• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Maaş və sosial ödənişlərdə artım olacaq?
Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Fransa Cənubi Qafqaza qayıtmaq istəyir” - Makronun QALMAQALLI ÇIXIŞININ GİZLİNLƏRİ

Xəbərlər

20-02-2023, 14:28

“Fransa Cənubi Qafqaza qayıtmaq istəyir” - Makronun QALMAQALLI ÇIXIŞININ GİZLİNLƏRİ



Fransa Prezidenti Emmanuel Makron 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdə qalmaqallı çıxışı ilə gündəmə gəlib. Makron konfransda rəsmi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirərək müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanının olmadığını deyib.

Fransa prezidentinin Rusiya haqqında ittihamları bununla da yekunlaşmayıb. O, Qafqazın problemlərini Rusiyanın həll edəcəyinə heç kimin inanmadığını söyləyib. Makron Ermənistanın yanında olmağa davam edəcəyini açıq-aşkar bəyan edib.

Rəsmi Parisin Rusiyanı hədəf almasının sətiraltı məqamları haqqında Oxu.Az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Fransanın məqsədinin münaqişələrdə aktiv iştirak etmək olduğunu vurğulayıb.

A.Nağıyevin fikrincə, Fransa Türkiyə və Rusiyanın Cənubi Qafqazda fəallığını həzm edə bilmir:

“Əvvəla onu qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı dünya tərəfindən qəbul edilən ən ciddi platformalardan biridir. Burada dövlətlərin təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün atılan addımlar müzakirə edilir, hərbi, siyasi və hətta müəyyən qədər iqtisadi problemlərin həlli istiqamətində görüşlər keçirilir.

Prezident İlham Əliyevin konfransa dəvət olunması isə ölkə başçısının Cənubi Qafqazda, o cümlədən dünyada sayılıb-seçilən lider kimi tanındığının, bütün proseslərdə, o cümlədən qlobal məsələlərdə öz iştirakı ilə yenilik gətirdiyinin, Azərbaycanın Avropa və dünya üçün önəmli rolunun təzahürüdür.

Əsas məqam odur ki, İlham Əliyevin bu cür mötəbər konfransdakı çıxışı daim diqqətlə izlənilir. Regionun, o cümlədən bütün türk dövlətlərinin sayılıb-seçilən lideri olduğuna görə prezidentimizlə müzakirələr aparmaq, müxtəlif layihələrdə tərəfdaşlıq və əməkdaşlıq etmək istəyən rəsmilər kifayət qədər çoxdur.

Münhendə bir çox ölkələri təmsil edən böyük iqtisadi şirkətlərin nümayəndələri də iştirak edirdilər. Onlarla keçirilən görüşlər də bütün məqamlarda öz effektini verir. Qarabağa investisiyaların qoyulması, regionda təhlükəsizliyin təmin olunması, hərbi-siyasi vəziyyətin müzakirəsi mühüm amilə çevrilib. Prezidentimiz isə bu məqamlara xüsusi diqqət ayıran lider kimi seçilir.

Fransa Prezidenti Emmanuel Makronun səs-küylü çıxışına gəlincə, düşünürəm ki, bu, regional məsələlərdə iştirakını təmin etmək məqsədi güdür. Ermənistanın Türkiyə və Rusiya ilə hansısa formada yaxınlaşması Fransanın xoşuna gəlmir, bu, Makronu razı sala bilməz. Ona görə Fransa çalışır ki, bu məsələlərdə ittihamlarla diqqət cəlb edərək, özünün varlığını yada salsın”.

Arzu Nağıyev onu da xatırladıb ki, Cənubi Qafqaza müşahidəçi missiya gələndə də Fransa bu prosesdə iştirak üçün canfəşanlıq edirdi:

“Rusiya ilə bağlı məsələlərdə, Ukrayna mövzusunda, o cümlədən sülhməramlı qüvvələrin bölgədə fəaliyyəti kimi məqamlarda da Fransa rəsmi Moskvanı ittiham edirdi. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da dəfələrlə siyasi məsələlərə qatmağa çalışdılar. Birmənalı şəkildə Fransanın regionda iqtisadi, siyasi və hərbi marağı var. Ermənistanla dostluğunu açıq-aşkar nümayiş etdirən rəsmi Paris torpaqlarımız hələ işğal altında olanda oradakı sərvətlərdən yararlanırdı. Fransa şirkətlərinin bizim torpaqlarımızda kifayət qədər qanunsuz əməlləri olub. Ona görə, Fransa sülhün bərqərar olması prosesinin Fransasız keçməsinə razılıq vermir.

Xatırlayaq ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə də Fransa prezidenti iştirak etməyə çalışırdı. Bu zaman rədd cavabı da almışdı. Fransa bütün bu proseslərə laqeyd qala bilmir, nəyin bahasına olursa olsun Cənubi Qafqaza qayıtmaq istəyir. ATƏT-in sıradan çıxmış Minsk qrupunun bərpasını, sülhməramlı missiyada iştirak edən dövlətlərin çox olmasını, müşahidəçi kimi regiona daxil olmağı da tez-tez gündəmə gətirməklərinin səbəb budur. Fransa özünə siyasi rəqib saydığı Türkiyə və Rusiyanı regiondan uzaqlaşdırmaq istədiyindən Makron belə ittiham dolu çıxışlar edir.

Lakin bir məqamı vurğulamaq lazımdır ki, vasitəçiliyi iflasa uğramış Fransanın regiona yenidən daxil olması mümkün deyil. Çünki rəsmi Paris həm də birmənalı şəkildə separatçıları dəstəkləyən, onlara havadarlıq edən qüvvə kimi tanınır”.

Oxunub: 429
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-02-2023, 11:33

Azərbaycan təzyiqlərə baxmayaraq Fransaya BOYUN ƏYMİR

Xəbərlər

28-11-2022, 10:24

ŞOK İDDİA: Makron Paşinyanın əli ilə Putindən QİSAS ALACAQ

Xəbərlər

13-11-2022, 19:14

Makron İlham Əliyevə zəng etməyə niyə məcbur olub?

Xəbərlər

13-10-2022, 15:21

Makron Azərbaycan-Ermənistan gərginliyi haqda: “Rusiya Qafqazda oyun oynayır…”

Xəbərlər

14-05-2021, 14:12

Fransa prezidenti erməni dilində status paylaşdı – “Azərbaycan əsgərləri…”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Son xəbərlər
  • Bu gün, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
  • Bu gün, 21:39
    Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
  • Bu gün, 20:30
    NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
  • Bu gün, 19:27
    Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
  • Bu gün, 18:25
    Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
  • Bu gün, 17:22
    Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
  • Bu gün, 16:19
    Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
  • Bu gün, 15:41
    Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
  • Bu gün, 14:08
    Maaş və sosial ödənişlərdə artım olacaq?
  • Bu gün, 13:13
    Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
  • Bu gün, 12:29
    Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
  • Bu gün, 11:33
    Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
  • Bu gün, 10:44
    Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
  • Bu gün, 09:04
    Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
  • Dünən, 22:39
    Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
  • Dünən, 21:22
    Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
  • Dünən, 20:03
    Fransanın Rusiya ilə bağlı sirri faş oldu - Moskva Makronu biabır etdi
  • Dünən, 19:24
    Özbəkistanın iki kəndi Qırğızıstana verildi – SƏBƏB
  • Dünən, 18:53
    Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb
  • Dünən, 17:31
    Brüsseldə “Taliban”la qapalı görüş – Nə baş verir?
  • Dünən, 16:20
    Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
  • Dünən, 15:32
    Ağac yarpaqları ilə müalicə - Unudulan şəfa sirləri
  • Dünən, 14:32
    Rusiya rəsmən açıqladı: Bu tarixdə Avropa ilə müharibə başlayacaq
  • Dünən, 13:42
    ABŞ icazə verdi: İran 60 gün ərzində…
  • Dünən, 12:43
    Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
  • Dünən, 10:21
    Paşinyan Qarabağ ermənilərinə nifrət edir? – Sensasion hesabat hazırlandı
  • Dünən, 10:11
    Bakıya içməli su bu qaydada veriləcək – Rəsmi
  • Dünən, 09:07
    Arıqlamaq üçün ən yaxşı meyvələr hansılardır? - Mütəxəssislər izah edir
  • 22-06-2026, 22:49
    "Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
  • 22-06-2026, 21:55
    Ekspert izah edir: Yuxuya gedərkən hiss edilən ağrı xərçəngin əlaməti ola bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə