• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Fərruxda oğlu itkin düşən ana: “Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir”

Xəbərlər

1-04-2022, 15:33

Fərruxda oğlu itkin düşən ana: “Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir”


Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

Fərrux yüksəkliyində itkin düşən hərbçilərdən biri də Zaqatala rayon sakini Mehman Eminov olub.

O, 1974-cü il martın 1-də Zaqatalada anadan olub. Məktəbi bitirdikdən sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunun arıçılıq şöbəsini bitirib.

M.Eminov könüllü olaraq Ağdam rayonunda vuruşub, topçu olub. 1993-cü il yanvarın 25-də Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Onun anası Fatma Mirzəyeva Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, son dəfə oğlunu 1993-cü il yanvarın 12-də görüb:

“Oğlum döyüşə həvəslə gedib. Biz onunla Fərrux yüksəkliyinin yaxınlığındakı Seyidlər kəndində görüşdük və bir gecə onun yanında qaldıq. Çox çətin vəziyyət idi və uzun müddət oğlumu gözlədik. Mehman gələnə kimi ona apardığım ərzağı əsgərlərə payladıq və oğluma bir ovuc yemək qaldı.

Mehman gecə gəldi və gülə-gülə: “Ana, əsgərlər mənə gətirdiyin ərzağı yeyiblərsə, elə bil ki, mən yemişəm”, - dedi. Son dəfə onunla Seyidlər kəndində, məktəblərin birində birlikdə qaldıq. Oğlumun əynində köhnə paltar və ayaqqabı var idi. Soruşdum ki, ay oğul, bunları niyə geyinmisən? Dedi ki, ölən dostunun paltar və ayaqqabısıdır.

Mən özüm komandirə yalvardım ki, oğlumun nənəsi xəstədir, ona icazə versinlər ki, bir neçə gün evimizdə qalsın. Mənə dedilər ki, yanvarın 24-dən sonra ona icazə verəcəklər. Mehmana yalvardım ki, gəl qaçaq, bizimlə gedək. O mənə dedi ki, Vətən üçün, sizin üçün vuruşuram, siz gedin. Biz də oradan çıxıb evə gəldik.

Yanvarın 24-də döyüş oldu. Sabahı gün televizorda xəbər verildi ki, Fərrux dağı düşmən tərəfindən ələ keçirildi. Balaca qızım, oğlum və mən şok vəziyyətdə qalmışdıq. İllərcə şokda oldum. O qədər onu axtardım ki... (ağlayır). Oğluma icazə verməyən komandirə dedim ki, hanı oğlum? O da mənə dedi ki, oğlun səkkiz nəfərlə birlikdə Fərruxda qalıb”.

Gözüyaşlı ana hələ də oğlunun itkin düşməsini qəbul etmir:

“Oğlumun gələcəyinə indi də ümidim var. Hər gün Allaha yalvarıram ki, mən ölənə kimi oğlumun ölüm xəbəri, ya sağ olduğu xəbəri gəlsin. Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir. Ümidlə gözləyirəm ki, Mehman gələcək”.

Oxunub: 719
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-03-2022, 11:51

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlandı - RƏSMİ SİYAHI

Xəbərlər

10-07-2021, 14:57

Vətən müharibəsində itkin düşən zabitimizin nəşi tapıldı

Xəbərlər

3-06-2021, 10:30

Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

Xəbərlər

30-04-2021, 12:13

İtkin düşən zabitimizin şəhid xəbəri gəldi

Xəbərlər

28-06-2019, 14:15

SON DƏQİQƏ: Erməni girovluğunda olan Azərbaycan vətəndaşı qaytarıldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
Son xəbərlər
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • 19-08-2026, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • 19-08-2026, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • 19-08-2026, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
  • 19-08-2026, 09:03
    Qan testiniz normaldır, lakin siz hələ də yorğunsunuzsa...
  • 18-08-2026, 21:32
    Axirət günü nə vaxt olacaq? - Tarix açıqlandı
  • 18-08-2026, 20:17
    İmran Xanla bağlı kritik qərarlar - İki gün ərzində...
  • 18-08-2026, 17:39
    Ərdoğan gizli plan hazırlayır? - Təhlükəsizlik dəhlizi təşəbbüsü bu halda reallaşa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə