Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin cənub-şərqində 7.4 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb, 1710 nəfər dağıntılar altında qalıb.
Publika.az zəlzələ baş verən bölgədən çəkilən fotoları təqdim edir: