Rus qoşunları Hava-Desant Qüvvələrinin dəstəyi ilə Baxmut şəhərinin dörddə üçünü ələ keçirib.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Vaqner”in hücum bölmələri Hava-Desant Qüvvələrinin dəstəyi ilə Baxmut şəhərinin üç məhəlləsini ələ keçirə biliblər. Desant bölmələri Ukraynanın hücum dəstələrinin hərəkətini dayandırıb”, - Konaşenkov bildirib.