq bir müddət davam edə bilər, müharibə gec-tez qaçılmaza çevriləcək. Yox, İrəvanın istəyi elə budursa, o zaman "hodri meydan!".

Oxunub: 631
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-04-2023, 13:06

Bakı və İrəvan arasında sülh prosesi... - Əliyev

Xəbərlər

26-06-2022, 09:18

Paşinyan Qarabağ anlaşmalarını POZDU – Əliyevdən MÜHARİBƏ MESAJI

Xəbərlər

18-04-2022, 20:40

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Xəbərlər

11-12-2021, 13:38

Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

Xəbərlər

15-07-2021, 08:03

Ermənistan sülh müqaviləsi ilə bağlı qərarını ELAN ETDİ – ÖLKƏ QARIŞDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Nəslinin kəsildiyi düşünülürdü - Təsadüfən rast gəldilər
Mədəaltı vəzi xərçənginin 14 əlaməti – Çox yeyənlərin diqqətinə!
Zelenski tarix verdi, “müharibə bitə bilər” dedi
Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
Soyuq havada isti içkilərin faydalı olub-olmasına aydınlıq gətirilib
Pakistanda nüvə obyektinə zərbə endirildi
Son xəbərlər
  • Dünən, 22:35
    Nəslinin kəsildiyi düşünülürdü - Təsadüfən rast gəldilər
  • Dünən, 21:29
    Mədəaltı vəzi xərçənginin 14 əlaməti – Çox yeyənlərin diqqətinə!
  • Dünən, 20:45
    Zelenski tarix verdi, “müharibə bitə bilər” dedi
  • Dünən, 19:20
    Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
  • Dünən, 18:39
    Soyuq havada isti içkilərin faydalı olub-olmasına aydınlıq gətirilib
  • Dünən, 17:41
    Pakistanda nüvə obyektinə zərbə endirildi
  • Dünən, 16:39
    Paşinyan Xocalı qatillərini Bakıya verir? – Üç sensasion SSENARİ
  • Dünən, 15:27
    Yaddaşı gücləndirməyin yolları
  • Dünən, 14:44
    Manatın “dövretmə sürəti” azaldı: bu, nə deməkdir?
  • Dünən, 13:08
    Pakistan bu ölkəyə müharibə elan etdi
  • Dünən, 12:17
    Xərçəng diaqnozu qoyuldusa – İlk nə etməli?
  • Dünən, 11:48
    Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı
  • Dünən, 10:19
    İran-ABŞ danışıqları necə keçib? - İlk açıqlama
  • Dünən, 09:07
    İftardan və imsakdan sonra dərhal yatmaq təhlükəlidir? - XƏBƏRDARLIQ
  • 26-02-2026, 22:22
    Keçmiş sevgilisini unuda bilməyən BÜRCLƏR - Kimlər ikinci şans verir?
  • 26-02-2026, 21:57
    Bu 2 xəstəliyi olanlar kivi yesin!
  • 26-02-2026, 20:24
    Ukrayna müharibəsi genişlənir? – İki ölkədən təhlükəli həmlə
  • 26-02-2026, 19:21
    Rusiya Belarusa nüvə silahı yerləşdirib – Səbəb
  • 26-02-2026, 18:11
    İftarda edilən bu səhvlər infarkta gətirib ÇIXARIR
  • 26-02-2026, 17:32
    Xocalıya ədalət məhz o vaxt təmin edildi - İlham Əliyev
  • 26-02-2026, 16:05
    ABŞ hücum etsə, Türkiyə ordusu İrana daxil olacaq?
  • 26-02-2026, 15:25
    Hemoroidin xalq üsulu ilə müalicəsinin təhlükəli nəticələri
  • 26-02-2026, 14:37
    Pakistanda terror: İki gündə 20-yə yaxın insan öldü
  • 26-02-2026, 13:12
    Bakı və İrəvana qarşı Rusiya təhlükəsi: Erməniləri dəhşətə salan hadisə 27 il sonra təkrarlanacaq?
  • 26-02-2026, 12:16
    Bu qidaları soyuducuya qoymayın
  • 26-02-2026, 11:00
    Türkiyə İrana hücum edəcək? - Rəsmi açıqlama
  • 26-02-2026, 10:32
    Suriyada əməliyyat: İŞİD-çilər zərərsizləşdirildi...
  • 26-02-2026, 09:08
    Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için
  • 25-02-2026, 22:52
    Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir
  • 25-02-2026, 21:21
    İftardan sonra bir stəkan için - Qaz və həzmsizliyi aradan qaldırır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə