• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
“Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
Hava ilə bağlı xəbərdarlıq: Temperatur 5–8 dərəcə enəcək
Kişinin bədənindəki qurd, parazit qadına keçə bilərmi?
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı
İtalyan nazirdən ÇAĞIRIŞ - “Əgər Vaşinqtonda bunu edirlərsə...”
Uşaqlarda baş ağrılarının - 5 əsas səbəbi
İran Hörmüz boğazında nəzarətin bərpa olunduğunu açıqladı
Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?
Corab izlərinə diqqət: Əsl səbəbi budur
Yaz gəldi, bəs bu "ağırlıq" niyə yox olmur?
Yaşıl çay xərçəngdən qoruyurmu?
İran razılaşdı, Tramp icazə verdi: 3 səhifəlik sensasion sənəddə nə yazılıb?
Türkiyə regionda ilkə imza atdı, Bakı dəstəklədi – Əliyev də oradadır
Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiyanın Qarabağ aqressiyası artır - Moskvanı bu qədər qorxudan nədir?

Xəbərlər

29-03-2022, 12:37

Rusiyanın Qarabağ aqressiyası artır - Moskvanı bu qədər qorxudan nədir?


Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, iqtisadçı və publisist Mixail Delyaqin "Rossiya 1" telekanalındakı "60 dəqiqə" (60 minut) proqramında çıxış edərkən Azərbaycanı açıq-aşkar təhdid etməkdən çəkinməyib. O deyib: "Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq. Bunu etməsək, biz olmayacağıq. Anlayırsınızmı?!".

Nəzərə alsaq ki, Delyaqin Kremlə yaxın diplomatlardan hesab edilir, o zaman bu açıqlamanı rəsmi Moskvanın mövqeyi də adlandırmaq olar. Görünür Rusiya Cənubi Qafqazdakı gələcək taleyindən çox narahatdır. Amma hər şey hələ 10 noyabr üçtərəfli bəyanatında qeyd edilən maddələrdən məlum idi. Bəyanatın 4-cü bəndində də açıq qeyd edilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Lakin rəsmi Moskva bu sənədin üzərindən 16 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də Qarabağdan qanunsuz erməni silahlı birləşmələrini tərksilah edib çıxarmayıb.

Bu azmış kimi Rusiya Azərbaycan Ordusunun sivil yolla icra etdiyi prosesə hər yolla müdaxilə edərək delimitasiya, demarkasiya məsələsinə əngəl törətməyə çalışır. Rusiyanın bu addımı isə açıq qərəzdən başqa bir şey deyil. Belə aydın olur ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan hazırlıq proseslərindən məmnun deyil, bunu istəmir.

2 SƏBƏB:

I. Məlum Bəyanatın sözügedən bəndində o da qeyd edilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Belə görünür ki, Rusiya özü də sülhməramlılarının fəaliyyətinin ermənpərəstlik üzərində qurulduğunu, onların bu mövqelərinin Bakıda narazılıqla qarşılandığını çox yaxşı bilir.

Moskva onu da artıq hiss edib ki, Azərbaycan höküməti sülhməramlı kontingentin daha bir neçə 5 il Qarabağda qalmasının tərəfdarı deyil. Elə buna görə də Rusiya hər vəchlə Ermənistana manipulyasiya imkanı yaratmaqla Qarabağda vəziyyəti mümkün qədər gərgin saxlamaqda maraqlı görünür. Belə nəticə çıxır ki, rəsmi Moskva üçün İrəvanın hansı qərar verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu gün Rusiya hökümətinin əsas istəyi Bakını hər hansı bir yolla Qarabağda rus sülhməramlılarının daha uzun illər qalmasına razı salmaqdır.

Hətta bunun üçün artıq Rusiya hədə-qorxu ritorikasına da əl atmağa başlayıb. Necə ki, biz bunu Mixail Delyaqinin timsalında şahid olduq. Lakin Azərbaycanın mövqeyi və qərarı bəllidir, Bakı kartlarını açıb. Azərbaycan bir addım da olsun geri çəkilmək fikrində deyil. Çünki məqsəd qısa zamanda ərazilərindəki terrorçuları, qanunsuz silahlı birləşmələri oradan çıxarıb, ərazi bütövlüyünə olan təhdid, təhlükəni aradan qaldırmaqdır. Moskvada başa düşürlər ki, Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması təxribatların qarşısını almaq deməkdir, təxribatların qarşısını almaq sülhməramlıların bölgədəki mövcudluğunun sonu deməkdir.

II. Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı bəyanatda atəşkəsin guya Azərbaycan tərəfindən pozulmasını iddia etməsi isə hər şeydən öncə 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndinin kobud şəkildə pozulması deməkdir. Digər yandan Azərbaycan ordusunun beynəlxalq səviyyədə tanınan ərazisində atdığı bütün addımlar beynəlxalq hüquqa və 10 noyabr bəyanatına uyğundur.

Rusiyanın rəsmi İrəvanın ona xəyanət edib Qərbə inteqrasiya üçün fürsət gözlədiyini bilə-bilə özünə əl qatması səbəbsiz deyil. Kreml də Ermənistan üzərində "böyük qardaş" imicinin zədələnməməsi üçün belə addımlar atır. Rusiya tərəfinin bu kimi açıqlamalarının bundan sonra da olacağı istisna edilmir. Çünki bu kimi addımlar atılmasa ermənilər sakitləşməyəcək və gec-tez özlərinə yeni ağa axtarışına davam edəcək. Bu da Rusiyanın Qafqazda ən "uğurlu proyekti" olan Ermənistanı bir anda Qərbə hədiyyə etməyi gözə almadığından irəli gəlir.

Nə qədər qəribə səslənsə də Azərbaycanın Qarabağ həqiqətləri, reallıqları ilə bağlı haqqını müdafiə edən səs ABŞ-dan gəldi. Bunu ABŞ-ın Demokratiyanı Müdafiə Fondunun (FDD) baş məsləhətçisi, professor Brenda Şaffer edib. Bölgədə son günlər Rusiya ilə aramızda gərginləşən vəziyyət fonunda Qərbdən belə bir dəstək gəlməsi düşünürəm ki, siyasi addımdan çox həqiqəti müdafiə etmək üçün atılmış bir addımdır. O, çıxışı zamanı bildirib ki, "Azərbaycanı Qarabağdan çəkilməyə çağırmaq Ukraynanı Mariupoldan çəkilməyə çağırmağa bərabərdir".

Şaffer bununla Qarabağda yarım qalan işinin tamamlanması istiqamətində məcburiyyətdən Ordu faktorundan istifadə etmək məcburiyyətini Azərbaycanın haqqı, hüquqi işi saymaqla yanaşı, burada beynəlxalq hüquqa zidd bir davranışın olmadığı mesajını verdi. Amerikalı professor bu tviti ilə eyni zamanda bu gün Ukraynaya dəstək verən dünya dövlətlərinə, böyük beyin mərkəzlərinə, beynəlxalq təşkilatlara, ali qurumlara, dünya nəhənglərinə eyni yanaşmanı Qarabağda Azərbaycana nümayiş etdirməyə, rəsmi Bakıya dəstək verməyə çağırış etmiş olub. Daha da konkretləşdirsək, Brenda Şaffer Ukraynada baş verənlərlə Azərbaycanda baş verənlər eyni olduğu mesajını verib. Bu fikirdən çıxan siyasi nəticə budur ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ondan nə isə tələb etməyə nə Qərbin, nə də bir başqa dövlətin haqqı var.

Oxunub: 768
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-03-2022, 12:10

Ukraynanın ardınca Qarabağda da vəziyyət GƏRGİNLƏŞİR? - Rusiyadan ermənilərə DƏSTƏK MESAJI

Xəbərlər

8-01-2022, 13:34

Rusiya MN-dən Azərbaycana AÇIQ TƏHDİD

Xəbərlər

25-05-2021, 00:21

Lavrov bu açıqlaması ilə Rusiyanın ermənilərə olan sevgisini AÇIQ GÖSTƏRDİ

Xəbərlər

22-04-2021, 00:21

Əliyevin bu sözləri Moskvanı SİLKƏLƏDİ - Rusiyadan Bakıya TƏCİLİ ZƏNG EDİLDİ

Xəbərlər

16-10-2019, 09:43

Rusiya seçim qarşısında QOYULDU: Azərbaycan NOTA VERDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
“Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
Son xəbərlər
  • Bu gün, 22:42
    Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
  • Bu gün, 21:25
    “Ziillər sadəcə kosmetik problem deyil – HPV bəzi hallarda xərçəngə səbəb olur
  • Bu gün, 20:13
    Netanyahu 1 il əvvəl İran haqda nə öyrənib? – Özü danışdı
  • Bu gün, 19:35
    İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
  • Bu gün, 18:46
    Dizartriya – insultdan 1 həftə öncəki XƏBƏRDARLIQ
  • Bu gün, 17:10
    Qəzzada gərginlik artır - Daha iki silahlı öldürüldü
  • Bu gün, 16:17
    Hava ilə bağlı xəbərdarlıq: Temperatur 5–8 dərəcə enəcək
  • Bu gün, 15:13
    Kişinin bədənindəki qurd, parazit qadına keçə bilərmi?
  • Bu gün, 14:20
    İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı
  • Bu gün, 13:36
    İtalyan nazirdən ÇAĞIRIŞ - “Əgər Vaşinqtonda bunu edirlərsə...”
  • Bu gün, 12:21
    Uşaqlarda baş ağrılarının - 5 əsas səbəbi
  • Bu gün, 11:05
    İran Hörmüz boğazında nəzarətin bərpa olunduğunu açıqladı
  • Bu gün, 10:28
    Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?
  • Bu gün, 09:11
    Corab izlərinə diqqət: Əsl səbəbi budur
  • Dünən, 22:03
    Yaz gəldi, bəs bu "ağırlıq" niyə yox olmur?
  • Dünən, 21:42
    Yaşıl çay xərçəngdən qoruyurmu?
  • Dünən, 20:23
    İran razılaşdı, Tramp icazə verdi: 3 səhifəlik sensasion sənəddə nə yazılıb?
  • Dünən, 19:00
    Türkiyə regionda ilkə imza atdı, Bakı dəstəklədi – Əliyev də oradadır
  • Dünən, 18:52
    Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları
  • Dünən, 17:49
    Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
  • Dünən, 16:52
    Bu qurumlar birləşdirildi
  • Dünən, 15:27
    Topuq nahiyəsində şişkinlik və ağrı - Səbəblər
  • Dünən, 14:24
    Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
  • Dünən, 13:04
    Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
  • Dünən, 12:10
    Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR
  • Dünən, 11:39
    Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?
  • Dünən, 10:23
    SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
  • Dünən, 09:04
    Hər səhər zəngli saatı ertələmək nə deməkdir? - Mütəxəssislər izah edir
  • 17-04-2026, 22:09
    Google Sindromu nədir? - Səhv qərarlar, diaqnozlar...
  • 17-04-2026, 21:37
    Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə