• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qəfil başladı, risk davam edir – Əhalinin nəzərinə
Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı
Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev
1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
Müdafiə naziri ABŞ-nin ən ciddi düşmənini açıqladı: SSRİ-ni xatırladır
Bu bitki yağı sümükləri bərkidir
Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
Şirin yuxunun sirri bu yeməkdədir
Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi
Maduro istefa şərtlərini açıqladı: "Rahat sürgün" və...
Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür
Peskovun ulu babası 26 Bakı komissarlarından olub - Sirr açıldı
Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Sizdən bu səbəblə pul tələb edən həkimləri 8 il cəza gözləyir - AÇIQLAMA

Xəbərlər

28-10-2022, 13:15

Sizdən bu səbəblə pul tələb edən həkimləri 8 il cəza gözləyir - AÇIQLAMA


Yaşından, cinsindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq heç bir şəxs xəstəlikdən sığortalanmayıb.

Xəstəlik hər an hər birimizin “həyat qapısını” döyə biləcək “amansız və gözlənilməz qonaqdır”. Bu səbəbdən hər bir insan bu amansız və gözlənilməz qonağı qarşılamaq iqtidarında olmalıdır. Bu səbəbdən ölkəmizdə 2021-ci ildən etibarən icbari tibbi sığorta tətbiq olunur. Bu sığorta növünün məqsədi əhalinin ödənişsiz tibbi xidmətlərdən yararlanmasını təmin etməkdir.

Sığorta çərçivəsində vətəndaşlar təcili və təxirə salınmaz tibbi yardım, stasionar müalicə, laborator müayinə kimi tibbi xidmətlərdən faydalana bilərlər. Hazırda xidmətlər zərfinə 2550 ödənişsiz tibbi xidmət daxildir. Lakin bir çox vətəndaşlar bu sığortadan necə yararlanmalı olduğunu bilmir, həmçinin bəzi tibb müəssisələrində həkimlərin bu sığorta növünə biganə qaldığı iddia olunur.

Maraqlıdır, bu cür qanun pozuntusuna yol verən həmin həkimləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı İcbari Sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva Gundem.az-a bildirib ki, bu əməl qanuna ziddir, sığorta olunanlar bu halla qarşılaşdıqda həmin tibb müəsisəsinin vətəndaş müraciətləri bölməsinə eyni zamanda müəssisənin rəhbərliyinə və yaxud da TƏBİB-ə elektron formada şikayətini ünvanlaya bilərlər.

“TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində tibb işçiləri ilə bağlı şikayətiniz olarsa, bu barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmasa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya //its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər.

“Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur".

Pərvin Baxşəliyeva qeyd edib ki, işsiz vətəndaşlar bəzən bu sığortanın onlara şamil olunmadığını zənn edirlər, lakin qanuna əsasən, onlar da dövlət tərəfindən sığorta olunurlar.

“Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər.Xidmətlər Zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir.Laborator analizlər, instrumental diaqnostik və radioloji xidmətlər, həmçinin fizioterapiya xidməti həkim təyinatına əsasən həyata keçirilir. Sözügedən tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Tibbi xidmətə ehtiyac yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə müraciət etmək kifayətdir. Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda Agentliklə müqaviləli özəl tibb müəssisələrində göndəriş əsasında xidmət göstərilir. Göndəriş TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir”.

Lakin bəzən vətəndaşlar qanunları qəbul etməyən, göstərdiyi xidmət qarşılığında onlardan pul istəyən həkimlərlə də rastlaşdığını da deyirlər.

Bu haqda saytımıza açıqlama verən vəkil Ceyhun Məmmmədov bildirib ki, vətəndaşdan ödəniş tələb edən həkimlər qanuna əsasən vəzifələrindən azad edilirlər:

“Əgər həkim vətəndaşlardan ödənişsiz xidmət aparmaq yerinə ödəniş tələb edirsə, həmin həkimlər barəsində vətəndaş müvafiq dövlət qurumuna şikayət edərsə, Cinayət Məcəlləsinin 311-ci maddəsinə əsasən rüşvət alma maddəsi ilə araşdırma başlanıla bilər.

Həmin araşdırma nəticəsində cinayət faktı aşkarlanarsa, üzə çıxarsa, həkimi Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə 3 ilədək həmin fəaliyyətlə məşğul olmaq hüququndan oluna bilər və 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Vətəndaşlar belə hallarla rastlaşdığı halda Səhiyyə Nazirliyinin qaynar xəttinə və ya Baş Prokuror yanında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlə müraciət edə bilərlər”.

Qeyd edək ki, bu kimi arzuolunmaz hallarla qarşılaşan vətəndaşın əməli ifşa etmək üçün video və yaxud səs yazısı yazmaq hüququ var.

Günel Məmmədyarlı

Oxunub: 345
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

18-05-2022, 08:07

İcbari tibbi sığorta ilə müayinədən keçmək istəyənlərin NƏZƏRİNƏ

Səhiyyə

22-06-2021, 15:35

İcbari tibbi sığorta xidməti göstərən özəl xəstəxanaların siyahısı açıqlandı

Xəbərlər

13-03-2021, 09:56

Rayon qeydiyyatında olub Bakıda işləyənlərin NƏZƏRİNƏ

Xəbərlər

12-03-2021, 11:16

Bu xəstəliyi olanlar pulsuz müalicə oluna bilər - SİYAHI

Səhiyyə

4-02-2021, 13:49

Bu tibbi xidmətlər vətəndaşlar üçün PULSUZ OLACAQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qəfil başladı, risk davam edir – Əhalinin nəzərinə
Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı
Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev
1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
Son xəbərlər
  • Bu gün, 16:26
    Qəfil başladı, risk davam edir – Əhalinin nəzərinə
  • Bu gün, 15:00
    Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı
  • Bu gün, 14:11
    Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
  • Bu gün, 13:09
    Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik - İlham Əliyev
  • Bu gün, 12:35
    1 yaş müayinəsində nələr yoxlanmalıdır? - Pediatr açıqladı
  • Bu gün, 11:44
    ABŞ bu AES-ə qarşı sanksiyaları ləğv edəcək - Orban
  • Bu gün, 10:15
    Müdafiə naziri ABŞ-nin ən ciddi düşmənini açıqladı: SSRİ-ni xatırladır
  • Bu gün, 09:03
    Bu bitki yağı sümükləri bərkidir
  • Dünən, 22:29
    Trampdan iki nəhəngi üz-üzə qoyan həmlə: hədəf açıqlandı – Yeni plan işə düşür
  • Dünən, 21:49
    Davamlı stress xərçəng yaradır - Təsdiqləndi
  • Dünən, 21:27
    Gündə 5 saat yatmaq kifayət edir? - Alimlər açıqladı
  • Dünən, 20:36
    Noyabrın 10-na keçən gecə Rusiya Bakıya nə təklif edib? – İlk dəfə açıqlandı
  • Dünən, 19:55
    33 il sonra Milli Qəhrəman adı verilən Vaqif Qurbanov kimdir?
  • Dünən, 18:26
    Şirin yuxunun sirri bu yeməkdədir
  • Dünən, 17:11
    Moldova Suriya Prezidentini terrorçular siyahısına daxil etdi
  • Dünən, 16:30
    Maduro istefa şərtlərini açıqladı: "Rahat sürgün" və...
  • Dünən, 15:42
    Damarları tıxayır, oksigen çatmır - Xeyli insan bu səbəbdən ölür
  • Dünən, 14:27
    Peskovun ulu babası 26 Bakı komissarlarından olub - Sirr açıldı
  • Dünən, 13:05
    Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
  • Dünən, 12:25
    Bu, həyatınızı xilas edə bilər: Qanın laxtalanmasının 5 əlaməti
  • Dünən, 11:32
    Rasmussendən QORXULU PROQNOZ - Bu ölkə “əbədi müharibə” ilə üzləşə bilər
  • Dünən, 10:51
    ABŞ beş MDB ölkəsi ilə yeni dövrün başladığını elan etdi: Layiq olduğunuzu alacaqsınız
  • Dünən, 09:07
    Mədə həcmini necə azaltmaq olar?
  • 6-11-2025, 22:34
    Kişilərin yaddaşı qadınlardan zəifdir
  • 6-11-2025, 21:27
    Çörək sodası mədə yanmasına kömək edirmi?
  • 6-11-2025, 20:30
    Pakistan Əfqanıstana zərbələr endirdi
  • 6-11-2025, 19:13
    Tehrandan mühüm siqnal – Zəngəzurla bağlı…
  • 6-11-2025, 18:11
    Təzyiq nə qədər yüksəkdirsə, beyin bir o qədər quruyur
  • 6-11-2025, 17:17
    NATO rəsmən açıqladı: Rusiya ilə müharibə başlayır
  • 6-11-2025, 16:42
    Süni intellekt eqoistləşir: “Yoluxucu tendensiya yaranıb”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə