• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək – RƏSMİ
Boyun YIRTIĞInın əlamətləri və müalicəsi
Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
Bədəndə mioma və kistalar niyə yaranır? - Psixoloji səbəbləri
Bu qurumda maaşlar artırıldı - Rəsmi
ABŞ-ın atom aviadaşıyıcıları Hörmüz yaxınlığına yerləşdirildi: Nə baş verir?
Cavanlaşdırıcı yapon maskası
Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
İsrail-Türkiyə müharibəsi ehtimalı: Hansı ölkə qalib gələcək?
Təzyiqi stabil saxlayır, arıqlamağı, həzm prosesini asanlaşdırır – HƏR GÜN 2 STƏKAN YEYİN
Bir saatda niyə 60 dəqiqə, bir dəqiqədə niyə 60 saniyə var?
Nəslinizdə xərçəng varsa, necə qorunmalı? - Gənclərin nəzərinə
“Səssiz fəlakət” gəlir: Ölkələrin adı açıqlandı - Siyahıda Azərbaycan da var
Hər şey yox olacaq: ABŞ İrana qarşı bunu etsə, sivilizasiyanın sonu gələcək
Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ
Fransa da ABŞ-a qarşı çıxdı – Blokada “çökür”?
ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?
Yüngül toxunuşla belə bədəndə niyə göyərmələr əmələ gəlir?
Netanyahu Orbana söz verdi: “Əbədi olaraq…”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı və Moskva arasında MÜHÜM ANLAŞMA – Erməni təxribatlarına CİDDİ ZƏRBƏ

Xəbərlər

27-06-2022, 14:19

Bakı və Moskva arasında MÜHÜM ANLAŞMA – Erməni təxribatlarına CİDDİ ZƏRBƏ



İmzalanan yeni saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında anti-Azərbaycan fəaliyyətinə ciddi zərbə vuracaq

Azərbaycanla Rusiya arasında daha bir mühüm sahədə anlaşma əldə olunub. Belə ki, Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə imza atılıb.

İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məramına xidmət edən bu sazişin ölkəmiz üçün önəmini daha aydın anlamaq baxımından bəzi məsələlərə diqqət edək.

Sirr deyil ki, müstəqillik dönəmində olduqca geniş auditoriyası olan Rusiya mətbuatında zaman-zaman Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən, ermənilərin, Qarabağ separatçılarının maraqlarına xidmət edən informasiyalar yer alıb. Xüsusilə, 44 günlük Vətən müharibəsində Rusiyanın bir sıra KİV-ləri əsl simalarını ortaya qoyaraq qərəzli məlumatlarla, müzakirələrlə bütövlükdə iki ölkə arasındakı münasibətlərə, həmçinin haqq işimizə kölgə salan xətt tutdular. Təəssüf ki, bu yanaşma son günlərə kimi davam edib və bu, Azərbaycan dövlətinin, xalqının ciddi narazılığına gətirib çıxarıb. Ölkəmizə qarşı yalan, qərəzli məlumatlara yer ayıran Rusiya KİV-lərinin Azərbaycanda yayımının dayandırılması tələbi haqlı olaraq güclənmişdi. Təbii ki, bu çıxış yollarından biri kimi görünsə də, məsələni kökündən həll etmirdi. Bu baxımdan informasiya təhlükəsizliyi sahəsində imzalanan yeni saziş problemi əsaslı olaraq aradan qaldırmaq üçün önəmli addımdır.

Bu sənədlə erməni lobbisinin, ermənilərin maraqlarına ciddi zərbə vurulub. Çünki ermənilərin Azərbaycana qarşı yalan tirajlayan Rusiya mətbuatında açıq fəaliyyətinə son qoyulacaq. Məhz həmin KİV-lərin bir çoxuna erməni lobbisinin nüfuz etməsi gizli məsələ deyil. Ona görə də bir çox hallarda həmin KİV-lərin Azərbaycana qarşı münasibəti Rusiyanın rəsmi siyasətinə zidd olurdu və daha çox Ermənistanın, onun lobbisinin maraqlarına uyğun, heç bir çərçivəyə sığmayan fəaliyyət ortaya qoyulurdu.

Beləliklə, Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidlərin qarşısını alan saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın KİV-lərində Azərbaycana qarşı fəaliyyətinə ciddi zərbədir. Və bu mühüm sənədlə terrorçuluğa qarşı mübarizəni gücləndirmək istiqamətində mühüm irəliləyiş əldə edən ölkəmiz, Rusiya mətbuatında Qarabağ separatçılarının anti-Azərbaycan fəaliyyətinə hüquqi əsaslarla ciddi maneə yaratmış oldu.

Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında yer alan hallara nəzər salaq:

dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar;

mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları;

terrorçuluğun təbliğatı və terror məqsədləri;

dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması;

millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması;

vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması;

Tərəflər bu sazişə əsasən, təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyəti təmin edəcəklər.

Qeyd olunan məqamlar bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərə əsaslanan sazişin Azərbaycan üçün nə qədər əhəmiyyət daşıdığını bir daha göz önünə sərgiləyir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə qarşı qalxan olacaq bu sənəd informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məramını güdən əməkdaşlığı özündə ehtiva edir.

Oxunub: 664
Paylaş:
Digər xəbərlər

Xəbərlər

22-09-2021, 09:49

Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaq CƏHDİ – rusiyalı politoloq konkret ÜNVAN GÖSTƏRDİ

Xəbərlər

22-04-2021, 10:27

Ərdoğan Azərbaycanla bağlı MÜHÜM SƏNƏDİ TƏSDİQ ETDİ

Xəbərlər

20-03-2021, 14:45

Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi TƏSDİQLƏDİ

Xəbərlər

20-02-2021, 11:36

SON DƏQİQƏ! Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ

Xəbərlər

19-07-2019, 22:01

Prezident fərman imzaladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək – RƏSMİ
Boyun YIRTIĞInın əlamətləri və müalicəsi
Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
Bədəndə mioma və kistalar niyə yaranır? - Psixoloji səbəbləri
Bu qurumda maaşlar artırıldı - Rəsmi
Son xəbərlər
  • Bu gün, 21:38
    Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
  • Bu gün, 20:45
    Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək – RƏSMİ
  • Bu gün, 18:46
    Boyun YIRTIĞInın əlamətləri və müalicəsi
  • Bu gün, 16:31
    Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
  • Bu gün, 15:12
    Bədəndə mioma və kistalar niyə yaranır? - Psixoloji səbəbləri
  • Bu gün, 14:24
    Bu qurumda maaşlar artırıldı - Rəsmi
  • Bu gün, 13:03
    ABŞ-ın atom aviadaşıyıcıları Hörmüz yaxınlığına yerləşdirildi: Nə baş verir?
  • Bu gün, 12:18
    Cavanlaşdırıcı yapon maskası
  • Bu gün, 11:07
    Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
  • Bu gün, 10:33
    İsrail-Türkiyə müharibəsi ehtimalı: Hansı ölkə qalib gələcək?
  • Bu gün, 09:05
    Təzyiqi stabil saxlayır, arıqlamağı, həzm prosesini asanlaşdırır – HƏR GÜN 2 STƏKAN YEYİN
  • Dünən, 22:38
    Bir saatda niyə 60 dəqiqə, bir dəqiqədə niyə 60 saniyə var?
  • Dünən, 21:12
    Nəslinizdə xərçəng varsa, necə qorunmalı? - Gənclərin nəzərinə
  • Dünən, 20:31
    “Səssiz fəlakət” gəlir: Ölkələrin adı açıqlandı - Siyahıda Azərbaycan da var
  • Dünən, 19:02
    Hər şey yox olacaq: ABŞ İrana qarşı bunu etsə, sivilizasiyanın sonu gələcək
  • Dünən, 18:41
    Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ
  • Dünən, 17:18
    Fransa da ABŞ-a qarşı çıxdı – Blokada “çökür”?
  • Dünən, 16:51
    ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?
  • Dünən, 15:03
    Yüngül toxunuşla belə bədəndə niyə göyərmələr əmələ gəlir?
  • Dünən, 14:42
    Netanyahu Orbana söz verdi: “Əbədi olaraq…”
  • Dünən, 13:09
    Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
  • Dünən, 12:25
    Qan təzyiqini nə vaxt ölçmək məsləhət deyil?
  • Dünən, 11:37
    Azərbaycanda orta aylıq əmək haqqı artdı
  • Dünən, 10:10
    AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!
  • Dünən, 09:03
    Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd udun
  • 13-04-2026, 22:32
    Stulunu düzəldənlər, diqqət: Psixologiyaya görə bu hərəkət xarakterinizi büruzə verir
  • 13-04-2026, 21:15
    Kişidən qadına keçən xərçəng xəstəlikləri
  • 13-04-2026, 20:30
    Aprel ayında Azərbaycana hava sürprizi - Ciddi risk var?
  • 13-04-2026, 18:52
    Acqarına qara istiot çeynəməyin faydaları
  • 13-04-2026, 17:24
    Paşinyan: Yaxın günlərdə Zəngəzur dəhlizində mühüm hadisələr olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə