• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cənubi Azərbaycana niyə hüquqi dəstək verilmir? - SƏBƏBLƏR

Xəbərlər

1-12-2022, 17:07

Cənubi Azərbaycana niyə hüquqi dəstək verilmir? - SƏBƏBLƏR


İranda sentyabr ayından davam edən etiraz aksiyaları son günlər daha da şiddətlənib, vəziyyət getdikcə gərginləşir, günahsız insanlara işgəncə edilir, öldürülür, həbs olunur. Onların arasında güneyli soydaşlarımız da var. İranın ölkəmizə qarşı nümayiş etdirdiyi məkrli siyasət orada yaşayan azərbaycanlıları da qəzəbləndirib və onlar buna öz etirazlarını bildirirlər. Buna görə, hazırda rəsmi Tehranın soydaşlarımıza olan münasibəti daha da kəskinləşib.

Prezident İlham Əliyev soydaşlarımızın həyatı, onların təhlükəsizliyi ilə bağlı narahatlığını çıxışlarında ifadə edib, onlara qarşı olan ayrı-seçkiliyi gündəmə gətirib. Azərbaycanda insan haqlarının müdafiəsi üzrə ixtisaslaşmış və Avropa strukturları ilə sıx əlaqələri olan təşkilatlar – şəxslər (həm də xaricdə fəaliyyət göstərənlər) İran rejiminin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq təşkilatların gündəminə daşınmasına, bununla həm də Cənubi Azərbaycan milli hərəkatına töhfə verə bilərlər. Onların belə imkanları genişdir. Ən əsası, orada öldürülənlər arasında azərbaycanlı soydaşlarımız varsa, biz nə üçün səsimizi çıxarmayaq?!

Bəs, həmin təşkilatlar İran rejiminin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq təşkilatların gündəminə daşınması üçün hansısa işlər görürmü? Ümumiyyətlə, aidiyyəti qeyri-hökumət təşkilatları Cənubi Azərbaycan milli hərəkatına necə töhfə verirlər?

Bu suallarla Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan bir neçə təşkilatın qapısını döydük.

"İran rejimini nəzərə alaraq, insanların həyatını təhlükəyə atmaq istəməmişik"

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova Publika.az-a bildirdi ki, İran qapalı dövlət olduğu üçün oradan informasiyanı əldə etmək olduqca çətindir.

“İranda gedən proseslər birbaşa Azərbaycana təsir etdiyi üçün bizim də diqqətimizdədir. Bizim təşkilatımız iki beynəlxalq qadın təşkilatının üzvüdür. Bununla bağlı biz həmin platformaya müraciət etmişik. Hazırda 16 günlük gender əsaslı zorakılıqla bağlı kampaniya aparılır. İran qapalı olduğu üçün beynəlxalq təşkilatlar orada fəaliyyət göstərə bilmirlər. Təsir mexanizmi yalnız bəyanatlardır. Amma həm bizim təşkilat, həm də çevik ekspert qrupumuz İranda baş verən proseslərlə bağlı həmin platformalara müraciət edib. Bu proseslər siyasi baxımdan ciddi şəkildə diqqətdə olsa da, zorakılıq baxımından Ukraynadakı və digər proseslər kimi çox müzakirə olunmur. Beynəlxalq platformalarda təəssüf ki, yalnız bəyanat və müzakirə formasında danıılır. Düşünürəm ki, bu, bir müddət belə olacaq. Proseslər bir qədər də irəlilədikcə, beynəlxalq aləmin də təsiri olacaq”.

G.Səfərova qeyd edib ki, İranda sivil toplum təşkilatları hələ formalaşmamış vətəndaş cəmiyyətidir. Buna görə də, qeyri-hökumət təşkilatları və digər qurumlar qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmur:

“Onlar bunu etsələr, təqib olunacaqlar. Biz bunu başa düşürük. Buna görə də, təəssüf ki, yalnız işıqlandırmaqla kifayətlənirik. Amma əməli fəaliyyəti də edəcək səlahiyyətdə deyilik. Prezident İlham Əliyev son çıxışında dedi ki, biz Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarını qoruyacağıq. Bu çıxışdan sonra cənubdakı soydaşlarımızın Şimali Azərbaycana güvəni daha çox artıb. Müzakirələrdə biz bunu hiss edirik. Mən həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, həm də Elm və Təhsil Nazirliyində təmsil olunuram. Müzakirələr aparmışıq, görünür ki, Azərbaycan üçün təhlükə var. İranın özünün hazırladığı agentlər də ölkəyə gəlib-gedə bilərlər. Halbuki, onlar bu prosesi dəstəkləyəcək formada görünə bilər. Ona görə də DTX bu sahədə işi kifayət qədər gücləndirməlidir.

Prezident təhsil məsələsini də xüsusi vurğuladı. İranın bu davranışı da qəbul edilən deyil. Bəlkə də quru sərhədi bağlı olduğu üçün biz bunu hiss etmirik. Amma gözləniləndir ki, proseslər şiddətlənsə, daxili gərginlik yüksək həddə çatsa, Azərbaycana çox sayda miqrant gələ bilər. Biz buna hazırıqmı? Bununla bağlı da iş aparmalıdır. Təəssüf ki, bu, bir qədər bizim öz zəif tərəfimizdir ki, İrandakı sivil toplum təşkilatları ilə kifayət qədər iş görməmişik. Biz həm də İran rejiminin necə sərt rejim olduğunu nəzərə alaraq, insanların həyatını təhlükəyə atmaq istəməmişik. Amma hadisələr onu göstərir ki, çox yaxında o sistem dəyişdirilməlidir”.

"Beynəlxalq təşkilatlar müsəlman ölkələrinə ikili standartlarla yanaşır"

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu rəhbəri olduğu təşkilatın son hadisələrdən əvvəl də güneyli soydaşlarımıza dəstək olduğunu söyləyib:

“Prezident İlham Əliyev hər bir azərbaycanlının yanında olduğunu bəyan etdi. Biz də uzun illərdir ki, dəstəyimizi göstəririk. Siyasi miqrantlar bura gələndə ailələri ilə təmas qurmuşuq, onları BMT-yə, ABŞ səfirliyinə təqdim etmişik, müvəqqəti yaşamaq icazəsi almışıq. Əslində, beynəlxalq təşkilatlar müsəlman ölkələrinə ikili standartlarla yanaşırlar. İranda nə qədər insan öldürülüb, həbs olunub, lakin buna baxmayaraq xarici təşkilatlar heç bir ciddi reaksiya bildirmirlər. Bunun üçün də biz çalışırıq ki, beynəlxalq qurumlara orada olan məsələləri çatdıraq. Onlar da buna səsini çıxarsın. Bundan başqa, iştirak etdiyimiz görüşlərdə də bu məsələni qaldırırıq. Ola bilsin ki, həbs olunan güneyli soydaşlarımızın ailələri təzyiqlə üzləşməmək üçün Azərbaycana miqrasiya edə bilərlər. Biz hazırda onların qəbuluna hazır olmalıyıq.

Əvvəllər BMT miqrantlara dəstək göstərirdi. Artıq bunu etmirlər. Ona görə də Azərbaycan özü güneyli soydaşlarımıza onlarla bir yerdə olduğunu göstərməlidir. Biz onlar bura gələndə yaşayış imkanlarını, iş yerlərini və s. hazırlamalıyıq. Çünki onlar burada özlərini rahat hiss etməlidir. Güneylilər hər yerdə Azərbaycan bayrağını dalğalandırır, bizim yanımızda olduqlarını nümayiş etdirirlər. Bizim də onlara sahib çıxmağımız lazımdır. Burada önəmli olan həm də Azərbaycan dövlətinin, cəmiyyətimizin onlara münasibəti və dəstəyidir”.

"Dəstək verməyimiz bir yana, hansısa təşəbbüslər ziyan verə bilər"

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl prosesi diqqətdə saxladıqlarını, bu məsələdə qadın hüquq müdafiəçilərinə, İranla əlaqəli olan şəxs və təşkilatlara dəstək göstərdiklərini bildirib:

“Bu, daha çox həmrəylik dəstəyidir. İrandakı vəziyyətin işıqlandırılması, ora daha çox diqqətin yetirilməsi, qadın hüquq müdafiəçilərinə dəstəyin göstərilməsi ilə bağlı hər fürsətdə beynəlxalq tərəfdaşlarımıza bildiririk. Amma İrana getmək, birlikdə nəyisə etmək onlar üçün riskdir. Bu məqamda çox həssasıq. Hazırda beynəlxalq təşkilatların əlində daha çox imkanlar var. Oradan çıxan qadınların orada qalması təhlükəlidir. Ancaq bəziləri nə qədər təhlükəli olsa da, ölkələrində qalmaq istəyirlər. O insanlara müəyyən dəstəyi vermək olar. İstər müvəqqəti, istərsə də daimi. Yəni vəziyyəti təqib etmək olar. Orada vəkillik etmək lazımdır ki, insan hüquqları və qadın hüququ müdafiəçiləri ilə beynəlxalq təşkilatlar əlaqəli olsunlar, müvafiq cavabı tez versinlər, yəni ehtiyaclarına uyğun davransınlar. Çünki bizim onlar üçün çıxış yolunun göstərilməsi həqiqi mənada onların arzu etdiyi təşəbbüs olub-olmadığı ilə bağlı sual doğura bilər.

Qapalı ölkə olması dəstəyin əlçatanlığını çox aşağı səviyyəyə endirir. Bizim üçün müvafiq gələn müəyyən şey, reallıqda onları bir az da təhlükəyə ata bilər. Ona görə də İranı tanıyan, oradakı icmanı, təhlükələri yaxşı bilənlərlə sıx ünsiyyətdə olmalıyıq ki, zərər gətirməyək. Dəstək verməyimiz bir yana, hansısa təşəbbüslər ziyan verə bilər”.

"Artıq danışmaq yox, konkret işlər görmək lazımdır"

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı hər zaman Yaxın Şərq, Suriyadakı prosesləri diqqətdə saxladıqlarını, İranla bağlı da əməli addım atmağın vacib olduğunu vurğulayıb:

“Bizim təşkilatımız beynəlxalq təşkilatdır. İranda nə qədər azərbaycanlının öldürüldüyü, həbs olunduğu ilə bağlı xarici həmkarlarımızın diqqətinə çatdırırıq. Bu, faktdır və hər kəs görür. Əslində, bizim üçün fərqi yoxdur, azərbaycanlı, ya digər bir xalqın nümayəndəsi. Əsas məsələ, orada insan haqları pozulur, insanlara qarşı vəhşi davranış nümayiş olunur. İnsan hüquqları pozulduğu üçün milliyyətindən, dinindən asılı olmayaraq, hər kəs öz fikrini bildirməlidir. Ona görə də biz təkcə azərbaycanlılara deyil, bütün dünya insanına müraciət edirik. Əslində, Avropada da bu məsələ kifayət qədər diqqətdə saxlanılır”.

Hüquq müdafiəçisi İrandakı milli hərəkata da töhfə verdiyini söyləyib:

“Milli hərəkatda biz Azərbaycanın bütövlüyündən, bölünmüş torpağının birliyindən danışırıqsa, burada tamam ayrı münasibət sərgilənməlidir. Bu gün hələlik İranda həm bizim soydaşlarımızın, həm də bütün insanların hüquqlarının pozulmasına diqqət yönəltmişik. Bu da paralel olaraq ikinci istiqamət olaraq gedir. Dünya artıq bilməlidir ki, Azərbaycan ikiyə bölünüb. Biz neçə illərdir bu haqda danışırıq. Yazıçılarımız, şairlərimiz yazır, görüşlərdə hər zaman bu məsələ danışılır. Biz ağlımız kəsəndən bu haqda danışırıq, informasiya veririk. Sovet dövründə Moskvada təhsil alan zaman mənə sual verirdilər ki, Azərbaycanın əhalisi nə qədərdir. Mən Azərbaycanın bölündüyünü, böyük hissəsinin İranda qaldığını deyirdik. Razıyam ki, artıq bu gün danışmaq yox, konkret işlər görmək lazımdır. Bütün sənədlər, xronikalar yayılmalı, gündəmdə saxlanmalıdır. Bu hərəkət uzun illərdir aparılır, ümid edirəm ki, dünyaya yayılan azərbaycanlıların səsi eşidiləcək”.

Oxunub: 295
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-11-2022, 00:25

Əliyevdən İrana İSMARIŞ: "O dövr geridə qaldı..."

Xəbərlər

25-11-2022, 19:32

Bakıdan MESAJ: Azərbaycan İranın belə davranışına sakit tamaşa etməyəcək

Xəbərlər

11-11-2022, 14:12

Türk Zirvəsində verilən MESAJ - Güney Azərbaycan İŞĞAL ALTINDADIR

Xəbərlər

21-09-2021, 20:07

İrandakı soydaşlarımız ETİRAZA QALXIR: Tehrana bir həftə vaxt verildi

Xəbərlər

23-11-2019, 17:53

SON DƏQİQƏ: İranda azərbaycanlı fəallar EDAM EDİLİR - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Son xəbərlər
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə