"Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.
Qaynarinfo xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:
"Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.