• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi
Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə…
Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
Ən ideal cütlük olan bürclər
Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
Niyə unutqanlıq bu qədər yayılıb?
Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı
Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə

Xəbərlər

6-06-2022, 09:21

Bəşəriyyət ərzaq böhranı ilə üz-üzə


Dünya Bankının hesabatına görə, ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşması 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkəyə zərər vurub. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi bağları olan ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək.

Üç aydan artıqdır ki, davam edən Ukrayna – Rusiya müharibəsi hər iki xalqa ölüm və fəlakət gətirməklə yanaşı, kəskin iqtisadi, siyasi problemlərə, ərzaq böhranı və yoxsulluğa səbəb olub. Və bu problem regionu deyil, bütün dünyanı əhatə etməkdədir. Əksər ekspert və analitik mərkəzlərin gəldiyi qənaət budur ki, müharibə uzanacağı təqdirdə, kənd təsərrüfatı istehsalı azalacaq və nəticədə ərzaq böhranı baş verəcək.

Artıq BMT və Avropa İttifaqı və digər qurumlar xəbərdarlıq edib ki, müharibə Yaxın Şərq və Afrikada ərzaq böhranı yarada bilər. Səbəb də odur ki, Misir, Livan, Liviya, Somali, Sudan və Yəmən də daxil olmaqla, bir çox ölkə buğdanın təxminən yarısını Ukrayna və Rusiyadan alır. Tək bir faktı deyək ki, Ukraynanı Avropanın “çörək səbəti” adlandırırlar. Ukrayna ərazisinin 70 faizi münbit torpaqlardan ibarətdir və onun 32 milyon hektar əkin sahəsi var. Bu nisbət də bütün Avropanın əkin sahələrinin 1/3 hissəsinə bərabərdir. Rusiya Ukrayna limanlarını bağlayır, demək olar ki, tamamilə idxaldan asılı olan Misir kimi ölkələrdə sürətlə defisit yaradır və qiymət artımına səbəb olur. Məsələn, Ukrayna buğdasını dünyanın ən böyük idxalçıları Misir (3,4 milyon ton), İndoneziya (2,8 milyon ton), Türkiyə (1,6 milyon ton), Pakistan (1,4 milyon ton) və Mərakeş (1 milyon ton) alır. Çin kimi dövlət Ukraynadan 8 milyon ton qarğıdalı alır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022-ci ildə Ukraynada taxıl yarıbayarı azalacaq. Nəticədə, Ukraynadan taxıl ixracı 24 milyon ton azalacaq ki, bunun da 10 milyon tonu buğda olacaq.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Pivə də bahalaşırsa...

Taxılın dünya qiyməti 50 faiz artıb və rekord həddə yaxınlaşır. Qarğıdalı 32, soya 26 faiz bahalaşıb. Bundan əlavə, enerji resursları da bahalaşır. Enerji resurslarının qıtlığı isə öz növbəsində təbii qazın istehsalında istifadə olunan avadanlıqların bahalaşması səbəbindən ərzaq inflyasiyasını sürətləndirir. Ərzaq, yanacaq və gübrə qiymətləri qalxır, tədarük zəncirləri pozulur. İş o yerə çatıb ki, pivənin də qiymətinin artacağı bildirilir. Çexiyada yerli pivə istehsalçıları iyunun əvvəlindən pivə qiymətlərində 10 faiz artım vəd edir. Çexiyanın əsas ixrac məhsullarından biri olan pivənin qiymətinin artmasının əsas səbəblərindən biri həm də səməni və mayaotunun bahalaşmasıdır.

“Taxıl OPEC”i yaradılır?

Belə bir durumda Aİ bəyan edib ki, Rusiyanın tarlaları bombalaması, buğda dolu gəmilərə limanlardan çıxmağa imkan verməməsi ölkə sərhədlərindən kənara təhdid yaradır. Bu, həm də qlobal iqtisadiyyatın koronavirus pandemiyasından sonra dirçəlməyə çalışdığı bir məqamda baş verir. Rəsmi Kiyev isə çıxış yolunu dünyanın əsas taxıl ixracatçılarının - ABŞ, Kanada, Braziliya, Argentina, Ukrayna və Aİ-nin taxıl ixrac edən ölkələrinin təşkilatını yaratmaqda görür. Hazırda “Taxıl OPEC”inin yaradılması ilə bağlı danışıqlar aparılır. "Biz istəyirik ki, dünyanın əsas taxıl ixracatçıları - ABŞ, Kanada, Braziliya, Argentina, Ukrayna, Aİ - dünya bazarında öz maraqlarını qorumaq üçün birləşsin" - deyə Ukrayna kənd təsərrüfatı siyasəti nazirinin müşaviri Markian Dmitraseviç bəyan edib. “Rusiya qlobal buğda bazarına nəzarəti ələ keçirib və Qərbi Ukrayna ətrafında saxta taxıl böhranı yaratmaqda ittiham edir”, - deyə “Times” yazır: “Putinin 2024-cü ildə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracını 50 faiz artırmaq göstərişi yerinə yetiriləcək. Putin müharibəyə başlayanda Ukraynanı tezliklə tutacağını və Qərbi parçalayacağını düşünürdü. Lakin indiyə qədər onun ən böyük qələbəsi, əminliklə demək olar ki, buğdada olub. Rusiyanın Qara dənizdəki limanları blokadaya alması iqtisadiyyata böyük zərbə vurub. 20 milyon tondan çox buğda Ukrayna ticarət gəmilərində çürüyür. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiya qlobal taxıl bazarındakı kəsiri öz məhsulunu daha yüksək qiymətə satmaqla doldurmaqdan çox məmnundur”.

Rusiyanı dayandırmaq üçün 3 prioritet

Öz növbəsində Ukraynanın keçmiş baş naziri Vladimir Qroysman hesab edir ki, bu gün Putin qlobal aclığa səbəb olan əsas fiqurdur. Fikrini də belə əsaslandırır: "Hər il Ukrayna 80 milyon tona yaxın taxıl istehsal edir. Ukraynanın, təxminən 20 milyon ton taxıla ehtiyacı var. Qalanını ixrac edir. Bu, demək olar ki, 500 milyon insan üçün kifayət idi. Deməli, bundan sonra da problemlər olacaq və nəticələr təkcə Ukraynaya deyil, həm də digər ölkələrə də təsir edəcək”. Siyasətçi vurğulayıb ki, Putini hər vasitə ilə dayandırmaq demokratik dünyanın prioritetidir. "Bizim üç prioritetimiz var: Rusiyanın hərbi potensialını məhv etmək, Rusiya iqtisadiyyatını nokauta salmaq, üçüncü, ölkələrdən istənilən yardımı dayandırmaq. Bu, demokratik dünyanın bütün ölkələrinə Putin rejimini məhv etməyə imkan verəcək", - siyasətçi vurğulayıb.

Böhran kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər

Ukraynada müharibənin yaratdığı və ya şiddətləndirdiyi ərzaq, yanacaq, maliyyə böhranları daha kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər. Həmçinin hazırkı vəziyyət 70-dən çox ölkədə defolta səbəb olmaq təhlükəsi yaradır. Dünya Bankının hesabatına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda iqtisadi tənəzzülün dəqiq miqyası müharibənin müddətindən və intensivliyindən asılı olacaq. Xatırladaq ki, Ukraynada yoxsulluğun 1,8 faizdən 19,8 faizə qədər yüksələ biləcəyinə dair proqnozlar da var. Ümumilikdə iqtisadi qurumlar ərzaq qiymətləri, enerji daşıyıcıları və gübrənin bahalaşmasına görə 1,2 milyard insanın yaşadığı 74 inkişaf etməkdə olan ölkənin zərər çəkdiyini bildirib. Amma bu da dünya üçün iqtisadi təhdidlərin sonu deyil. Rusiya və Ukrayna ilə sıx iqtisadi-ticari bağları olan ölkələr, özəlliklə də qonşu ölkələr maliyyə, turizm, ticarət sahələrində əlavə təzyiqlərlə üzləşəcək. Ərzaq və yanacaq qiymətlərinin bahalaşması Afrikada, Cənubi Amerikada, Qafqazda, Mərkəzi Asiyada və Yaxın Şərqdə sosial gərginliyə, siyasi sabitliyin pozulmasına, bəzi ölkələrdə isə aclığa səbəb ola bilər.

Oxunub: 592
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

18-05-2022, 19:39

Dünya ACLIQLA üz-üzə: Ərzaq uğrunda MÜBARİZƏ BAŞLADI

Xəbərlər

17-04-2022, 16:00

BMT-dən HƏYƏCAN TƏBİLİ: Bu, qlobal ərzaq fəlakətinə SƏBƏB OLACAQ

Xəbərlər

1-04-2022, 14:23

Rusiya yalnız dost ölkələrə ərzaq satacaq

Araşdırma

11-01-2022, 22:55

BMT dünyada ərzaq məhsulların nə qədər bahalaşdığını AÇIQLADI

Xəbərlər

10-09-2020, 19:00

Dünya qida böhranı təhlükəsi ilə üz-üzə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi
Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə…
Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
Son xəbərlər
  • Bu gün, 15:26
    Soyuq havalarda dəridə səpgilərin yaranmasının səbəbi
  • Bu gün, 13:58
    Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə…
  • Bu gün, 12:28
    Ayaqlardakı sağalmayan yaralar nədən xəbər verir?
  • Bu gün, 11:01
    Qardaş ölkədə silahlı hücum: 11 polis öldü
  • Bu gün, 10:26
    Moskvadan Bakıya qarşı daha bir addım: Putin sözünü tutmadı
  • Bu gün, 09:03
    Təhlükəli xəstəliklərdən qoruyan – Ucuz çay
  • Dünən, 22:19
    Ən ideal cütlük olan bürclər
  • Dünən, 21:07
    Ayaqları yuxarı qaldırmaq ürək üçün faydalıdır
  • Dünən, 20:46
    Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi
  • Dünən, 19:14
    İranda rejim süqut edərsə, ABŞ hakimiyyətə kimi gətirəcək? - Təfərrüat bəlli oldu
  • Dünən, 18:14
    Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur
  • Dünən, 17:27
    Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
  • Dünən, 16:52
    Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi
  • Dünən, 15:24
    Niyə unutqanlıq bu qədər yayılıb?
  • Dünən, 14:19
    Pəhləvi meydana çıxdı, Qraham bayraq qaldırdı – Münxendə İran mesajı
  • Dünən, 13:32
    Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi
  • Dünən, 12:25
    Qızdırma və öskürəyə diqqət: Xəstəxanaya nə vaxt getməlisiniz?
  • Dünən, 11:03
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Dünən, 10:32
    Prezidentdən İrəvana açıq mesaj: sülh üçün şərt qoydu – Ermənistanın cavabı…
  • Dünən, 09:04
    Qorxunc trombları parçalaya biləcək – Aspirin təsirli qidalar
  • 16-02-2026, 22:35
    Çörək otunun hansı faydaları var?
  • 16-02-2026, 21:38
    Alzheimer xəstəliyində yaddaş itkisini yavaşlatmağın yeni yolu tapıldı
  • 16-02-2026, 20:49
    19 azərbaycanlı quru yolu ilə Ermənistana keçdi – İrəvandan mesaj
  • 16-02-2026, 19:09
    Çin Rusiyaya qarşı çıxmayacaq – Lukaşenko
  • 16-02-2026, 18:30
    Sarı dişləri ağartmağın yolları
  • 16-02-2026, 17:35
    ABŞ Maduronu ələ keçirmək üçün bu qədər xərcləyib – Şok məbləğ
  • 16-02-2026, 16:13
    Azərbaycan hər il bu dəhlizdən neçə milyard qazanacaq?
  • 16-02-2026, 15:14
    Qan artıran qidalar, meyvələr və digər vasitələr
  • 16-02-2026, 14:53
    İrandan neft daşıyan tankeri ƏLƏ KEÇİRİLDİ
  • 16-02-2026, 13:30
    Netanyahu və Tramp razılaşdı: İrana qarşı Çin planı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə