• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
Sümükləri möhkəmləndirən qidalar
Bakıda yağış yağacaq - Bu tarixdə
Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıya kritik səfərlərin pərdəarxası AÇIQLANDI – İrəvanın son ümidi BASDIRILIB

Xəbərlər

29-04-2022, 14:58

Bakıya kritik səfərlərin pərdəarxası AÇIQLANDI – İrəvanın son ümidi BASDIRILIB


“Kiçik bacı” Ermənistana daha bir zərbə – Minsk Qrupunun “tabutu”na axırıncı mismarı Fransa vurdu; Ermənistan şokda və xofda…

Başa çatmaqda olan həftə ölkəmizə Rusiya, Qərb və NATO-dan yüksək çinli şəxslərin, diplomat və yetkililərin çoxsaylı səfərləri ilə yadda qaldı. Onların arasında ATƏT-in Minsk Qrupunun Rusiya və ABŞ-dan olan sabiq həmsədrləri – İqor Xovayev və Endrü Şofer də var idi. Lakin bu dəfə amerikalı və rusiyalı diplomatlar tam yeni statusda, həmçinin ayrı-ayrılıqda Bakıya ziyarət elədilər və Azərbaycan rəhbərliyi tərəfindən qəbul olundular.

Təbii ki, müstəsna olaraq Bakının masaya yatırdığı gündəlik çərçivəsində aparılan müzakirələrdə heç bir “status” söhbəti getmədi. Gözlənildiyi kimi, danışıqlarda əsas vurğu Azərbaycanla Ermənistan arasında məlum 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasının zəruriliyinə salındı…

*****

Qeyd edək ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da analoji missiya ilə aprelin 28-29-da Bakıda səfərdə olacaq. Bakıdan qabaq o, İrəvan və Tiflisdə müzakirələr aparıb. Gələn həftə isə Minsk Qrupunun Fransadan olan sabiq həmsədri, hazırda “Şərq tərəfdaşlığı” üzrə səfir Bris Rokfey Azərbaycana gələcək. Bununla bağlı Fransa XİN-in yaydığı açıqlamada deyilir. Məlumatda cənab Rokfey elə bu cür təqdim olunur – “Şərq tərəfdaşlığı” üzrə səfir.

“Bu, onun aprelin 11-də İrəvandan başlayan regional səfərinin davamı olacaq. Rəsmi Paris Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birbaşa dialoqu və iki ölkənin sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın yaradılması və sülh müqaviləsinin bağlanması qərarını alqışlayır. Fransa bu prosesi dəstəkləmək niyyətindədir”, – deyə Fransa XİN-in açıqlamasında bildirilir.

Buradaca zəruri haşiyə çıxıb prinsipial bir detalı vurğulayaq ki, xüsusi nümayəndə və ya xüsusi səfir missiyası heç də vasitəçilik demək deyil. Çünki vasitəlik üçün hər iki tərəfin razılığı mütləq şərtdir. Necə ki, Bakı Minsk Qrupuna və onun həmsədrlərinə belə bir razılığı vermişdi, 2-ci Qarabağ müharibəsindən sonra isə bundan imtina elədi.

Yəni Ermənistan və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, Azərbaycan istəməsə, MQ heç vaxt “dirilə” bilməz. Danışıqlar üzrə xüsusi nümayəndə, yaxud səfirləri isə vasitəçi deyil, BMT və ya ATƏT tərəfindən görəvləndirilməyiblər, belə bir vəzifələri də yoxdur və Bakı hər an onların “xidməti”ndən imtina edə bilər…

*****

Təəssüf ki, Ermənistan rəsmiləri sülhə real töhfə vermək əvəzinə, hələ də “bəlkə də qaytardılar” çürük fəlsəfəsi ilə, yanlış ümidlər və xam xəyallarla yaşayır, özlərinə yenə “murdar” olmuş Minsk Qrupu ilə təsəlli verirlər. Növbəti dəfə bu xüsusda Ermənistan parlamentinin sədri Alen Simonyan “parlayıb”.

Erməni spiker srağagün İrəvanda ATƏT/DTİHB-in Müşahidəçilər Missiyasının rəhbəri Yohan Merfi ilə görüşdə deyib: “Qarabağ münaqişəsinin həlli ”artsax”ın statusunun aydınlaşdırılmasını da özündə ehtiva eləməlidir. Regionda sülhə yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə nail olmaq mümkündür. Bu da xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi əsasında “artsax”ın statusunun aydınlaşdırılması yolu ilə reallaşa bilər”.

“Dağlıq Qarabağ münaqişəsi”, “yekun status”, “öz müqəddəratını təyinetmə”… Az öncə analoji iddialarla baş nazir Nikol Paşinyan çıxış eləmiş, hətta Minsk Qrupunun həmsədrlik institutunun hələ də mövcud olduğundan dəm vurmuşdu. Nostalji anlaşılandır. Bəllidir ki, məhz ermənipərəst mövqeli MQ-nin formatında üç həmsədr ölkə İrəvanın beynəlxalq hüquqa zidd tələblərinə uzun on illər dəstək olub, işğalı legitimləşdirməyə çalışıb.

Amma daha MQ yoxdur. Minsk Qrupu – kaput! Onun “tabutu”na son mismarı isə nə qədər qəribə olsa da, Ermənistanı özünə kiçik bacı sayan Fransa vurası oldu.

Bunu da yada salaq ki, az öncə N.Paşinyan beynəlxalq birliyin ondan “Dağlıq Qarabağın statusu ilə bağlı tələbi aşağı salmağı” istədiyini açıqlamışdı. Yəni beynəlxalq birlik də “status” qatarının getdiyini artıq qəbul edir. O zaman İrəvan rəsmilərinin davam edən həşirinin adı, görəsən, nə?

*****

Simomyanın bəyanatına gəlincə, sözsüz ki, Ermənistan rəhbərliyinin bu qəbildən səngiməyən təxribatçı, həyasız bəyanatları, avantürist və riyakar mövqeyi İrəvanın guya Bakının 5 prinsipi qəbul eləməsi haqda bəyanatına daban-dabana ziddir. Çünki bununla ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiklərini bir daha təsdiqləyirlər. Bu, əlbəttə ki, eyni zamanda İrəvan tərəfindən vaxtı uzatmağa və kövrək sülh prosesini pozmağa hesablanıb.

Hələ harasıdır, Ermənistan yetkililəri belə görünür daimi sülhə yox, müharibəyə xidmət edən bu cür riskli və mənasız bəyanatlarla yanaşı, sülh əleyhinə praktik addımlar atmağa hazırlaşırlar – “dəmir yumruğu” unudaraq.

Məsələn, xəbər yayılıb ki, Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirməyə hazırlaşır. Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Nəşrin yazdığına görə, birgə iclasın cümə günü, yəni aprelin 29-da baş tutacağı gözlənilir.

“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Lakin bu o anlama gəlmir ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”, – qəzet iddia edib.

Xatırladaq ki, Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirib. O zaman sülh danışıqlarına son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri isə bəlli deyil. İstisna deyil ki, Paşinyan həm də ölkə daxilində özünə qarşı gərginliyi azaltmaq üçün və Xankəndinə gedə bilmədiyi üçün iclası İrəvanda keçirsin…

*****

Bütün hallarda növbəti belə təxribatçı addım bölgədə gərginliyi kritik həddə artıracaq, sülh danışıqlarını bir az da mənasız duruma gətirəcək və ən önəmlisi, Bakının səbir kasasını doldurmaqla ona Qarabağda antiterror əməliyyatına başlamaq üçün çox güclü arqument verəcək…

Analitik xidmət,
“Yeni Müsavat”

Oxunub: 744
Paylaş:
Digər xəbərlər

Xəbərlər

22-04-2022, 08:05

Fransadan son dəqiqə QARABAĞ AÇIQLAMASI – Lavrov belə SUSDURULDU

Xəbərlər

19-04-2022, 13:18

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalanacaq" – AÇIQLAMA

Xəbərlər

18-04-2022, 20:40

Mariya Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI

Xəbərlər

12-11-2021, 14:43

Rusiya Qarabağda vəziyyəti GƏRGİNLƏŞDİRMƏK İSTƏYİR: Moskvanın Xankəndi ilə bağlı planı budur - ŞƏRH

Xəbərlər

17-02-2021, 00:47

Minsk qrupundan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: BU GÜN...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
Zelenski Azərbaycana təşəkkür etdi
İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
Son xəbərlər
  • Dünən, 22:22
    Diqqəti maqnit kimi özünə çəkən 3 bürc
  • Dünən, 21:34
    Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları
  • Dünən, 20:57
    Zelenski Azərbaycana təşəkkür etdi
  • Dünən, 19:35
    İspanlar Mərakeşi ittiham edir: Miqrantlarla hökumətə təzyiq göstərir
  • Dünən, 18:17
    Dırnaqlardakı bu xətlər ürək problemlərini göstərə bilər
  • Dünən, 17:10
    Rusiya qalib gələrsə, Putin xalqa görün nə paylayacaq
  • Dünən, 16:03
    Bakıdan tarixi müdaxilə: Netanyahu son anda dayandı – Prosesin gizlinləri
  • Dünən, 15:44
    Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
  • Dünən, 14:26
    NATO-dan iki postsovet ölkəsinə pis xəbər – Gözlənilən olmadı
  • Dünən, 13:48
    Paşinyan bu 6 nəfəri öz tərəfinə çəkir – Bakı hansı qərarı verəcək?
  • Dünən, 12:33
    Sümükləri möhkəmləndirən qidalar
  • Dünən, 11:39
    Bakıda yağış yağacaq - Bu tarixdə
  • Dünən, 10:41
    Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq
  • Dünən, 09:08
    Bu 3 içki bədəndə suyu daha uzun saxlayır
  • 5-08-2026, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • 5-08-2026, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • 5-08-2026, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • 5-08-2026, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • 5-08-2026, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • 5-08-2026, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • 5-08-2026, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • 5-08-2026, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • 5-08-2026, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • 5-08-2026, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • 5-08-2026, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • 5-08-2026, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • 5-08-2026, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • 5-08-2026, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə