Çinə aid 2 gəmi Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.
Publika.az xəbər verir ki, bununla bağlı Yaponiya Sahil Mühafizəsi Qüvvələri informasiya paylaşıb.
Məlumatda gəmilərin yerli vaxtla saat 04:30 radələrində Uotsuri adasının sularına daxil olaraq bölgədə fəaliyyət göstərən Yapon balıqçı gəmisinə yaxınlaşmağa çalışdığı, Yaponiya Sahil Mühafizə Qüvvələrinin patrul gəmilərinin isə Çin gəmilərinə ərazini tərk etmələri barədə xəbərdarlıq etdiyi bildirilib.