• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
Diş ərpi və daşlarına qarşı bal çeynəyin
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
Hovuz suyunun gözlərə zərəri
Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İranda “dərin dövlət” üzə çıxdı: Tehran-Dehli-İrəvan ittifaqı yaradılır - ŞOK FAKTLAR

Xəbərlər

3-11-2022, 15:41

İranda “dərin dövlət” üzə çıxdı: Tehran-Dehli-İrəvan ittifaqı yaradılır - ŞOK FAKTLAR


“Bu gün biz Güney Azərbaycanın küçələrində, məhəllələrində nümayişlərin, qarşıdurmaların silsilə xarakter aldığını görürük. İdeyaların, şüarların, fikirlərin toqquşmasını müşahidə edirik. Güney Azərbaycanın iri şəhərlərinin küçələrindəki bu fon, İranın siyasi dəhlizlərində baş verən gizli, gözəgörünməz mübarizənin aldadıcı mənzərəsidir. Əsas məsələ hazırda İranda iki əsas “dərin hökumət”in olmasıdır. Ümumiyyətlə, hər bir ölkənin gözəgörünməz, "dərin dövləti" olur, ingiliscə buna “deepstate” deyirlər. İranda bu “deepstate”lərin biri “İmam Mehdi ordusu”, digəri “Ariana”dır. Biz “İmam Mehdi ordusu”ndan çəkinirdik. Əslində “İmam Mehdi ordusu”nun strukturları düşündüyümüz qədər təhlükəli deyil. Azərbaycan üçün ən qorxulu olanı fars milliyətçilərinin “Ariana” layihəsidir”.

Bunu Publika.az-a açıqlamasında şair-publisist Həmid Herisçi deyib.

Həmid Herisçi bildirib ki, “Ariana” müasir İran İslam rejiminin mirası deyil: “Bu, şah dövründən qalma bir layihədir. Hətta deyərdim ki, onun kökləri faşist Almaniyasına gedib çıxır. Bu layihənin kökündə “Böyük İran” anlayışı dayanır. Hazırkı İran ərazisi həmin layihəyə əsasən çox kiçik bir ərazini əhatə edir. “Ariana” layihəsi “böyük İran” anlayışını savunur. Vaxtilə şah da özünü “Aria mehri” – yəni, arialıların üzvü adlandırırdı. O vaxt “Ariana” layihəsi üzdə idi. Şah bu layihəni hər yerdə təqdim edirdi. Onlar, hətta 1974-cü ildə İslam təqviminin ləğvinə nail olmuşdular. Yenidən Zərdüşt təqvimini geri qaytarmışdılar. Farslar qədimdə Zərdüşt dininə inanıblar. Şah dövründə qədim Zərdüşt bayramlarını, adət-ənənələrini, o cümlədən, “Ariana” layihəsini dirçəltmək istəyirdilər. “Ariana” layihəsinə Hindistan, Tacikistan, Əfqanıstan, İran kimi ölkələr daxildir. Bizim Turan məfkurəmiz kimi onların da öz “Turan”ı – “Ariana” layihəsi var. Bunun kökü də İran-Turan müharibələrinə gedib çıxır. Bir sözlə, hazırda İranda baş verən hadisələrin axarı İran-Turan “narrativ”inə doğru gedir”.

Həmid Herisçi düşünür ki, İran İslam Respublikası dövründə “Ariana” layihəsi müəyyən qədər zəifləyib:

“İndi bu layihə yenidən fars milliyətçiləri tərəfindən bir şüar kimi ortaya atılıb. Artıq hiss edirəm ki, farslar islamdan ayrılırlar. “Ariana” layihəsinin dövriyyəyə buraxılması İran siyasətinin sırf fars ideologiyası ilə hərəkət etməsinə gətirib çıxarıb. Baş verənlər “Ariana” layihəsinin təsirindədir. Bütün bunlar həm də İranın ali dini lideri Xamneyiyə qarşıdır. Seyid Əli Xamneyinin əsas dayaq nöqtələri Güney və Quzey Azərbaycandadır. Azərbaycan-Ermənistan münasibətlərini kəskinləşdirən nüans da həmin “Ariana” projesidir. “Ariana” layihəsini dəstəkləyənlər Azərbaycanla münasibətləri kəskinləşdirməklə Xamneyini çətin vəziyyətdə qoyurlar. Bir sözlə, SEPAH-la İranın Xarici İşlər Nazirliyi vahid bir trend yaradıblar. Bu trend sırf Xamneyinin əleyhinədir. Onlar həm güney, həm də quzey Azərbaycanda vəziyyəti kəskinləşdirirlər. Məqsədləri Azərbaycanı Xamneyinin təsir dairəsindən götürməkdir. Yəni həm Təbrizlə, həm də Bakı ilə İranın ali dini liderini üz-üzə qoymağa çalışırlar. Onu hörmətdən salmaq istəyirlər. Düşünürəm ki, hazırda İranın daxilində “Ariana”çılarla “Mehdi”çilərin, “Hüseyniyyə”çilərin qarşıdurması gedir”.

Həmsöhbətimizin fikrincə, hazırda baş verən hadisələr İrandakı inqilabların yeni mərhələsidir:

"Hazırkı inqilab köhnə “ağ inqilab”dır. Bunu ilk dəfə 1963-cü ildə İran şahı başladıb. Orada da feminizm aparıcı mövqedə idi. İndi İranda şah ideologiyası yenidən dirilməkdədir. Şah ideologiyasının feminizmlə, “Ariana” layihəsi ilə dirildiyini görürük. “Ariana” şah ideologiyasının baş layihəsi idi. Hazırda farsların mövqeyi güclənir. Onlar şahın ətrafında gizli şəkildə birləşirlər. Hazırda baş verənlərin adı "fars inqilabı"dır. Ona görə də azərbaycanlılar bu inqilaba, prosesə qoşulmaq istəmirlər. Azərbaycanlıların tələbi bir az başqadır, təkcə feminizm deyil. Farslar bu inqilabla şah dövrünə, “Ariana” layihəsinə qayıtmaq, ermənilərlə, hindlilərlə, əfqanlarla bir layihədə birləşmək istəyirlər. Yeni geopolitik konturlar cızmaq düşüncəsindədirlər. Farslar həm kulturoloji, həm də siyasi baxımdan “ağ inqilab”ı gerçəkləşdirirlər. Burada əsas məqsəd “vilayəti-fəqih” xəttini, yəni Xamneyini vurmaqdır. Bunun ən yaxşı yolu isə İranın Azərbaycanla münasibətlərini kəskinləşdirməkdir. Nəticədə “vilayəti-fəqih”in şimali və cənubi Azərbaycandakı dayaq nöqtələri laxlayır, abırdan düşür. Çünki şiəlik Azərbaycanla birbaşa bağlılığı olan bir ideoloji xətdir. Yəni Şah İsmayılın mirasıdır. “Ariana”çılar düşünürlər ki, Şah İsmayıl mirasını həm Təbrizdə, həm də Bakıda məhv etmək lazımdır. Paradoksdur, amma fikrimcə, hazırda İranda vəziyyət belədir. Bizim üçün farsların bu daxili ziddiyyətləri daha əhəmiyyətlidir, nəinki küçələrdə gördüyümüz mənzərələr…”.

“Bəs bu proseslər fonunda Cənubi Azərbaycanın aqibəti necə olacaq?” – sualına Həmid Herisçinin cavabı birmənalı olub:

“Sözsüz ki, Azərbaycan simruq quşudur. Azərbaycanın özünün qoruyucu mələyi var. Həmin mələyin adı sirus quşudur. 1501-ci ildə sirus quşu Şah İsmayılın yuxusuna girir, soruşur ki, sənə gülüstan, yoxsa Azərbaycan taxt-tacı lazımdır? O da əmirləri ilə məsləhətləşir. Əmirlərin hamısı deyir ki, bizə Azərbaycan lazımdır. Qədimdə, dərvişlər dövründə bu anlayışın əhəmiyyəti çox böyük idi. Buna cizgi filmi kimi baxmaq olmaz. Yəni Azərbaycanın özünün qoruyucu mələkləri, qəhrəmanları var. Azərbaycan İranda baş verən bu qarşıdurmalardan ancaq xeyir görəcək. Çünki od-alovdan qələbə yaranır. İrandakı od-alovdan həm də Azərbaycan yaranacaq. Qarşıdurmalardan qorxmaq lazım deyil. Biz vuruşmasaq, heç kim bizə nəlbəkidə Azərbaycanı gətirməyəcək. Yenə deyirəm, farslarla “mehdiçilər” arasında qarşıdurma gedir. İranın Xarici İşlər Nazirliyi isə fars milliyətçiliyinin “kölgə hökuməti”dir. İran XİN-i SEPAH-la birləşib. Söhbət SEPAH-ın Ərdahan-İsfahan qanadından gedir. Çünki SEPAH-ın başçısı da isfahan-ərdahanlıdır. Xarici işlər naziri Abdullahian da həmçinin… İran Hərbi Dəniz Qüvvələrinin komandanı da ərdahanlı-isfahanlıdır. O da Xəzər dənizindən Azərbaycanı raketlə vurmaq istəyirdi. Baş verənlər İranın hakimiyyətinin daxilindəki “İsfahan-Ərdahan süi-qəsdi”dir. Məqsəd SEPAH-ı türklərdən arındırmaqdır. Çünki İran SEPAH-ında türklərin sayı olduqca çoxdur. İranın ən döyüşkən diviziyaları – “Əli ibn Əbutalib”, “Ləşkəri Aşura”, “Ləşkəri İmam Hüseyn”dir. Onların da qərargahları Təbrizdə yerləşir. Bu diviziyalar isə azərbaycanlılardan ibarətdir. “Ariana”çılar həmin diviziyaları müharibəyə təhrik etməklə sıradan çıxarmaq istəyirlər. Hazırda İranın böyüyü Xamneyi deyil, farsların böyüyü Hindistanda yaşayan Zərdüşt icmasının başçısıdır. Onun layihəsi də bayaqdan haqqında danışdığım “Ariana”dır. Bu layihədə ilk növbədə Hindistan-İran-Ermənistan blokunu yaratmaqdır. Təsadüfi deyil ki, İranın XİN rəhbəri Abdulahian Hindistan-İran-Ermənistan birliyindən danışdı. Söhbət həmin “Ariana”dan gedir”.

Oxunub: 417
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-10-2021, 18:36

Təbrizdə sakinlər etiraza başladı - "Güney Azərbaycan İran deyil”

Xəbərlər

10-09-2020, 16:37

İranda daha 127 nəfər koronavirusdan öldü

Xəbərlər

12-07-2021, 08:19

İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO

Xəbərlər

23-11-2019, 17:53

SON DƏQİQƏ: İranda azərbaycanlı fəallar EDAM EDİLİR - FOTO

Xəbərlər

30-08-2019, 09:30

SON DƏQİQƏ: İranda raket partlayıb - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
“Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
Son xəbərlər
  • Bu gün, 22:13
    “Yadplanetlilərin hücumu” - Milyonlarla braziliyalıya mesaj göndərildi
  • Bu gün, 21:51
    Beynin "Ölü nöqtəsi" varmı? - Alimlər tapıb
  • Bu gün, 20:32
    Trampın təhdidləri danışıqları dayandırdı - İran məkanı tərk etdi
  • Bu gün, 19:02
    Netanyahu xalqla “toqquşdu” – İranla bağlı inanılmaz nəticə
  • Bu gün, 18:25
    Menstruasiya sancılarından əziyyət çəkənlərin diqqətinə: Bu qidalar ağrını ikiqat artırır
  • Bu gün, 17:17
    Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
  • Bu gün, 16:14
    ABŞ-İran arasında yeni razılaşma: İsveçrə görüşü nəyi dəyişəcək?
  • Bu gün, 15:34
    Ayaqdakı bu simptom ürək xəstəliyinin əlaməti ola bilər
  • Bu gün, 14:40
    ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian
  • Bu gün, 13:11
    Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
  • Bu gün, 12:33
    Tüpürcək vəzilərinin şişləri - niyə yaranır?
  • Bu gün, 11:26
    Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
  • Bu gün, 10:19
    Rusiyada kütləvi səfərbərlik: İlk dəfə təlim keçirildi
  • Bu gün, 09:02
    Diş ərpi və daşlarına qarşı bal çeynəyin
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 20:34
    Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
  • Dünən, 19:23
    Hörmüz boğazına kim nəzarət edir? - CENTCOM real vəziyyəti açıqladı
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 17:00
    Britaniya hərəkətə keçdi - Ukrayna üçün uzaqmənzilli raketlər sınaqdan keçirilir
  • Dünən, 16:06
    Bu, Rusiyanın növbəti tələsidir - Tsaxkna
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə