“Rusiyanın neft ixracına tətbiq edilən sanksiya "fəlakətə" yol aça bilər”.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin köməkçisi Aleksandr Novak açıqlama verib. O bildirib ki, Qərb Rusiyanın neft ixracına qadağa tətbiq etsə, neftin qiyməti 300 dolları ötə bilər.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra neftin qiyməti 130 dolları ötərək son 8 ilin ən yüksən zirvəsinə çatıb.