"Hansısa bir ölkə, Ukrayna səmasında uçuşlarımıza qadağa qoysa, həmin ölkəni müharibənin iştirakçısı kimi qiymətləndirəcəyik".
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Ukraynada hərbi infrastrukturun məhv edilməsi üzrə işlər demək olar ki, başa çatıb.
Putin Ukraynada döyüşən Rusiya ordusu haqqında da danışıb: "Orada canlarını verən uşaqlar bizim gələcəyimiz üçün, uşaqlarımızın gələcəyi üçün mübarizə aparırlar”.