• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
Hörmüzə hücum olsa, Tehranı... - Tramp
Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıdan "YOX" cavabı alan Rusiyanın QİSASI

Xəbərlər

25-06-2022, 15:31

Bakıdan "YOX" cavabı alan Rusiyanın QİSASI


Azərbaycan sülh prosesini dəstəkləyən ən fəal tərəfdir. Bunu Qərb də yaxşı anlayır, Rusiya da yaxşı bilir. Amma tək Bakının bu aktivliyi Ermənistanı danışıqlar masası arxasında uzunmüddətli sülhə nail olmaq üçün kifayət etmir. Biz bunun 44 günlük müharibənin bitməyindən sonra geridə qalan ilyarımdan çox müddət ərzində də şahidi olduq və indi də bu prosesdə hər hansı bir ciddi dəyişikliyi müşahidə etmirik.

İrəvanın 10 noyabr üçtərəfli bəyanatından tutmuş, Brüssel görüşlərində əldə olunan razılıqlarda götürdüyü öhdəliklərə kimi icra etməyi üçün mütləqdir ki, Qərb və Moskva Ermənistana təyizqləri artırsınlar. Çünki Bakının təzyiqi fonunda sözügedən tərəflər ümumi orkestrdən geri qalırlar, xüsusilə də bu mənada Moskvanın adını çəkə bilərəm.

Eyni şeyi Tehrandan birbaşa Bakıya səfərə gələn Rusiya Xarici işlər naziri Sergey Lavrova Azərbaycan Prezidenti də bildirib. Dövlət başçısı Bakıda baş tutan görüş zamanı Rusiya XİN rəhbərinə "Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik" deməklə rəsmi Moskvanın regionda uzunmüddətli sülh naminə gördüyü işlərin yetərsiz olduğu mesajını vermiş olub.

İlham Əliyev bu açıqlama ilə rəsmi Moskvanı əməlli-başlı səhlənkarlıqda ittiham etmiş oldu desək, yanılmaram. Dövlət başçısı bu məsələdə məsuliyyət daşımalı olan əsas tərəflərdən biri kimi Rusiyanı göstərdi və istər Zəngəzur dəhlizi ilə Naxçıvana yük və vətəndaşlarımızın çatdırılması (İlham Əliyev: "Ümid edirik, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir" - red.), istərsə də regionda sülhün bərqərar olmasında Moskvanın öhdəlikləri olduğunu xatırlatdı. Ölkə başçısının Lavrovla görüşü zamanı bu ifadələrindən açıq aydın olur ki, Azərbaycan Kremlin regionda sülhdə çox da maraqlı gorünmədiyini, bu istiqamətdə hər hansi bir fəallıq, yaxud da rəsmi İrəvana bu kontekstdə hansısa təzyiq etmək istəmədiyinin fərqində olduğunu Rusiya XİN rəhbərinin nəzərinə çatdırdı və sərhədlərin delimitasiyası, eləcə də sülh məsələsi istiqamətində Moskvanın fəaliyyətindən Bakının narazılığını ifadə etmiş oldu.

Belə aydın oldu ki, Lavrovun Bakı səfərində çantasında əsas 3 məsələ yer alırdı:

◾️ Moskvanın Azərbaycan-Ermənistan məsələsində üzərinə götürdüyü sülh missiyasını, moderatorluğu Qərbdən qoparmaq

Lavrovun Bakı turnesinin əsas məqsədlərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi ilə bağlı məsələlərə təkan verməkdir. Əslində Lavrovun Bakı səfəri zamanı gözlənilirdi ki, əsas müzakirə predmeti sərhədlərin delimitasiyası ilə bağlı olacaq. Çünki Rusiya tərəfi son vaxtlar bu istiqamətdə fəal vasitəçilik missiyası həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Çünki son vaxtlar Avropa İttifaqının bu istiqamətdə fəallaşması müşahidə olunmaqdadır. Rəsmi Moskva isə sülh prosessinin onun nəzarətindən kənar həyata keçirilməsini özü üçün arzuolunmaz hesab edir. Ona görə də, bu məsələyə xüsusilə həssas yanaşdığından Rusiyanın vəziyyəti ələ alaraq moderatorluqda əsas tərəf kimi fəaliyyətini var gücü ilə davam etdirmək niyyətində kimi görünür.

Əslində Bakıya sərhədlərin delimitasiyası və sülh məsələsində kimin (Bunun Moskva, yaxud Avropa İttifaqı olmasının Bakı üçün bir fərqi yoxdur - red.) vasitəçilik etməsindən daha çox, praktiki addımların atılması istiqamətində keyfiyyətli işlərin görülməsi daha önəmlidir.

Rusiyanın fəal vasitəçilik mövqeyindən çıxış etməsi Azərbaycan üçün həm də ona görə vacibdir ki, bu ölkənin Ermənistan üzərində çox böyük təsir imkanları var. Yəni Rusiyanın prosesdə iştirakı Ermənistanın təxribat xarakterli manevr cəhdlərini əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da İrəvanın üzərinə götürdüyü öhdəlikləri qısa zamanda icra etməsinə imkan yarada bilər.

◾️ Azərbaycandan silah daşınması üçün tranzit yol kimi istifadə

Rusiya XİN rəhbərinin Bakı səfərindən öncə Tehrana getməsi bəzi maraqlı məqamlarla bağlı iddiaları artırır. Onun İran səfərinin əsas məqsədlərindən biri Rusiyanın vaxtilə istehsal edib, İrana satdığı hərbi texnikaları yenidən onlardan geri almaq variantı çox inandırıcı görünür. Çünki Ukrayna ilə müharibədə artıq Rusiya demək olar ki, silah-sursatının, hərbi texnikasının böyüjk bir hissəsini itirib. Hazırda Rusiyanın uzunmüddətli müharibə üçün yetəri qədər hərbi texnikasının olmadığı barədə məlumatlara istinad etsək, o zaman Lavrovun Tehran səfərinin Şərqi Avropaya silah daşımaq məqsədi güddüyünü ortaya atmış olur.

Ona görə də, Rusiya vaxtilə İrana satdığı həmin o silah, texnikaları yenidən alıb gətirmək niyyətindədir ki, bunu da İrandan çıxarmaq üçün Rusiyanın əsasən 2 yolu var. Azərbaycan ərazisindən keçməklə Xəzər dənizi vasitəsi ilə və Ermənistandan Gürcüstana, oradan da Rusiyaya...

Məhz bu səfər sonrası Moskva üçün ölüm-qalım məsələsi olan Ukrayna ilə müharibə fonunda Lavrovun birbaşa Bakıya gəlməsinin əsl səbəbini anlamaq çətin deyil. Amma görünür Lavrova Bakıda izah edildi ki, Azərbaycan heç vaxt bu münaqişənin tərəfi olmayacaq.
Ətraflı

Təbii ki, rəsmi Bakının bu barədə mövqeyi öncədən də aydın idi. Həm Ukrayna, həm də Rusiya bizim strateji partnyorlarımızdır. Rəsmi Bakı müharibənin ən qısa zamanda dayandırılmasının və iki dövlət arasında sülh körpülərinin qurulmasında maraqlıdır. Azərbaycan bunun reallaşması üçün özünün vasitəçilik imkanlarını ortaya qoya bilər.

Rəsmi Bakı yaxşı anlayır ki, İrandan Ukrayanadakı müharibəyə silah daşınması məsələsində Rusiyaya yol verilərsə, o ölkənin özü də Qərbin sanksiyalara məruz qalan dövlətlər siyahısında yer ala bilər. Hər iki konteksdə məsələyə baxsaq, Azərbaycan öz regionunda sülh istəyən əsas tərəf kimi, Ukrayna-Rusiya məsələsində də tez bir zamanda sülhə nail olunması istiqamətində ən maraqlı tərəflərdən biridir.

◾️ Moskvanın Cənubi Qafqazda 44 günlük müharibədən sonrakı vəziyyəti qaytarmaq niyyəti

Lavrovla Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun görüşü zamanı tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparmaqla yanaşı "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar.

Bununla da Moskva Ukrayna ilə müharibə məsələsində Rusiyanın apardığı savaşın tənqid olunmasının qarşısını almaq istəyir. Azərbaycan mediasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən açıq-aşkar materiallara ara verilməsi məqsədi güdür. Rəsmi Moskva yaxşı anlayır ki, Rusiyanın istər sülhməramlılarının Qarabağdakı "səhlənkarlığı", Azərbaycan əleyhinə Ruisya media qurumlarında bir qrup ermənipərəst propoqanda tərəfindən aparılan qarayaxmalar və Ukrayna ilə müharibə Azərbaycanda birmənalı qarşılanmır, bu, Rusiyanın nüfuzunu Azərbaycanda ciddi zərbə altında qoyub.

Heç şübhəsiz ki, bu məsələdə Bakının Moskvadan edəcəyi daha çox tələb və istəkləri var. Çünki Rusiyada bir neçə rusdilli saytımız bloklanması azmış kimi Rusiyannın "Ria Novosti" agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımladı ki, bu da Azərbaycanda ciddi haqlı narazılığa səbəb oldu.

Bakı bu sazişlə Rusiyanın dövlət nəzarətindəki media qurumlarının Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamasına, bir də elə xoşagəlməz halların təkrarlanmamasına çalışdı.

Amma təəssüf ki, Rusiya deyəsən qaş düzəltdiyi yerdə göz çıxarmağı, Bakını daha da qıcıqlandırmağı düşünür. Belə olmasaydı ermənipərəst səyyah və bloger Aleksandr Lapşinin qanunsuz yolla yenidən Azərbaycan ərazisinə gəlib, Qarabağda erməni terroçu Monte Melkonyanın abidəsini ziyarət edilməsinə şərait yaradılmazdı. Maraqlısı burasındadır ki, Lapşin Azərbaycan ərazisinə Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidən, onların blok-postlarından keçərək gedib.

Çox güman ki, Lapşin İrəvandan Xankəndinə gələn Ermənistan parlamentinin deputatları ilə bilrikdə Qarabağa gəlib. Yəqin ki, Qarabağa səfəri hazırlanmış bir səfərdir və bu səfərin Rusiya XİN başçısı Sergey Lavrovun Bakı səfəri ərəfəsində reallaşması nəinki təsadüfi deyil, hətta məqsədlidir. Çünki Qarabağda yerləşdirilinən Rusiya sülhməramlılarının Lapşini qanunsuz olaraq Azərbaycana buraxmasının başqa adı yoxdur.

Belə aydın olur ki, Rusiya Azərbaycanla müttəfiqlik, əməkdaşlıq haqqında nə qədər sənədə qol çəksə də, realda bunun tam əksini edir. Lapşini və erməni deputatları qanunsuz olaraq Xankəndinə buraxmaq Azərbaycana meydan oxumaqdan başqa bir şey deyil.

Bu azmış kimi Saqatelyan Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında min oyundan çıxır. Qarabağdakı ermənini qoydum bir kənara, Ermənistanın "Daşnaksütyun" partiyasının funksionerləri, qısacası Ermənistan vətəndaşları, revanşistlər Xankəndini, Xocalını, Əsgəranı, Xocavəndi gəzib, rayon-rayon Azərbaycan əleyhinə təbliğat aparır. Rusiya sülhməramlıları isə buna nəinki mane olmur, hətta onlara bunu etmək üçün münbit şərait yaradırlar.

Rusiyanın bu addımları kontingentin 5 ilin tamamında Qarabağdan çıxması məsələsini daha da aktuallaşdırır, bu məsələnin həyata keçməsi üçün Bakını tamamilə həmin istiqamətə fokuslayır.

Təhməz Əsədov
Milli.Az​

Oxunub: 723
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-06-2022, 16:33

Bakı və Moskva arasında RAZILIQ – Qarabağda mühüm dəyişiklik BAŞ TUTDU

Xəbərlər

21-04-2022, 15:22

Rusiya İrəvana ağır CƏZA KƏSDİ - Bakı Paşinyanın QƏRARINI GÖZLƏYİR

Xəbərlər

20-04-2022, 15:15

Rusiyadan Bakıya TƏHDİD MESAJI - Qarabağı poliqona çevrimək istəyirlər

Xəbərlər

31-03-2022, 18:51

Rusiyanın Qarabağ səhvi ona BAHA BAŞA GƏLDİ

Xəbərlər

16-12-2021, 13:54

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
Son xəbərlər
  • Bu gün, 15:04
    Sidikdə epitel nədir? Yüksəldikdə nə baş verir?
  • Bu gün, 12:38
    Əgər badımcan yeyirsinizsə... - Faydalı, yoxsa zərərli?
  • Bu gün, 09:06
    Ağciyəri təmizləyən bitki – EVKALİPT. Müalicəvi reseptlər
  • Dünən, 21:36
    İlk ginekoloji müayinə nə vaxt edilməlidir?
  • Dünən, 20:50
    İranlı deputat: İraq, Bəhreyn və Küveytdə quru əməliyyatlarına başlaya bilərik
  • Dünən, 19:13
    Qərbdən Rusiya ilə bağlı gözlənilməz etiraf
  • Dünən, 18:21
    Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb
  • Dünən, 17:24
    O, Ərdoğanın 30 illik taktikasını təkrarlayır – Türkiyənin yeni prezidenti olacaq?
  • Dünən, 16:11
    İsrailli nazirdən qalmaqallı açıqlama: Qəzzada yenidən yerləşəcəyik
  • Dünən, 15:39
    Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq
  • Dünən, 14:53
    Türkiyə ilə bağlı sensasion iddia: Növbəti 10 ildə nələr baş verəcək?
  • Dünən, 13:26
    Hörmüzə hücum olsa, Tehranı... - Tramp
  • Dünən, 12:47
    Ağciyər xərçənginin səssiz əlamətləri: çox zaman göz ardı edilir
  • Dünən, 11:40
    Azərbaycanda iş saatları dəyişir? – Yeni rejimlə bağlı vacib açıqlama
  • Dünən, 10:28
    İşğal edilən ərazilərimizi bombalayacağıq - İran
  • Dünən, 09:09
    Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər
  • 21-07-2026, 22:26
    6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
  • 21-07-2026, 21:42
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 21-07-2026, 20:58
    Bakını gizli görüş yeri seçən kimlərdir? - Prezident Berlin səfərindən öncə DSX-dən məlumat alıb
  • 21-07-2026, 19:11
    İsrail nəhəng bənd tikir, Qəzzanı iki yerə bölür
  • 21-07-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 21-07-2026, 17:20
    Qərbdən Zelenskiyə gözlənilməz təzyiq: “Bunu tezliklə həll et, əks halda…”
  • 21-07-2026, 16:07
    Türkiyədə idarəetmə sistemi dəyişir?
  • 21-07-2026, 15:24
    Hamiləlikdə ödem: Normal hal, yoxsa xəbərdarlıq siqnalı?
  • 21-07-2026, 14:48
    Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Merts bu yolla nəyə nail olmağa çalışır?
  • 21-07-2026, 13:15
    Onlar Paşinyana qarşı hərəkətə keçdilər: Ermənistan parlamenti boş qala bilər
  • 21-07-2026, 12:33
    Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
  • 21-07-2026, 11:33
    Neftlə bağlı xəbərdarlıq: Cəmi bir neçə gün ərzində bu qiymətə ola bilər
  • 21-07-2026, 10:17
    İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
  • 21-07-2026, 09:07
    İsti havalarda susuzluğun qarşısını alan 8 qida
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə