• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
Baş ağrıları qan qatılaşmasından ola bilər
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı və Moskva arasında RAZILIQ – Qarabağda mühüm dəyişiklik BAŞ TUTDU

Xəbərlər

11-06-2022, 16:33

Bakı və Moskva arasında RAZILIQ – Qarabağda mühüm dəyişiklik BAŞ TUTDU


Postmünaqişə dövrünün Rusiya-Ukrayna müharibəsinə təsadüf etməsi rəsmi Bakının bəzi məsələlərdə Moskvanın mövqeyini daha tez öyrənməsini və ona uyğun anında qərar verməsi məsələsini asanlaşdırdı. Təkcə son proseslərə nəzər salsaq, bu məsələnin nə qədər həqiqəti əks etdirdiyini anlamaq çətin deyil.

Belə ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ankaranın ardınca İrəvana getməsi Ukrayna ilə müharibə fonunda arxa plana düşən Ermənistanla Azərbaycan arasında sülh danışıqları və sərhədlərin delimitasiyası məsələsində moderatorluq fəaliyyətlərini gücləndirmək, prosesləri daha yaxından təqib etmək baxımından Moskva üçün olduqca əhəmiyyətli idi.

Amma Lavrov İrəvana çatar-çatmaz Azərbaycan ordusunun Fərruxdan çəkilməsi sualına “sonra müzakirə ediləcək” deyərək çox uğursuz bəyanatla yadda qaldı. Azərbaycan XİN-dən Moskvaya verilən nota dərhal bəyanatda dəyişikliklə müşahidə edildi ki, bu sürətlə Bakı Rusiya tərəfinin hansısa yanlışını düzəltdiyinə şahid olduğunu xatırlamıram.

Lakin daha bir neçə gün əvvələ getsək, görərik ki, Rusiya son zamanlar Azərbaycana qarşı təxribatlara bir qədər artıq meyil göstərir. Hələ də yaddan çıxmayan “Ria Novosti” təxribatı var ki, məhz qondarma separatçı rejimin saxta “naziri” Artak Beqlaryanla müsahibəni saytında dərc etdiyi üçün Azərbaycan höküməti Rusiyanın dövlət agentliyinin fəaliyyətini ölkədə blokladı.

Lavrovun sözügedən təxribatyönlü açıqlamasından çox keçmədən rəsmi Bakıdan etiraz bəyanatına Rusiya XİN-in düzəliş etməsi deməyə əsas verir ki, şimal qonşumuz, yeni müttəfiqimiz artıq Azərbaycanda yaratdıqları qıcığın, təxribatın onların nüfuz dairəsini nə qədər zəiflətdiyini hiss etməyə başlayıblar – istər dövlət səviyyəsində, istərsə də ictimai rəylərdə.

Görünür elə bu səbəbdəndir ki, “Ria Novosti” Artak Beqlaryanla müsahibəni dünəndən etibarən saytından silib. Nəzərə alsaq ki, Lavrovun da səhvini düzəltdilər, üstəlik Azərbaycana qarşı növbəti təxribat olan Rusiya Mədəniyyət Nazirliyinin erməni rəssamın “Dağlıq Qarabağın sirləri” sərgisinin adından Qarabağ sözünü çıxartması məsələsi bu deyilənlərin növbəti təsdiqidir.

Rusiyanı Azərbaycana qarşı buraxdığı bu ciddi səhvlərə yenidən baxmasının digər səbəbi isə Moskvanın belə davranışlarla öz ayağına sıxdığının əksinə olaraq Qərb və ABŞ-ın Cənubi Qafqazda mövqe savaşında Moskvadan bir addım önə keçməyi bacarmasıdır. Belə məlum olur ki, Moskva Bakını qıcıqlandırmaqla indiki məqamda xüsusilə heç nəyə nail olmayacağını hiss edir. Rusiyanın səhvləri fonunda Qərb və ABŞ-ın Bakı və İrəvanla çoxalan təmasları isə ümumilikdə Cənubi Qafqazın Rusiyanın orbitindən çıxması ilə nəticələnmək ehtimalını sürətlə artıran məqamdır.

Nəzərə alsaq ki, Ermənistanda Paşinyan əleyhinə aksiyalar artıq səngiyib və bu aksiyaların arxasında məhz Rusiya amili dayanırdı, üstəlik bunun fonunda ABŞ XİN-nin köməkçisi Cənubi Qafqaza səfər etməyə hazırlaşır, əlavə sözə eghtiyac yoxdur. Dümək ki, Rusiyanın Paşinyana, Ermənistan iqtidarına növbəti təzyiqi də işinə yaramadı. Regiona səfəri 14 iyunda başlayacaq ABŞ XİN-nin köməkçisi Karen Donfridin Bakıya gəlmə tarixi 15-16 iyun, İrəvana isə 18 iyunda səfər edəcəyinə diqqət yetirsək, anlamış olarıq ki, ABŞ çox yaxşı bilir ki, Rusiya Azərbaycana qarşı böyük səhvlər buraxmaqda davam edir.

Bu məqamdan yararlanmaq istəyən “super” güc, regionun açar dövləti olan Azərbaycanı inandırmağa çalışacaq ki, sona qədər sülh prosesini, Azərbaycanın ərazi bütövlüyünə dəstəkləyəcək.

Buradan da Rusiyanın son səhvləri ilə bağlı etdiyi düzəlişlərin səl səbəbi üzə çıxmış olur. Bir daha aydın olur ki, Moskva bütün bunları xoşluqla etmir, Bakının tələbi qarşısında etməyə məcbur olur. Lakin bu cür təxribatlara yol verilməsi, ardınca edilən düzəlişlərin əsas bir hədəfi var:

Rusiya Azərbaycanın “əsəblərini yoxlayır”, müqavimətinin hara qədər ola biləcəyini sınayır. Hər şey də məhz bu müqavimətin davamlılığına bağlıdır. Gah Bakıya “separatçıları legitimləşdirə də bilərik” mesajı verən, gah da “separatizmin və təxribatın olmaması üçün Moskvanın mövqeyi nəzərə alınmalıdır” demək istəyən Moskva belə görünür ki, indiki vəziyyətdə Ukrayna cəbhəsindən Qarabağa yönəlmək məsələsində ciddi çətinliklə üzləşir.

Bakı isə ələ düşən bu fürsətdən maksimum yararlanmaq niyyətindədir. Çox güman ki, Azərbaycan gələn ilin yazından sonra tikintisi davam edən Laçın dəhlizinə alternativ yolun tamamlanmasından sonra Laçın ərazisində həm erməni silahlılarının, həm də sülhməramlı kontingentin ömrünün bitməsini hədəfləyir. Çünki geridə qalan 1 il 7 aydan çox müddətdə kontingent sülhməramlı statusuna tamamilə zidd davranışları ilə yadda qaldı və hələ də öhdəliklərinə düşən üçtərəfli bəyanatın bir çox bəndlərini cira etməyiblər.

Azərbaycan Laçın dəhlizinə alternativ yolun çəkilişini məhz bu səbəbdən sürətli şəkildə, tam gücü ilə davam etdirir. Bakı qısa zamanda sülhməramlıların və qanunsuz erməni silahlıların həmin əraziləri tərk etməsi məqsədilə alternativ yolu qarşı tərəfə təhvil verərək, Laçında Ordusunun buradakı mövqelərdə tamamilə qərarlaşmasını təmin etmək niyyətindədir.

Hadisələrə ümumi nəzər yetirdikdə belə görünür ki, Qarabağ separatçıları və Ermənistan hakimiyyəti Rusiyanın mövqeyindən məmnundur. Amma Rusiyanın özünün də kiminsə mövqeyindən məmnunluğa ehtiyacı artır. BUna görə də erməni tərəfi Moskvadan hansı əmrin gələcəyini gözləmədən üzərinə götürdükləri öhdəlikləri vaxt itirmədən tam yerinə yetirməyə çalışmalıdır. Çünkü Paşinyan hakimiyyəti imza atdığı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındığına görə Azərbaycan da birgə bəyanatın şərtlərinin yerinə yetirilməsi barədə öhdəliklərindən imtina edə bilər. Ardına gəldikdə isə Ermənistan ən “təcrübəlisidir” – Başına gələn başmaqçı olar… /Milli.az/

Oxunub: 1 485
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-06-2022, 14:45

Moskva və Vaşinqtonun Qarabağda “nüfuz müharibəsi” GENİŞLƏNİR

Xəbərlər

7-06-2022, 18:12

Türkiyə və Rusiya arasında razılıq ƏLDƏ EDİLDİ – Rus hərbi gəmiləri…

Xəbərlər

17-05-2022, 18:25

Ukrayna heç kimə lazım deyil - Lavrov

Xəbərlər

21-04-2022, 15:22

Rusiya İrəvana ağır CƏZA KƏSDİ - Bakı Paşinyanın QƏRARINI GÖZLƏYİR

Xəbərlər

12-10-2021, 02:08

Putindən Azərbaycan ordusunun GERİ ÇƏKİLMƏSİ İSTƏYİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
Son xəbərlər
  • Dünən, 22:54
    Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
  • Dünən, 21:28
    Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
  • Dünən, 20:30
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • Dünən, 19:43
    ABŞ KAAN üçün hərəkətə keçdi - Maneələr aradan qaldırılır
  • Dünən, 18:16
    Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
  • Dünən, 17:34
    İsrail ilk dəfə açıqladı - “İrana qarşı əməliyyata bu ölkədə hazırlaşmışdıq”
  • Dünən, 16:22
    Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
  • Dünən, 15:47
    Baş ağrıları qan qatılaşmasından ola bilər
  • Dünən, 14:10
    Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib
  • Dünən, 13:51
    Ukrayna məhv edir: Rusiya Qazaxıstandan kömək istədi
  • Dünən, 12:29
    Təzyiq dərmanını nə vaxt içməli - səhər, günorta, yoxsa axşam?
  • Dünən, 11:15
    Kartlardan silinən vəsait: Bank onu qaytarmağa borcludur?
  • Dünən, 10:03
    Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
  • Dünən, 09:05
    Səhər qəhvəni zəncəfilli çayla əvəz edin
  • 24-06-2026, 22:27
    Dünyanın ən qədim oteli: 1300 ildir işləyir...
  • 24-06-2026, 21:39
    Ürəyi qəfil dayanan gənclərdə bu mineral çatışmır?
  • 24-06-2026, 20:30
    NATO-nun baş katibinin 3 ƏSAS HƏDƏFİ - Onu buna görə vəzifəyə gətiriblər
  • 24-06-2026, 19:27
    Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
  • 24-06-2026, 18:25
    Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
  • 24-06-2026, 17:22
    Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə
  • 24-06-2026, 16:19
    Türküstan xəritəsində BÖYÜK DƏYİŞİKLİK - İki kənd təhvil verildi, əvəzində...
  • 24-06-2026, 15:41
    Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
  • 24-06-2026, 14:08
    Maaş və sosial ödənişlərdə artım olacaq?
  • 24-06-2026, 13:13
    Fars körfəzində gəmilərin təxliyəsinə başlanıldı
  • 24-06-2026, 12:29
    Bud-çanaq ağrısı hansı səbəbdən yaranır? Bud-çanaq ağrısı müalicəsi necədir?
  • 24-06-2026, 11:33
    Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!
  • 24-06-2026, 10:44
    Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək
  • 24-06-2026, 09:04
    Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
  • 23-06-2026, 22:39
    Eyni adamı dəfələrlə yuxuda görmək nə deməkdir?
  • 23-06-2026, 21:22
    Keçəlliyə çarə MİN illik bitkidən gəldi: Saç follikullarını yenidən aktiv böyüdə bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə