“Mən hamıya və beynəlxalq ictimaiyyətə mesaj göndərmək istəyirəm. Ən yüksək səviyyədə əldə edilən yazılı sənədlər əsasında sülh sazişi olacaq”.
“Ölkə.Az” xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Ermənistan hökuməti və ictimaiyyəti gündəlik quruculuq işləri, tikinti, islahatlar, təhlükəsizlik sisteminin gücləndirilməsi ilə məşğul olmalıdır. Biz inkişaf yolundan, Ermənistanın güclənməsindən bir dəqiqə belə sapmamalıyıq”, - deyə o əlavə edib.